Sayfalar

6 Mayıs 2017 Cumartesi

Xınalı sona


     Yenə Rəbbimizin cənnətdən bağçalar bəxş etdiyi bir mövsümdəyik. Fəsillərin ən bərli-bəzəkli, ən nazlı-qəmzəli, ən füsunkar, ən gözəl qoxulusu olan bahar yurdumuzun qonağıdır. Başında gül-çiçəkdən çələngi, zümrüd libası, çəhrayılı-ağlı naxışları ilə, zərif, işvəli, bir az da utancaq yeni gəlinlərə bənzər xınalı sonamızdır bahar.



    Gəlişi ilə bütün qəlblərə bir həyəcan, bir şənlik, bir coşğu hədiyyə edən, ağaclara muncuq düzüb, çəmənlərə ulduz səpən, qışdan keçəl qalmış təbiəti ciddi-cəhdlə gözəlləşdirib qəmli könlünə sevgi, ümid və sevinc tumurcuğu buraxıb, üzünə təbəssüm qonduran xınalı sona...

    Tez-tez yağan rəhmət yağmurları ilə tozlanmış, bozarmış, darıxdırıcı yolları yuyub önümüzə tər-təmiz və parlaq bir şəkildə sərib, gözəl günlərin, xoşbəxt gələcəyin xəyalını qurduran xınalı sona...

    Bəzi ağacları zümrüd, bəzilərini yaqut daşlarla bəzəyib, çöllərə, düzlərə yaşıl atlazdan örtük sərən və bunlara uyğun Rəbbimizin yaratdığı əvəzsiz rəng ahəngi - əlvan çiçəklərlə gözümüzə, könlümüzə bir şölən yaşadan xınalı sona...


    Səmada çiçək ləçəklərinə qarışıb zərif qanadlarını çırpa-çırpa uçuşan kəpənəklərin, parabüzənlərin, arıların qısacası, çiçəklərin olduğu qədər, böcəklərin də mövsümüdür bahar...

    Çəmənlərdə, meşələrdə, yamaclarda, düzlərdə yaşılın və günəşin parlaq şüaları ilə asimanda mavinin ən gözəlinin yaşandığı mövsümdür bahar...

    Qara qarğaların, boz sərçələrin yerinə qonaq etdiyi rəngarəng quşlarla ətrafı dolduran quş cəh-cəhi və şərqiləri ilə qəlbimizə nüfuz edən bir mövsümdür bahar...


    Və ağac çiçəklərinin, yasəmənlərin, iydələrin bir-birinə qarışmış, insanı bihuş edən rayihəsi ilə bütün havanı bürümüş qoxuların ən gözəlinin duyulduğu bir fəsildir, eyni  zamanda bahar...
                       
               

    Dağlardakı sərt buzları şəfqətilə əridib çayları coşduran, ota-ələfə, kola-kosa, ağaca-budağa cücərib, boy atması üçün həyat bəxş edən mərhəmətli xınalı sonamızdır bahar...

    Bahar Rəbbimizin cənnəti bizə xatırlatmaq üçün sərgilədiyi gözəlliklər məcmusu, ölümdən sonra dirilişi isbat edən dəlillər toplusu, saysız nemətləri ilə şükür etdirən bir lütfüdür əslində...

    Hər kəsə həyatında yeni səhifə açıb qara qışdan sonra gələcək əlvan günlərin müjdəçisidir bahar...

    Qəlbiniz daim bahar coşğulu, həyatınız bahar qoxulu olsun sevgili oxucu...

    Könlünüzdəki bahar nəğməsi heç susmasın, xəyallarınız bahar dadlı, gələcəyiniz bahar soraqlı olsun... 

    Xınalı sonamız kimi hər zaman gözlənilən, arzu olunan və sevilən olaraq qalın...

   

Sonda ənənəyə uyğun bahar ilə əlaqədar deyilmiş maraqlı kəlamları da əlavə edirəm yazıma...
Sevgiylə qalın...
                                                   
                                                                       ***

Günəşin yandırmadığı sadəcə isitdiyi, çiçəklərin açmaq üçün səbirsizliklə gözlədiyi, quşların sevgi ilə söhbətə başladığı bir mövsümdür bahar...

Könlündə son baharın hüznünü yaşayan birinə ilk baharın gözəlliyini anlada bilməzsən.

Baharda asta-asta yeri, çünki ana torpaq hamilədir.
                                                                         Hindu atalar sözü.

Bütün çiçəkləri qopara bilərsiniz, amma, baharın gəlişinə mane ola bilməzsiniz.
                                                                                                                     Pablo Neruda

Haqqdan bahar fərmanı gəlmədikcə torpaq sirrini aça bilməz...
                                                                                             Mevlana

 Qısa yayların baharı erkən gəlir...
                                             W.  Shakespeare.

Üzülmə! Tikandan gül bitirən, qışı da bahara çevirəcək.
                                                                                  Mevlana

Hər gecənin bir səhəri, hər qışın bir baharı var.
                  
                                                                   ***

Digər fəsillərə həsr olunmuş yazıları oxumaq istəsəniz sadəcə adlarına toxunmanız kifayətdir:
1. Sarı gəlin
2. Bəyaz mələk





22 yorum:

  1. Ne güzel anlatmışsınız.İçim açıldı okurken.Fotoğraflar da harika alıntılar da.Kaleminize sağlık...

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Bəyəndiyiniz üçün çoox sevindim♡

      Sil
  2. Ne güzel bahar fotoları :)) İçim açıldı :))

    YanıtlaSil
    Yanıtlar
    1. Mən də ilk baxışdan içimi açan rəsmləri seçməyə çalışmışdım. Təşəkkür edirəm.♡

      Sil
  3. Ah, bahar :) Her kara kıştan sonra muhakak gelir, değil mi?

    YanıtlaSil
    Yanıtlar
    1. Mütləq. Əslində Rəbbimizin bizə ən sıxıntılı anlarımızda belə bu nümunəyə baxıb dərs çıxarmağımız üçün bir lütfüdür bahar. Yorumunuz üçün təşəkkürlər.

      Sil
  4. Merhaba yeni keşfettim blogunuzu ve takibe aldım bende beklerim😊Resimler öyle güzel ki içim açıldı valla

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz, səfalar gətirdiniz. Bloqunuzun adını eşitmişəm. Məmnuniyyətlə ziyarət edəcəm. Sevgilər.

      Sil
  5. Çok güzel ifadelerini süsleyen bahar görüntüleri içimi ferahlattı Umman. Güzel bir yayındı, emeklerine sağlık kızım. Sevgiyle gözlerinden öperim :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyəndiysəniz nə mutlu bizə Ece ablam. Çox çox təşəkkür edirəm.Sevgilərrr...♡♡♡

      Sil
  6. Harika anlatmışsın cidden :) Emeğine sağlık :)

    YanıtlaSil
  7. Bugün dolu yağıyordu burda (Finlandiya'da) biz baharı göremiyeceğiz bu yıl:D

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz. Oralar bir az soyuq olur bildiyim qədərilə. Amma baharsız olarmı heç? Axır-əvvəl gəlib çıxacaq oralara da :) Bol günəşli çiçək qoxulu baharlar qismətiniz olsun inşallah.

      Sil
  8. yaaa ne güzel sölemişsin yaaa fotolar da çok tatlıııı :)

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Tatlı yorumun üçün mən də çooox təşəkkür edirəm. Mən də bahar rəsimlərini çox sevirəm. İnan daha çox qoymamaq üçün özümü zor tutdum :) ♡♡♡

      Sil
  9. Bahar ən sevdiyim fəsil , bahar həmdə qiyamət gününə inanmayanlara əyani sübutdur əslində Allah-Taala ölmüş ağacları , ölmüş torpağı yenidən necə canlandırırsa bizləridə Məhşər günündə o cür oyandıracaq. Həmin gün üzü ağ olanlardan eyləsin bizləri inşallah

    YanıtlaSil
    Yanıtlar
    1. Aminnn... Baharı sevməyən varmı görəsən? Rəbbimizin cənnəti xatırladan sənət əsərlərinin sərgiləndiyi möhtəşəm bir fəsildir bahar.

      Sil
  10. Fotoğraflar, yazı şahane Umman Hanımcığım derdimi tasamı attım desem yeridir. Emeğinize sağlık, çok sevgiler <3 :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyənmənə çox sevindim canım mənim. Bizdən də bol-bol öpücüklər :) ♡♡♡

      Sil
  11. ne kadar güzel resimler..ben yazı baharı seviyorum,kış hiç gelmesin :)

    YanıtlaSil
  12. Bahar mənim də ən çox sevdiyim fəsildir. Amma qış olmasa onun gözəlliyini hiss edə bilmərik ki... Hər mövsüm gözəldir əslində.

    YanıtlaSil