tag:blogger.com,1999:blog-4898958457650561362024-03-13T08:18:54.182+04:00Sessiz umman..Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.comBlogger265125tag:blogger.com,1999:blog-489895845765056136.post-18543465632689699782024-02-26T03:04:00.002+04:002024-02-26T03:04:39.841+04:00Günlük

05.11.99

Yorğunluqdan və yuxusuzluqdan gözlərim yumulur, amma bu gün yaşadıqlarımı mütləq qeyd etməliyəm deyə düşünürəm. Hər nə qədər yazmaq mənə çətin olsa da...

Anarla Lalənin məni təbdən çıxaran davranışlarına biganə qala bilmədim artıq bu gün. Onların hamının gözü önündə utanmadan, çəkinmədən olan yaxınlığı ilk gündən gözümə batırdı onsuz. Hər ikisi ayrı-ayrılıqda ağıllı, tərbiyəli uşaqdırlar. Hər ikisi yaxşı oxuyan, dərslərinə həmişə hazırlıqlı gələn şagirdlərimdəndirlər. Di gəl abır-həyadan yoxsundular sanki. Başa düşürəm, yeniyetməliyin xüsusiyyətlərini də lap gözəl bilirəm. Amma bu qədər də olmazdı axı! Heç olmaya müəllimlərdən çəkinməlidirlər ya yox? Çox vaxt yan-yana eyni partada oturmaları, dərsə bir gəlib getmələri bu yana dursun, Lalənin Anarın kitab dəftərini də daşıması məni əməllicə cin atına mindirirdi. Bu qızda heçmi qürur yoxdur, deyə fikirləşə-fikirləşə içim içimi yeyirdi. Oğlanlarımız onsuz da çox vaxt qarınlarına taxdıqları bircə dəftərlə gəlirlər məktəbə. Bir dəftəri daşımaq çoxmu çətindir Anar üçün görəsən? Bir neçə dəfə yaxın müəllimələrin yanında bu söhbəti açmaq istəsəm də, həya elədim düzü. Fürsət gözləyirdim elə hər ikisini acılamaq, ürəyimi boşaltmaq üçün. O fürsət də bu gün doğdu. Dəftərlərdə yoxlama aparmaq istəyəndə Anarın dönüb qaşla-gözlə dəftərini Lalədən istədiyini gözaltı müşahidə elədim. Qız da çantasını açıb bir az qurdalandıqdan sonra Anara baxıb təəssüflə başını buladı. Yoxlama növbəsi Anara çatanda durub deməsinmi "Müəllimə, Lalə dəftərimi gətirməyib." Qan beynimə sıçradı. O ki var danladım oğlanı ki, sənin dəftərinin Lalədə nə işi var? Sən niyə dəftər-kitabını özün daşımırsan?" Oğlan qızarıb-bozarsa da heç nə demədi. Əslində dərdim təbii ki, dəftər deyildi. Əsas dərdim bu "cütlüyü" utandırmaq idi. Ona görə sonra Laləni də ayağa qaldırıb soruşdum ki, "Ay bala Anarın dəftərinin səndə nə işi var, axı? Niyə özündə, öz evində deyil?" Qız bir anlıq təəcübdən iriləşən gözlərini üzümə zilləyib duruxdu. Sonra "Müəllimə, Anarla biz eyni evdə yaşayırıq da, qardaşımdır" deyəndə elə bil başımın üstündə ildırımlar çaxdı. Güclə çıxan səslə "Siz bacı-qardaşsınız?" deyə soruşa bildim. "Bəli, Anar qardaşımdır" dedi. "Nə olsun ki, qardaşındır. Dəftər kitabını özü niyə gətirmir?" deyə soruşaraq vəziyyətdən çıxmağa çalışdım. Qız qardaşına baxıb çiyinlərini çəkdi. Daha bir söz deməyib yoxlamaya davam etdim. Amma aylardır bu iki uşaq haqqında bəslədiyim sui-zənnlərim qəfil dəyən bir sillə kimi yanaqlarımı yandırırdı. Arada jurnala göz atdım. Doğrudan da soyadları eyni idi. Mən bunu necə gözdən qaçırmışdım?!

Hal-hazırda bunları hələ də ürəyimi əzməyə davam edən utanc duyğusu içərisində yazıram. İxtisasımla bağlı bir dərs daha aldım bu gün. Maraqlıdır mən uşaqlara dərs keçib elm öyrədirəm. Onların sayəsində isə həm həyatı, həm də peşəmin incəliklərini öyrənirəm. Hələ nə təcrübəm var ki, cəmi 6 ay. Ümid edirəm zamanla önümdəki uşaqlara həqiqi pedaqoq kimi yanaşa biləcəm. Onları heç bir bədgümanlıq içərisində olmadan olduqları kimi sevəcəm... Və heç bir məsələnin iç üzünü bilmədən, fikir yürütməyəcəm.

Belə... Sabah yenə tez durmalıyam. Gedim yatım. Əgər yata bilsəm...
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-53270759970273149182024-01-18T08:09:00.004+04:002024-01-31T03:45:59.337+04:00Məni unutmayın

İstəyirəm xatırlanmaq

Yaddaşlarda yaşamaq.

Bir gün tamam xəyal olmaq,

Bir gün tamam yox olmaq...

Bu dünyada iz qoymadan

Adsızlara qoşulmaq...

Necə ağır aqibətdir

Hiss edən ürək üçün.

Yad edilməkdir istəyim

Dünya durduqca hər gün.

Mən çəməndə ot deyiləm

Ancaq yazda görünən.

Payızda saralıb solub

Torpaqlara gömülən...

Mən insanam, düşünürəm,

Vicdanım var, ruhum var.

Dünyalara sığışmayır

Qəlbimdəki arzular...

Xəyallarım sərhədsizdir,

Qəlib, hüdud tanımır.

Bu dünyanı aşıb keçib

Sonsuzluğa calanır.

Bu haqq-hesablar çətin,

Bu düşüncələr dərin...

Bilirəm yaşadacaq

Məni xoş əməllərim.

Onlar məni edəcək

Əbədiyyət sirdaşı,

İmdadıma yetəcək

Sildiyim hər göz yaşı.

Yalnız xeyir dualar

Olacaq mənə həmdəm

Mən yadlarda qalacam

İnanıram könüldən.

Umman Aslan
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-38954454794751660242023-10-20T02:24:00.002+04:002023-10-20T02:24:53.088+04:00Bəs mən niyə bilmirəm?!

Gözlərini açar-açmaz soğançanın qoxusu burnunu qıdıqladı. Anası hər zamankı kimi səhər erdən günorta yeməyini hazırlayırdı deyəsən. Mətbəxdən od üstündə qışqırışan soğanların xışıltısı və ara bir onları yerinə oturdan qazana dəyib taqqıldayan taxta qaşığın səsi gəlirdi.

Bayırda isə hiss olunurdu ki, artıq şəhər günə başlayıb. Uşaqların səs-küyü, eyvandan hərdən övladını səsləyən ananlardan birinin çığırtısı, səyyar meyvə satanın exolu səsi və ara-bir maşın siqnalı...

Deyəsən, bu gün bir az gec oyanıb. "Nə əcəb anam səsləməyib?" deyə düşündü. "Onun sevmədiyi şeydir gec qalxmaq. Sübhdən durub günortaya qədər bütün işlərini qaydasına qoymalıdır."

Ağlı kəsəndən belə idi anası, heç bir işini təxirə salmaz, hər işini vaxtında edərdi. Xəyalları onu dartıb uşaqlığına, anasının gənc, həm çöldə, həm evdə dincəlmədən işləyən, bununla yanaşı övladına ayırdığı zamanı, ondan qayğısını bir an əksik etməyən vaxtlarına apardı. Bu xəyalların hiss etdirdikləri qəlbində anasına qarşı şiddətli bir şəfqət oyatdı. "Mənim zəhmətkeş anam, deyə, düşündü. Həyatdakı tək dayağım, yeganə övladını heç kimə möhtac etmədən təkbaşına böyüdən mətanətli anam. İndi növbə mənimdir. Zəhmətinin meyvəsini dərmək vaxtın çatıb artıq, xoş günlərin qabaqdadır, anam. Çəkdiyin bütün əziyyətləri unutduracağam sənə."

Heç yeri olmasa da bu hisslərin arasına onu son günlərdə narahat edən ananın qəmli siması gəlib oturdu. "Mənə bildirməsə də bir dərdi var sanki, soruşuram demir də". Bir az da düşüncələrlə boğuşduqdan sonra qalxdı yerindən. Yatağını yığdı. Ananın səliqəsi otağın hər tərəfində özünü nümayiş etdirirdi. Kitab dolabının yanıdan keçib pəncərənin önündə dayandı.

Ağappaq, sabun qoxan tül pərdənin arxasından həyəti seyr edərkən yenə xoş bir duyğu yayıldı qəlbinə. Bu gün gözlənilən görüşün xəbərçi duyğusuydu bu. Bir müddət fikrə daldı, bu daldığı düşüncələrdən ürəyinin döyüntüsü ara-ara şiddətlənir, yanaqları qəlbinin yüksək templə vurduğu qandan allanır və üzünə bir təbəssüm yayılırdı.

"O da belə hiss edirmi görəsən?! Hər dəfə ilk dəfə imiş kimi həyəcanlanırmı? Ah, Dilbərim ahh"

Saatına baxdı. Bir az da keçsə bu romantik düşüncələrin ağuşunda bir ömür təkbaşına çırpınacağını hiss elədi.

Hazırlanmağı çox çəkmədi. Otağından çıxıb mətbəxə tərəf getdi. Anası indi də qab yuyurdu. Qapı aralığına söykəndi "Anacan, mən çıxmalıyam. Dilbərlə bu gün görüşümüz var, bilirsən. Səhər yeməyini onunla yeyəcəm " dedi. Xəfifcə başını sallayaraq cavab verən ananın, deyəsən, dərin fikrindən ayrılmağa heç niyyəti yox idi. Bundan inciyənfason olsa da, arvadın üstünə çox getmək istəmədi. Anasının pəncərədən düşən işığın altında parlayan gümüşü tellərinin və üzündə özünə yol açmış incə qırışların artdığını bir anda ürək ağrısı ilə hiss elədi. Köks ötürüb "Mən getdim" dedi.

Məhəlləyə çıxıb binanın yola baxan tərəfinə yönəldi. Çöldə boz dumanlı, ilıq bir payız havası olsa da, qəlbində bahar günəşi çiçəklər açdırırdı. Burnuna dəyən xəzan qoxusu belə, ona əsrarəngiz bahar çiçəklərini xatırladırdı. Görüş anının xoş xülyası sayəsində kefi kök idi. Odur ki, tələssə də yanlarından keçərkən məhəllədə futbol oynayan uşaqların toplarına bir təpik vurmağından, həmişə pəncərədən həyəti güdən Məsmə nənəyə salam verməyindən, səkidə uzanıb özünü günə verən pişiyi sığallamağından qalmadı. İki-üç yarpağını tökmüş çinar ağacı, bir ədəd də yaşlı ərik ağacı olan, altında kişilərin yayda gecəyarılarına kimi domino çırpdıqları rəngi solmuş taxta oturacaqlar yerləşən bu məhəlləni nə qədər çox sevdiyini düşünməyə belə macal tapdı.

Yolu keçib, o tərəfdə qonşu məhəllədə yaşayan Dilbərgilin binasına, bloklarının önünə yanaşdı. Hər həftə gözlədiyi eyni yerdə dayandı. Qəlbi səbirsizliklə çırpınır, vüsal anının həsrəti hisslərini çuğlayırdı. Nədənsə, həmişə vaxtında gələn Dilbər gecikir, gecikdikcə gəncin həyəcanı daha da artırdı. Bir xeyli gözlədikdən sonra gül üzlü Dilbəri göründü blokun qapısında. Narahatlığın yerini hədsiz sevinc aldı. Dilbər ona tərəf baxıb bir az dayandı. Gənc gülümsəyib bir neçə addım önə getdi. Başını aşağı saldı Dilbər, yavaş-yavaş ona yaxınlaşdı, düz yanına çatanda başını qaldırdı, gəncin gözlərinin içinə baxıb dərin bir kədərlə köks ötürdü və heç nə demədən keçib getdi. "Dilbər, Dilbərim!" yanından ötüb keçən qızın arxasınca təəccüb içində dönüb baxdı.

Gözlərinin ona göstərdiyi şey qarşısında birdən bütün qanı dondu sanki, hiss elədi ki, yer ayağının altında durmur, göylə yerini dəyişdirməyə çalışır. Dilbər əlində bir buket gül tutmuş hündürboy, əsmər bir gəncə yaxınlaşdı, əvvəl duruxdu, dodağının ətradındakı əzələlər yuxarı dartınmaq üçün xeyli səy göstərdi, dərin-dərin nəfəs çəkdi, gülü aldı və müti bir şəkildə gəncin yanında dinməzcə uzaqlaşdı.

"Necə yəni? Necə axı? Dilbər! Dilbər!" Qız dönüb geriyə belə baxmadı. Onların ardınca dəhşətli bir iztirabla baxan gənc nə düşünəcəyini bilmirdi. Vücudundakı bütün qanlar beyninə hücum edib, onu partlatmağa çalışırdı sanki. Qəlbi döyünməkdən imtina edib öləzimiş, dayanmaq üçün fürsət gözləyirdi.

"Bu nə deməkdir? Niyə? Nə üçün?" evə sarı addımlayarkən dolu kimi yağan sualların altında ruhu dəlik-deşik olurdu. Anasının yanına tələsirdi, ona danışacaqdı hər şeyi, həmişəki kimi onunla tapacaqdı suallarının cavabını və təsəllisini.

Qəfil ananın son günlərdəki halı düşdü yadına, ikinci dəfə ildırım vurmuş kimi səndələdi. "Bilirdin, dedi, sən də bilirdin. Ona görə gülmürdü üzün, ona görə üzümə baxa bilmirdin. Bunu məndən necə gizlədərsən axı? Necə? Heç olmasa çıxanda deyərdin. Bu vəziyyətə düşməyimə necə razı oldu ürəyin?" Qəlbində yaranmış hiddət anbaan artır, dolaşan ayaqlarına baxmayaraq evə bir an öncə çatmaq üçün can atırdı.

Çöl qapıdan girəndə anasının həzin ağlar səsi ilk dəydi qulağına, amma hiddəti o qədər çox idi ki, bunun səbəbini düşünməyi ağlına belə gətirmədi. Səsi izləyərək öz otağına tərəf getdi. Qapıdan tənginəfəs girib sual dolu baxışlarını anasının sel kimi yaşlar boşalan üzünə zillədi. Ana kədərində elə qərq olmuşdu ki, oğlunun gəlişini hiss etmədi belə. Onun yatağında oturmuş, köksünə basdığı bir şeylə önə-arxaya yırğalanıb dururdu. Bu mənzərə qarşısında donub qalmış oğlan əməllicə özünü itirdi. Ana bir ara dayandı, içini çəkə-çəkə əlindəkini köksündən araladı, dizlərinin üzərinə qoydu. Gənc qara lent bağlanmış, bayraq fonunda hərbi geyimdə çəkdirdiyi qəhvəyi çərçivəli şəkli görəndə duruxdu, nəzərlərini qaldırıb çarpayısının yanındakı divara, günlərdir buradan niyə asıldığını heç cür anlaya bilmədiyi əsgər formasına baxdı.

Ana isə hələ də hıçqıra-hıçqıra ağlayırdı.
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-63973007165974492562023-08-27T16:52:00.001+04:002023-08-27T16:52:42.289+04:00Kinli ürək (Şeir)

Ürəyim soyudusa gözləmə tez isinə

Don tutmuş qapıları çətin açıla bir də

Qoymur ilıq hissləri girsin buzdan qəsrinə

Yığıb əlin-ətəyin çəkilir öz içinə

İlk baharı gecikir, açmır gülü-çiçəyi

Rənglərini itirir, solğun düşür ürəyim.

Qarışır bir-birinə uydurması, gerçəyi

İnanıb yanılmaqdan yorğun düşür ürəyim.

Xəyalların unudur, buz tutur arzuları

Dərinlərə basdırır puça dönmüş diləyin

Rola girə bilməyir, soyudur duyğuları

Sonra da adı qalır "Nə kinlidir ürəyin!"

Umman Aslan

Şeiri səsli dinləmək üçün : İnstagram

Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-52190005389431968592023-08-16T15:57:00.003+04:002023-08-16T15:59:16.046+04:00Qəlb qırıqlığı (Hekayə)

-Oy aman dondummm... Buzdur ey hava buzzz... Bıy evdəsən? Nə yaxşı tez gəlmisən?! İşdə bir problem yoxdur?

Qadın paltosunu asıb, önündə dayanmış həyat yoldaşına döndü. Kişinin üzündəki ifadədən sarsılıb dili topuq vura-vura :

-Nə olub, Nazim? Niyə elə baxırsan? -deyə soruşdu, - qorxutma məni, de görüm nə olub?

Kişinin burun pərləri şişmiş, qaşları düyünlənmiş, zəhrimar yağan gözləri qıyılmışdı.

-Sən canı nə...

Qəfildən üzünə dəyən şiddətli şillə ilə sözü ağzında qalan qadının bütün bədəni uçalandı. Gözləri böyümüş halda əlini üzünə qoydu, yanağı qızdırmalı kimi od tutub yanırdı. Kişi isə dönüb sürətli addımlarla vanna otağına yönəldi, girib içəridən qapını bağladı.

Qadın uzun müddət olduğu yerdən tərpənmədi, sanki ayaqlarından yerə mıxlanmışdı. Elə qapının ağzındaca donub qalmışdı. Bir müddət sonra yavaş yavaş ürək döyüntüsü və nəfəsi yavaşladı, donu açılmış kimi bir az qımıldadı. Sonra ayaqlarını sürüyə-sürüyə qonaq otağına keçib divanın üstünə çökdü. Hələ də vanna otağından çıxmayan həyat yoldaşının çıxıb bir açıqlama etməsini gözlədi.

Nəhayət, otağa gəlib çıxan kişi əsəbi halda keçib kresloda əyləşdi. Telefonu əlinə alıb qurdalanmağa başladı.

Bir müddət sakitcə gözləyən qadın:

- Nə üçün şillə yediyimi öyrənə bilərəm? - deyə titrəyən bir səslə soruşdu.

- Səninləyəm, cavab ver mənə.

- Niyə dillənmirsən? Niyə dəli edirsən adamı?! Danış deyirəm sənə! Eşitmirsən məni? Danış deyirəm danışşş dəəə... - qadın özünü idarəni itirib var qüvvəsi ilə qışqırırdı.

Kişi isə ağzına su alıb oturmuşdu sanki. Arabir dillənmək istəsə də sonradan nədənsə vaz keçir. Yenə dinməz söyləməz telefonunda qurdalanırdı.

- Sən danışana qədər burdayıq. Nə yatmağa qoyaram, nə dincəlməyə. Sən mənə vurduğun şillənin cavabını verməlisən, eşidirsən? Verməlisən.

Uzun bir süküt çökdü araya... Qadının bayaqdan tutub saxladığı göz yaşları bundan artığına tab gətirə bilməyib sel kimi boşalırdı yanaqlarında. Əvvəl boğulsa da səssizcə, sonra isə hıçqıra-hıçqıra ağlamağa başlamışdı.

Kişinin də tutqun rəngi yavaş-yavaş açılmış, hətta avazımış, telefonu əlindən yerə qoymuş, bir-birinə kip sıxılmış dodaqları aralanıb küsmüş uşaqlarınkı kimi aşağı sallanmışdı.

- Məni bütün məhəlləyə, dosta-tanışa rüsvay elədin. Heç kimin üzünə baxa bilməyəcəm. Papağımı yerə soxdun- nəhayət, dilləndi kişi.

Qadın başını qaldırıb, təəccüb dolu baxışlarını yoldaşının üzünə dikdi.

- Heç nə başa düşmürəm. Neyləmişəm mən?!

Yenə uzun səssizlik. Qadın öz aləmində götür-qoy edir, kişinin sözlərinə anlam verməyə çalışırdı.

- Dünən işdən gec gələndə nə dedin mənə?

- Nə dedim? - qadın bir anlıq özünü itirdi, yanaqları allandı.

- Demədin mənə ki, Sürəyya ilə qadın salonuna getmişdik?

- Hə, nnoolsun ki...

- Sürəyya dünən Rüfətlə rayona toya gedibmiş, özü də sübhdən.

- Həə? Onu kim dedi?

- Bu xəbəri mənə kimin dediyinin bir əhəmiyyəti var, Sənubər? Burda önəmli olan bircə şey var - mənə yalan danışmısan!

- İndi sən nə deməyə çalışırsan, Nazim? Məni nə ilə günahlandırırsan? Dediyim yalana görə idi o şillə?

- Tək yalan olsaydı dərd yarı idi...

- Hə de də, niyə dayandın? Başqa nə var ki? Başqa hansı günahı işləmişəm?

- Bunu danışmağa utanıram ey mən, vallah utanıram... Mən sənə inanmışdım, kim eləsə, Sənubər heç vaxt mənə xəyanət eləməz deyirdim.

- Xəyanət?! Sən nə danışırsan ay kişi?

- Dünən Kamilin maşınında görüblər səni. Axşam mən sənin yolunu gözləyən vaxtı özü də...

- Bu nə deməkdir?

- Heç nə danışma, Sənubər! Danışıb bir az da gözümdən düşmə... Çox heyif deyirəm sadəcə, çox heyif...

- İki gün əvvəl Ənvər irişə-irişə mənə deyəndə ki, "Sənubər bacını Kamillə şirin-şirin danışan yerdə gördüm. Sən bilərsən də nə barədə imiş söhbətləri?" az qaldım ağzının üstünə bir yumruq ilişdirim. Özümü zorla saxladım. Fikirləşdim yalandan mənə sataşır it oğlu... Heç inanmazdım...

- Hə niyə dinmirsən? Bayaqdan səsin-küyün götürmüşdü buraları?

Sənubər ala gözlərini ətəyində birləşdirdiyi əllərinin bir-birini didən baş barmaqlarına zilləmişdi. İçində nəsə qaynayırdı sanki, amma çöldən sakit görünürdü. Bütün günahları üzə çıxdıqdan sonra daha pisinin olmayacağı düşüncəsi ilə rahatlamış adamları xatırladırdı.

"Dillən də, niyə susursan?! De ki, yalandır, de ki, böhtandır. Belə sakit qalmaqla mənim ürəyimi partladırsan axı! Üzün gəlmir hə danışmağa?.. Eh Sənubər, çox heyif..." fikrində öz-özü ilə danışan Nazim ayağa durub yataq otağına keçdi. Pallı-paltarlı özünü yatağın üstünə atdı.

On beş illik evlilik həyatlarında Sənubərdən bu qədər inciyib, qırıldığı heç olmamışdı. Övladsız qalmaqları belə Nazimə bu qədər yer etməmişdi. Onların bir-birindən gizli, ayrı heç bir sözləri, hərəkətləri olmamışdı. Sənubərin dəyəri Nazimin gözündə çox idi, lap çox. Həkim övladlarının olmamasının səbəbkarının o olduğunu söylədiyi halda, Sənubərin hər kəsə problemin özündə olduğunu deməsi bu qadını onun gözündə daha da ucaltmışdı. Yer-yataq bilən, hər kəsin hörmətini saxlayıb, hamının da hörmətini qazanan qadınlardan idi o. İndi bu xəyanətinə heç cür inana bilmirdi. Deməli, belə olurmuş deyə düşündü... Yaşlandıqca adam dəyərdən də düşürmüş... Bu düşüncələrlə necə yuxuya daldığından özü də xəbərdar olmadı. Qarmaqarışıq yuxularla səhərəcən boğuşdu.

Gözlərini açanda günün ilk işıqları pəncərədən içəri süzülməyə başlamışdı.

Əvvəl axşam olanları tamamilə unutmuş halda yeri boş qalan Sənubərin mətbəxdə olduğu düşüncəsi ilə uzandığı yerdən yataq otağının qapısına boylandı. Sonra birdən olanları xatırlayınca ürəyi sıxıntı ilə doldu.

Ev səssiz idi. Sənubər deyəsən qonaq otağında yatmışdı axşam. Nazim durub yavaşca qonaq otağına keçdi. Otaq boş idi. Ətrafı nəzərdən keçirərkən masanın üstündəki kağız və kiçik bir hədiyyə paketi diqqətini çəkdi. Bir anda qəlbi qorxu və həyəcan hissi ilə çırpındı. Cəld masaya yanaşıb kağızı götürdü. Sənubərin çox yaxşı tanıdığı xətti ilə yazılmış bir məktub idi bu. Hədiyyə paketini də götürüb divana yanaşdı, oturdu, paketi yanına qoyub məktubu oxumağa başladı.

"Bir gün belə bir məktub yazacağım heç ağlıma da gəlməzdi, Nazim. Düzü nə yazacağımı da bilmirəm. Hardan başlayacağımı da... Biz 15 ildir bir yastığa baş qoyuruq. 15 ildir yediyimiz-içdiyimiz ayrı getmir. Bir-birimizdən gizli-saxlı heç bir söhbətimiz olmayıb. Mən elə bilirdim bu ömrümüzün sonuna qədər elə beləcə də davam edəcək. Amma deyir sən saydığını say, gör fələk nə sayır... Nə isə... Çox uzatmaq istəmirəm.

Dilbərin halına necə yandığımı bilirsən. Cavan yaşda yoldaşını itirib, illərlə onun yasını saxlamaqdan necə solduğunu, gəncliyinin necə əldən getdiyinin fərqində olmamasına necə ürəyim ağrıdığını həmişə danışmışam sənə. Kamil də yazıq Vüsaləni itirəndən sonra heç cür özünə gələ bilmirdi, bilirsən. İki balası ilə tək başına bu həyata sinə gərmək ona da çox ağır idi. Sağ olsunlar Vüsalənin ana-atası ona məsləhət görüblər ki, belə tək qalmasın, heç olmaya uşaqlarının xatirinə özünə bir həmdəm tapsın. O da əvvəl qəti etiraz edib. Sonra vaxt keçdikcə böyüklərin nəsihətlərində haqlı olduqlarını anlayıb. İlk ağlına da Dilbər gəlib. Mənim onunla yaxınlığımı bildiyi üçün o gün işdən gələndə qabağıma çıxdı. Utandığından qızarıb-bozarsa da mənimlə bu haqda məsləhət eləmək istəmişdi. Düzü mən də çox sevindim. Çünki Kamili də azdan-çoxdan tanıyıram. Mənim də bu işə müsbət baxdığımı görüb bu haqda Dilbərin ağzını aramağımı xahiş etdi. Ənvərin bizi gördüyü o "şirin-şirin" söhbətimiz bu olub. Bu söhbət haqqında sənə heç nə demədim. Düşündüm ki, məsələ dəqiqləşmədən kiməsə danışmaq doğru olmaz. Yerin qulağı var deyirlər. Dilbərin adının hallanmasını heç vaxt istəməzdim.

Dilbəri də söhbətdən hali elədim. Bir az nəm-nüm eləsə də axırda heç olmaya bir dəfə görüşüb danışmağa razı saldım onu.

Mən paltomu aldığım gündən hər əynimdə görəndə "Ay Sənubər bacı, bu palto çox gözəldir ey, çox. Rəngi, duruşu əla yaraşır sənə. İstəyirəm eynisindən alım mən də" deyirdi. O gün də sevincək yazmışdı ki, bəs paltomun eynisindən tapıb alıb. Çox güman Kamillə görüşə təzə paltosunu geyinib gedib, maşında gördükləri də mən yox, Dilbər olub.

Nə isə... And olsun Allaha, bunları sənə özümə bəraət qazandırmaq üçün yazmıram, Nazim. Bu indi o qədər mənasız və yersiz gəlir ki, mənə... Mənim tanıdığım Nazim, bütün dünya bir tərəfə durub mənə qara yaxsa da, tək başına əks tərəfdə durub mənə inandığını hayqıran Nazim idi. Mənim tanıdığım Nazim, qəlbində 15 illik həyat yoldaşına qarşı zərrə qədər şübhənin yer tapmasına aman verməyəcək qədər içi güvən hissi ilə dolu Nazim idi... İndi bayaqdan düşünürəm... Sən demə, biz bir-birimizi heç vaxt tanımamışıq, Nazim... Nə sən məni tanımısan, nə də mən səni... 15 il özümüzü aldadaraq yaşamışıq sən demə... İçimdəki yanğını və xəyal qırıqlığımın acısını, sınan qəlbimin ağrısını sənə heç cür təsvir edə bilmərəm, Nazim... Belə... Nə yazsam artıqdır deyə düşünürəm...

Yadımdan çıxmadan bunu da deyim. Bilmirəm sənin yadındadırmı?! Bizim evliliyimizin 15 ili tam da bu gün tamam olur. Neçə aydır, gizlicə maaşımdan bir az pul ayırırdım, dünən Sürəyya ilə qadın salonuna getməmişdik əlbəttə, sənə o çox sevdiyin saatı almaq üçün getmişdim. Sürpriz eləmək istəyirdim sənə, ona görə yalan deyəsi oldum...

Belə...

Düşündüm ki, bir-birini tanımayan iki insanın, bir-birinə güvənməyən iki insanın bir yerdə yaşamağından daha pis heç nə ola bilməz. Əlvida..."

Umman Aslan

16.08.2023

Lənkəran
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-4001768032356930252023-07-29T04:37:00.002+04:002023-07-29T04:40:46.270+04:00Səndən ərməğan (şeir)

Hər yazdığın məktubun çatanda əllərimə.

Kaş bir görə biləsən necə sevindiyimi!

Necə dəyərli olur bir parça kağız belə?

Dönür alova, oda yandırır əllərimi.

Gözlərim ac qurd kimi yeyir sətirlərini,

Dolanır cümlələrin məchul aralığında.

İsladır göz yaşlarım quraq kirpiklərimi,

Həsrətin selə dönür qızarmış yanağımda

Axı sənin ürəyindən süzülüb hər kəlimə,

Duyuram cümlələrdə qəlbin döyüntüsünü.

Hər hərif əllərindən bir ərmağandır mənə,

Görürəm sətirlərdə məhcub təbəssümünü.

Əllərin əlimdədir, sanki gözün gözümdə.

Saçlarının ətrini, nəfəsini duyuram.

Bu bir parça kağıza mat qalıram özüm də.

Dözə bilməyib tez-tez məktuba sarılıram.

Umman Aslan

İyul - 2023
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-5910152220110634232023-07-12T21:56:00.000+04:002023-07-12T21:56:25.062+04:00Məktub (Hekayə)

Salam olsun dünyanın ən canlara dəyən, ən yaxşı qızına! Necəsən? Yaşaya bilirsənmi? Qolun necə sağaldımı? Sağalacaq, sağalacaq narahat olma. Soyuq, yağışlı havalarda sızlamağından başqa o qolun sındığı heç yadına da düşməyəcək sonralar, vallah. Çünki sınan qəlbin daha çox ağrıdacaq səni. Nübarla barışdınmı? Nübar yaxşı qızdır. Arada səni əsəbləşdirir, bilirəm. Amma küsmə ondan. Qoy ürəyini boşaltmağa biri olsun heç olmasa. O da olmasa tək başına fikir çəkməkdən dəli olarsan. Onun dəli-doluluğu arada üzünü güldürür barı. İndi sənə məktub yazdığımı bilsə ay gülərdi haa... Vallah mən də bilmirəm heç gülüm öz halıma, yoxsa ağlayım. Hamısı bu çər dəymiş Nərgizin hoqqalarıdır. Göndərdi zorla məni psixoloqa. Ha desəm də ki vallah mən dəli deyiləm, deyir sən bir get yaxşı olacaq. Nədir nədir işdə o ifritə Dilbərin saçın başın yolmuşam. Belə əcəb eləmişəm. Dilini dinc qoyardı, mən də yolmazdım saçlarını. Gedib dalımca gör nə danışıb, sən Allah, deyib, onun yiyəsi yoxdur, bayquş kimi tək qalıb. Heç uşaq vaxtı da istəməyiblər bunu. Kül sənin təpənə elə... Nədir nədir Akif müəllim işi ondan alıb mənə verdi. Bilmir acığını necə çıxsın. Sən belə çərənləyib, boş-boş danışmaqdan vaxt tapıb işə özünü versəydin belə olmazdı axı... Nə isə... Nərgiz də dirəndi ki, sənin əsəblərin normal deyil. Nə bilim duyğularını idarə edə bilmirsən, hər uşaqlığından söz düşəndə dəliyə dönürsən zad... Psixoloq da ki od qiymətinə. Vallah ağlımız olmayıb, vaxtında gərək biz də elə psixologiya oxuyardıq. Bundan asan iş?! Otur ancaq camaatın dərdinə qulaq as, bir iki məsləhət ver öz aləmində, tapşırıq ver vəssalam. Al pulunu qoy cibinə. Bu da bir iki dəfə məni danışdırandan sonra evə tapşırıq verib ki, get uşaqlığına məktub yaz. Ona təsəlli ver, sevginlə qucaqla zad... Danışır da özü üçün. Sənin nə çəkdiyini mən bilirəm. Bilirəm ki, indi nə yazsam da sənə təsəlli olmayacaq. Ehh... Kaş indiki ağlımı, indiki yamanlığımı gətirib qoya bilsəydim sənin başına... Gör onda elə döyə bilərdilərmi heç? Ay ağılsızım, niyə döyüləndə ancaq gücünü verirsə göz yaşına. Qışqır da ay bala, qonum-qonşuya hay sal ki, öldürürlər məni. Döyüləndə bir dəfə də sən əl at da o üzünü mürdəşir yumuş Gültəkinin saçlarına. Denən bax nə istəyirsən barmaq boyda qızdan? Nə almısan verə bilmirsən? İndi mən neyləyim ki, dul qalmış uşaqlı adama ərə gəlmisən, sənin uşağın olmur bunda mənim nə günahım var?! De, sadala bir-bir üzünə. Ürəyinə ata-ata dərd yığırsan ey gələcəyinə xəbərin var bundan? O atandan da ümidini üz tamam. Səni başa düşəcəyi günü gözləyə-gözləyə böyüyəcəksən elə. Ya da arada otur qabağında danış Gültəkinin sənə elədiklərini. Bir qram da çəkinmə. Qoy elə hirslənsin, acıqlansın sənə. Qoy onun üzü qara qalsın. Heç olmasa sonralar peşman olmazsan niyə səsimi çıxarmamışam deyə. Sənin əvəzinə Gültəkin doldurur onun qulaqlarını. O da inanır arvadına. Mənim çox hörmətli psixoloqum da deyir ki, gərək atanı, o murdar Gültəkini bağışlayasan. Bağışlamasan ürəyin rahatlıq tapmayacaq. Pah atonnan... Elə bircə o qalıb. Bağışlamayacam. Belə istəyir dünya dağılsın bağışlamayacam. Sən də qəti bağışlama ha... İndi getsinlər o günahsız yerə tökdükləri göz yaşımın hesabını versinlər... Nə isə.. Sən də ürəyini sıxma... Yaman günün ömrü az olar. Bilmirəm, bəlkə yenə yazaram sənə. Di sağ ol.
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-4887383738847740882023-05-08T22:48:00.000+04:002023-05-08T22:48:02.302+04:00Kəpənək ömrü (şeir)

Boynubükük bənövşənin

küskünlüyündədir qəlbim,

Körpə bahar yarpağının

kövrəkliyində,

Kəpənəyin titrək qanadının

zərifliyindədir, bəlkə də.

Fırtınalara o qanadlarla

sinə gərdim çarəsizcə...

Azadca uçmaqdı tək diləyim...

Sığarmı qəlb qəfəsə?

Əsir oldu ürəyim,

Yalan dolu nəfəsə...

Kəpənəyin ömrünün

bu qədər qısa olduğunu

hardan bilim?!

Tələsmişəm sevinməyə.

Axı mən sonsuzca sevməyə niyyətliydim!

Və əbədən sevilməyə...

Umman Aslan

Şeiri səsli dinləmək üçün : İnstagram
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-28569233764804498752023-05-06T12:21:00.004+04:002023-05-06T12:22:13.132+04:00Bir günlük ömür... (Hekayə)

Pupundan yenicə çıxmış kəpənək bir yarpağın üzərində qanadlarını qurudurdu. Ara-ara xəfif bir şəkildə titrədib açmağa çalışdığı qanadının əlvan rəngləri ətrafdakıların diqqətini çəkir, çiçəklər, böcəklər heyranlıqla onu izləyirdi. Kəpənək isə gözlərini yenicə açdığı dünyanı hələ bulanıq şəkildə olsa da duyur, çəmənin, meşənin simfonik səsi onu valeh edirdi.

- Bura necə gözəldir! - deyə düşündü kəpənək, - günəş necə mərhəmətli, hava necə xoş əsintilidir. Hələ bu baharın qoxusu...

- Vızzzz, bu nədir eyyy, belə də iş olar?! Bu günəş lap təngə gətirdi məni. Elə hey işığını verir, verir... Bəsdir də! Qanadlarımı yandıracaq az qalsın, - qara bir milçək kəpənəyi görmədən deyinə-deyinə vızıltıyla uçub keçdi yanından.

Kəpənək isə matdım-matdım arxasınca baxa-baxa qaldı.

Artıq qurumuş qanadlarını rahat açıb bağladığını görüncə uçmaq üçün bir-iki cəhd etdi əlvan kəpənək. Və budur o uçur artıq...

Əvvəl çəmənlikdə, şehli yaşıl otların üzəri ilə uçub, torpaq qarışıq yaşıllıq qoxusunu çəkdi içinə:

- Necə gözəl, necə gözəl!

Sonra çiçəklərin üzərindən, bir az da yuxarı qalxıb ağacların üstündən uçub süzüldü o yan bu yana.

Qanadları günəşin ilıq şüalarının altında sanki daha da əlvanlaşır, zərifcə titrəyərək baxanları heyran qoyurdu.

Uçub-uçub yoruldu kəpənək. Hiss elədi ki, acıb. Üzərindən uçduğu günəş kimi sapsarı çiçəkliyə endi. Bir çiçəyin ləçəyinə xəfif bir şəkildə qondu. Nəzakətlə çiçəyin şirəsindən içmək üçün icazə istədi. Belə bir gözəlliyi qonaq etməyin qürurlu sevincini yaşayan çiçək canla-başla razılıq verdi. Kəpənək şirədən sadəcə bir-iki qurtum içib doydu.

- Vızzz toz oldu ki, ayaqlarım. Elə yalandan görünüşün var ey sənin, vallah. Bu nə pintilikdir! Nədir? Çiçək tozudur? Bahh... Nə fərqi var?!

İcazə belə istəməyi artıq bilərək qəfildən yaxınlıqdakı çiçəyə qonan qara milçək yenə qəfildən narazı-narazı deyinərək uçub getdi.

Kəpənək də təşəkkür edib uçmaq istəyərkən sarı çiçək saxladı onu, yaxınlıqdakı ağacın dibində bitən çəhrayı çiçəyi göstərib ona olan eşqindən danışdı həyəcanla. Amma bu hissindən çiçəyi xəbərdar edə bilmədiyindən şikayətləndi. Kəpənək gülümsədi, istəsə onun hissləri haqqında çəhrayı çiçəyə xəbər apara biləcəyini söylədi. Sarı çiçək necə sevindisə, ətrafa yaydığı ətir birə beş artdı.

Kəpənək zərifcə qanadlandı havada süzülüb çəhrayı çiçəyin yanına qondu. Onun qulağına sarı çiçəyin eşqini pıçıldadı. Eşitdiklərindən utanan çiçəyin rəngi az qaldı ki, qırmızıya dönsün. Çiçəyi beləcə məsud görməkdən məmnun qalan kəpənək vəzifəsinin başa çatdığını anlayıb yenidən havalandı.

Bahar mehi rəngli qanadlarına sığal çəkə-çəkə uçan kəpənəyin gözü çəmənlikdə ağlayan körpə bir uşağa sataşdı. Anası nə illah etsə də uşağı sakitləşdirə bilmirdi. Uşaq ananın qucağında elə hey çırpınır, yüksək səslə ağlayırdı. Kəpənək bir az o tərəf, bu tərəfə süzüb düşündü. Sonra yavaşca körpəyə yaxınlaşdı, bir az da ona yaxın uçub birdən əlinin üstünə qondu. Körpə səsini xırp kəsdi. Kəpənəyin açılıb yumulan əlvan qanadlarına heyran-heyran baxdı. Kəpənək əvvəl yavaşca, sonra bir az sürətlə qanadlarını çırpdı. Yaranan çox xəfif meh balacanın üzünü yaladı. Yanağından axan yaşı burnunun suyuna qarışmış körpə gülümsədi, əvvəl qığıldadı, sonra səsli gülməyə başladı. Bu möcüzəyə heyranlıqla tamaşa edən ana da körpəyə qoşuldu. Kəpənək yavaşca havaya qalxdı, körpənin burnuna toxunub başının üstündə bir az da o yan- bu yana uçub uzaqlaşdı. Körpə gülümsəyən, anası isə təşəkkür və minnət dolu baxışlarını gözdən itənə qədər kəpənəkdən ayırmadı.

Günboyu uçub durdu kəpənək. Özü də boş-boş uçmadı, yuvadan düşmüş balasını tapmaqda bir quşa kömək etdi, ləçəkləri qopmuş çobanyastığına gözəl sözləri ilə təsəlli verdi, üfürərək bir parabüzənin gözünə qaçmış tozu təmizlədi, qarışqalar üçün bir yarpağı onların yuvalarının ağzına daşıdı. Baharın gözəlliyi onu elə məst etmiş, gördüyü işlər başını elə qatmışdı ki, zamanın necə keçdiyinin fərqində belə deyildi.

Günəş yavaş -yavaş enib səmanı qıpqırmızı rəngə boyadığında kəpənək gücünün tükəndiyini hiss etdi. Gölməçənin yanındakı bir yarpağa qondu. Onun qırmızıya boyanmış səmanı əks etdirən şəffaf suyuna baxıb:

- Sən necə parlaq, necə gözəlsən belə! - dedi.

- Gözəldir??? Vızzz... Sən nə danışırsan?! Heç bilirsən o nə qədər təhlükəli düşməndir bizim üçün? - kənardan kəpənəyin sözlərini eşidən qara milçək tez dilləndi.

- Düşmən?!

- Bəs nə! Qanadlarımıza dəysə, islansaq bilirsən nə baş verir. Nə uça bilirik, nə qaça. Dərhal yem oluruq qurda-quşa. Gözəlsən... Gözəlsən... Eh, axmaqsan, axmaqqq... Vızzz...- öz-özünə danışa-danışa uçub getdi qara milçək.

Kəpənək isə qorxmadan, ehtiyatla suya yanaşdı. Əyilib bir-iki qurtum su içdi. Son qüvvəsini toplayıb yuxarı uçdu, bir ağacın yarpağının üzərinə qondu. Get-gedə tükənən gücü ona sona çatdığını hiss etdirirdi.

- Deməli, bircə gün...- dedi. Qismətinə sadəcə bircə gün yazılmışdı, bu həyatdan bircə gün idi alacağı... Artıq ayın süd kimi işığı ilə aydınlanan, ulduz səpələnmiş səmaya baxdı:

- Heyif, mən bir daha bu gözəllikləri görə bilməyəcəm. Bir daha günəşin şəfqətli işığını, çiçəklərin məstedici qoxusunu duya bilməyəcəm - deyə düşündü, - amma olsun, nə yaxşı ki, bu bircə günü yaşadım, bu gözəllikləri heç görməməkdən, onları hiss edə bilməməkdən daha yaxşı deyilmi?

Kəpənək bu aydın gecəyə gözlərini birdəfəlik yumarkən qara milçək vızıldaya-vızıldaya növbəti günə oyana bilmək üçün yuvasına tələsirdi...

Umman Aslan

02.05.2023
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-25272238595866307092023-05-02T00:51:00.001+04:002023-05-02T00:51:08.384+04:00Sənsiz (şeir)

Elə bir həsrət ki, bu yandırır gözlərimi...

Kimsəyə söyləmədən car çəkir özləmimi.

Siz hardan biləsiniz nə yaşayır ürəyim?!

Necə arxasız qalıb buza dönən kürəyim...

Nə sevinə bilirəm, nə gülmək bacarıram,

Sürdürürəm həyatı yaşayan ölü kimi...

Qaçmağa, gizlənməyə bəhanə axtarıram,

Səndən başqa hər şeyə qapatmışam könlümü.

Gözlərim pəncərədə, xəyalım yanındadır,

Hələ də gözləyirəm sən gələcəksən deyə...

İçim məhşər meydanı, arzularım qan dadır,

Gəlməsən ümidlərim qərar verib ölməyə...

Umman Aslan

1.05.2023
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-70898486457451454892023-04-29T21:40:00.004+04:002023-04-29T21:42:41.219+04:00Günahkar (hekayə)

Gecədir. Böyük səsli-küylü şəhərin hündür mərtəbəli binalarının gur işıqlarının arasında köhnə beşmərtəbəli binalardan birinin pəncərəsindən közərən bir işığın da payı var. Pəncərənin önündə əlləri qoynunda dayanmış bir qızın gözləri yol çəkir.

Sabah tətil bitir, universitetdə dərsləri başlayırdı. Amma onun əvvəllər dərs başlayacağı üçün, tələbə yoldaşlarını təkrar görəcəyi üçün sevinən qəlbi, indi bir pencər kimi sıxılır, ona iztirab verirdi. Evdəkilər məcbur etməsə qəti şəkildə getməyəcəkdi, hətta təhsilini yarıda saxlamağı, universitetdən sənədlərini götürüb birdəfəlik getməyi çox istəyirdi. Sadəcə evdəkilərə gücü çatmırdı. İlk dərs günü düşdü yadına. Qızı ali məktəbdə oxuyacaq deyə qürurlanan, sevinci yerə-göyə sığmayan atası taksi olaraq işlətdiyi maşınında özü aparmışdı onu dərsə. Yol boyu bol-bol gəncliyindən, o vaxtkı imkansızlıqlardan danışmış, bu günün imkanlarına şükür etmişdi ata.

- Şükür bu günə... Sən oxu mənim balam. Oxu iş-güc sahibi ol. Qardaşın baxmadı sözümüzə. O qədər əlləşdim, dil tökdüm, oxumadı ki, oxumadı. Sözümü eşidən sən oldun bircə. Atan qurban olsun gözlərinə...

- Ay bala niyə uzanıb yatmırsan? Sabah dərsə gedəcəksən.Nəyə baxırsan orda? - deyib pəncərəyə boylanan ananın səsi Aytəni xəyalından ayırdı.

-Eşşş... Yatıram da, əl çəkmərsiniz aaa... - deyib, hirslə yatağa doğru addımladı qız.

Son vaxtlar qızının kobudlaşan cavablarına artıq alışmağa başlayan ana bir söz demədən çıxdı otaqdan.

Universitetin həyətində gözləri sevinc və həyəcanla parlayan qrup yoldaşları ilə rastlaşdı. Qızlar uzun bir yay tətilindən sonra darıxdıqları tələbə yoldaşları ilə qucaqlaşıb görüşür, uzun-uzadı hal-əhval tuturdular. Aytən onlara görünmədən yanlarından sivişib keçmək istəsə də alınmadı. Qızlar onu dövrəyə alıb bir-bir görüşdülər. Can dərdi qızlarla görüşən Aytən onların suallarını cavabsız qoyub universitetin binasının qapısından içəri atdı özünü.

Bundan sonra isə onun qaradinməz günləri başladı. Heç kimsə ilə kəlmə kəsməyən, dərs boyu, tənəffüs boyu dinməzcə gözlərini pəncərəyə dikib oturan, dərslərinə hazırlıqsız gələn Aytənin halı tezliklə bütün sinifin diqqət mərkəzinə çevrildi. Onsuz da əvvəldən soyuqqanlı və iti dilli olan, lakin dərslərində çalışqan olan bu qız indi demək olar ki, qrupda heç kimsə ilə ünsiyyət qurmurdu, adamayovuşmaz və acıdil birinə çevrilmişdi. Qızlar öz aralarında çox baş çatlatdılar "görəsən, Aytənə nə olub?" deyə çox müzakirə etdilər. Axırda bu qərara gəldilər ki, Aytən tətildə nakam bir eşq macərası yaşayıb.

- Hətta qızın halına baxsaq, bu elə belə gəldi-gedər bir macəra da olmayıb, demək ki, çox yaxın olublar - deyə nöqtəni qoymuşdu qızlardan biri. Aytənlə danışmağa can atdılar, zarafatyana, ciddi eşq macərasına eyham da vurdular hətta, amma qız elə sərt və kobud şəkildə qarşılıq verdi ki, axırda onunla münasibət qurmaqdan, dərdinə yanmaqdan vaz keçdi hər kəs.

- Heç nə, daha maraqlanan deyiləm. Özü bilər. Elə bil bircə bunun dərdi var. Bah böyük şey olub, sevgi oxu daşa dəyib. Dünyada bircə sən deyilsən ki... Adam da bu qədər acıdil olar?!

- Demə day. Vallah bir söz deyim, mənim onun atası kimi bir atam olsaydı, heç nəyi özümə problem etməzdim. Kişi yazıq əldən-ayaqdan gedir qızı üçün.

-Heç demə...

Qısa bir müddət sonra isə müəllimlərdən biri Aytənin universitetdən çıxmaq istədiyini, bunun üçün rektorla görüşdüyünü qaçırdı ağzından. Beləcə, bu söhbət yenidən qızışdı. Qrupdakı xətri sayılan qızlar, təkrar danışmaq istədilər Aytənlə.

- Yaxşı dərdini bizə danışmadın, özün bilərsən. Amma təhsili yarımçıq qoymaq nə deməkdir, Aytən?! Sən axı elə-belə də oxumurdun. Hayıf deyil əziyyətlərinə?

- Özünə heyfin gəlməsə belə evdəkiləri, atanı düşün. Yazıq deyil o kişi? Yadımdadır hər imtahan günü işin-gücün atıb gəlib qalırdı həyətdə. Çıxan kimi sən də qaçırdın onun yanına. Kişinin yaxşı yazdığını biləndə sevinci yerə-göyə sığmırdı. İndi sən kiməsə, nəyəsə görə həm özünə yazıq edirsən, həm də o kişinin arzularını ürəyində qoyursan.

Bu dəfə acı cavab vermədi Aytən. Sadəcə pəncərəyə zillənmiş gözlərindən yaş diyirləndi aşağıya. Heç bir həftə keçməmiş Aytən qızlarla həmişəlik sağollaşmaq üçün dərsə gəldiyini bildirdi. Artıq sənədlərini götürmüş, universitetlə yollarını birdəfəlik ayırmışdı. Sakitcə heç bir şey demədən görüşdü qızlarla. Heç kim də heç nə soruşmadı. Çünki deyiləcək hər bir sözün artıq olacağını anlamışdı hamı. Hətta Aytənin bu qərarını yerinə yetirməklə sanki bir az yüngülləşdiyini hiss elədi qızlar.

Bir vaxtlar onunla yaxın olan Gülnarə aşağıya düşüb ötürmək istədi Aytəni. Həyətdə qızın əllərindən tutub bir kənara çəkdi:

-Aytən,- dedi, sənin xətrini necə istədiyimi bilirsən. Elə hamımız istəyirik səni. Heyif ki, son vaxtlar pozdun münasibətləri. Belə ayrılmaq istəməzdik səninlə... Nə isə... Ümid edirəm ki, bu addımına sonra peşman olmayacaqsan. Hələ də bilmirəm ki, Şamxal dayı necə imkan verdi sənə, onu necə razı sala bildin bu qərarına...

O anda Gülnarə əlində tutduğu qızın hər iki əlinin bir anda buz kimi soyuduğunu hiss etdi. Yaşlar Aytənin gözlərindən yaz yağışı kimi boşalmağa başladı.

- Hanı Şamxal dayın, Gülnarə? Haradadır? İki ay yarımdır yoxdur o... İki ay yarımdır, heç yuxumda da görə bilmirəm onu...

- Necə, necə yəni? Nə danışırsan Aytən? - Gülnarənin təəccübdən irilənmiş gözləri kiprik belə çalmadan Aytənin üzünə dikilmişdi.

- Sonuncu imtahan günü... Söz vermişdi mənə... Hamısı "beş" olsun, demişdi, gəlib səni götürərəm, ata-bala yeməyə gedərik, bütün axşamı bərabər vaxt keçirərik demişdi... Həyatımın ən gözəl günü olacaqdı o gün, Gülnarə... Ən gözəl günü... Geyindim, bəzəndim, zarafatyana qısqanc sözlər atan anama, bu gün atamla mənim günüm, bağışlayın, sadəcə ikimizin günü deyib güldüm. Sonra pəncərənin önündə durub həyətə girməsini, siqnal verməsini gözlədim. Necə gözlədim, ilahi! O yolunu gözlədiyim köhnə sovet maşını mənim üçün necə dəyərli idi o anda... Hardan bilərdim ki, bir az sonra əzilmiş, sıradan çıxmış halda gətiriləcək o maşın həyətimizə... Atam tələsmişdi, o da mənim kimi səbirsizlənmişdi, bir an öncə qovuşmaq istəmişdi qızına, sürət həddini aşmış, bir yük maşının altında qalıb əzilmişdi... Elə ordaca tapşırmışdı canını... Mənim ucbatımdan... Mənə görə yarımçıq qaldı atamın həyatı... "Universitetə girməsəydim, o "beş"ləri almasaydım, yaşayırdı bəlkə də atam, eybi yox arzusu ürəyində, amma özü bizimlə qalardı" deyə düşünməkdən o gündən bəri nə gecəm var, nə gündüzüm. İndi, səncə, mənim burda oxumağımın nə mənası var?! Deyə bilərsən? Bilirsənmi, Gülnarə, hələ də inanmıram, bəlkə pis bir yuxu görmüşəm deyə düşünürəm. Pəncərədən gözümü yığa bilmirəm heç cür. Atam o köhnə maşını ilə indicə gələcək, indicə siqnalı basacaq deyə hələ də gözləyirəm... Hələ də...

01.03 2023

Tapşırıq : Girişi məhdudlaşdırma ilə başlayan bir hekayə yazmaq (məndə tam alınmasa da... 😅)
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-18795498599892511802023-04-23T23:57:00.000+04:002023-04-23T23:57:29.013+04:00Qaçış (şeir)

Bir yol verin, bir yol mənə

Bu günümdən o başlayıb

Qoy uzansın keçmişimə.

Bu günümdən addımlayım

Yavaş-yavaş dünənimə

Baxa-baxa keçənlərə

Gedib çıxım ötənlərə...

Bu yolumun gəlişi var gedişi yox

O günlərə bu yolun bir dönüşü yox

Görüm səssiz, kimsəsizdir uzun yolum,

Odur ki, ot-ələf basıb hər bir yanın.

Görüm burda yaxın gəlir uzaq mənə

Boylanım ötən ömürə bir də baxım

Gəldiyim sürətlə deyil, dünənimə

Asta-asta, yavaş-yavaş gedim çıxım.

Həyatımın hər anında bir az durum,

Baxım bahar qoxan ürkək gəncliyimə.

Qayğı dolu o qızı qoy, qucaqlayım

Dərman olum qəlbi qırıq günlərinə.

Gedim gedim,

qaçım bir az mən qabağa.

Bir də baxım uşaqlığım önümdədir.

Görüm addımım balaca,

Görüm dünya böpböyükdür.

Görüm yenə uzun saçım hörüklüdür.

Görüm anam lent bağlayıb uclarına

Mən qaçdıqca onlar uçur ora-bura.

Qaçım belə qayğısızca,

Bir az daha irəlləyim...

Görüm yenə o günlər tək

sevinclə dolub ürəyim...

Qaçım qaçım...

Baxım durub atam yolda,

Xanım-xatın nənəm yolda.

Baxım mənə qucaq açıb hər ikisi.

Baxım əsir xoş günlərin əsintisi...

Sığınıb sevdiklərimin qucağına

Unudum dünyanın dərdini ,sərini

Şirin röya kimi varınca dadına

Qalım orda bir daha dönməyim geri.
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-11264054721144957012023-04-19T02:03:00.003+04:002023-04-19T02:03:32.581+04:00Sönməyən işıq (hekayə)

Sönməyən işıq

- Necə yəni gecələri də sönmür? Elə şey olar? - Hə vallah... Gecə gündüz o evin işıqları yanır. Hələ bu bir yana, qadın ayaqlarını dirəyib ki, çıxmaram bu evdən. Bütün bina köçüb ey. Adam baxanda vahimələnir. O qədər qaranlıq, tərk edilmiş evlərin arasında bircə ev nə işığından vaz keçir nə də canlılığından...

Dayanacaqdan görünən köhnə, bir hissəsi artıq sökülməyə başlanan xruşovka binalara baxa-baxa canfəşanlıqla danışan Xalidənin sözlərimi, yoxsa payızın yarpaqları qovalayan küləyimi üşütmə saldı canıma bilmədim...

Tezliklə gözlədiyimiz avtobus da gəldi. Avtobusda Xalidə artıq söhbətin mövzusunu dəyişib tələbə yoldaşımız Sənubərin nişanlısı ilə yaşadığı problemlərindən danışmağa başlamışdısa da mənim o işığı sönməyən ev heç cür ağlımdan çıxmırdı. "Bir evin işığı axı nəyə görə gecə-gündüz yanar ki? Ev sahibəsini bir evə bu qədər möhkəm bağlayan nə ola bilər?" Bu sual bütün gün universitetdə də beynimdə dolanıb durdu. Hətta o günü aşıb bütün günlərimi öz əsarətinə saldı.

- Az dəlisən sən, nə deyəcəyik arvada? Heç tanımırıq da... Deyəcəyik nəyə gəlmişik? Sizin bu evin sirrini çözməyə? Booyy...

- Bilirəm, asan deyil. Vallah çox götür qoy elədim, amma öyrənməsəm ürəyim partlayacaq, Xalidə. Nə olar gəl razı ol, lütfən, lütfən.

- Bilsəydim heç danışmazdım sənə. Yox ey vallah, utanıram mən...

- Salam, bağışlayın narahat edirik...

Saçlarına ara-ara dən düşmüş, səliqəli geyimi və gözlərindən oxunan dərin kədəri ilə qarşı tərəfdə özünə hörmət oyandıran, təxminən 50 yaşlarında xanım-xatın bir qadın açmışdı üzümüzə qapını. Hər gün dəfələrlə tikinti işçiləri tərəfindən döyülən qapısında bu dəfə iki gənc qızı görmək təəccübləndirmişdi, deyəsən, onu...

- Buyurun, dedi çaşqınlıqla.

Xalidə böyrümə bir dürtmə vurub göz-qaşı ilə "di soruş görüm, necə soruşursan?!" dedi.

- Şey biz, yəni mən... Narahat etdik ey bağışlayın...

Qadın dinməzcə sual dolu baxışlarını üzümdən çəkmədən gözləyirdi. Bir az da uzatsam tək şansımı əlimdən qaçıracağam kimi gəldi mənə. Bütün cəsarətimi topladım.

O evdə utancaq bir şəkildə oturduğumuz səliqəli çay süfrəsi ətrafında, qadının bulud kimi dolub boşalan gözləri və bəzən də bəndini qırıb üzü aşağı axan bir sel kimi göz yaşları ilə anlatdığı hekayəsi məsələni aydınlatmışdı bizə.

Üç övladı vardı Qəmər xalanın. İki oğlu, bir qızı. Bu binada doğulub, bu binada böyümüşdülər. Ən kiçik qızı Nərgiz... Qardaşları kimi o da yaxınlıqdakı məktəbdə oxumağa başlamışdı... Amma bir gün məktəbdən evə dönməmişdi. 10 yaşı vardı Nərgizin. Qonşu qızları ilə gedib gəlirdi məktəbə. Hamı tanıyırdı, hamı bilirdi onu... Amma o gün dərsdən sonra heç kim görməmişdi qızı... Elə bil qız iraq olsun, yer yarılıb içinə girmişdi, elə bil dili-ağzı qurusun qız heç olmamışdı... Günlərlə dəli kimi axtardılar hər yanı, ələk-vələk elədilər hər yeri, qızdan əsər-əlamət tapmadılar... Günlər günləri əvəzlədi, aylar ayları, illər illəri... Hamı əlini üzdü Nərgizdən... Onu tapmaq ümidindən... Bircə Qəmər xala, heç itirmədi ümidini... Hər gün eyni həyəcanla gözlədi qızının yolunu... Bilirəm dedi, bir gün gələcək... Aşağıdan boylanacaq evimizə... Görəcək ki, işıqlarımız yanır, biz gecələr belə onun yolunu gözləyirik, biləcək... Ana ürəyi aldadarmı heç? Ana ürəyi yalan deyərmi? Gələcək qızı... İndi bu evi qoyub gedə bilərmi heç? Siz deyin, qoyub gedə bilərmi?

21.02.2023
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-11154029376978881372023-04-19T01:50:00.003+04:002023-04-19T01:50:58.042+04:00Səhifəmin yeni düzəni

Deməli belə canım bloqum. Bura yazmadığımdan bəri həyatımda nələr dəyişdi, tək-tək oturub yazmağı çox istəyərdim, amma buna nə vaxtım var, nə də ki, yaddaşım elə güclü deyil. Bir dəyişikliyi isə qeyd etməsəm günah olar. Deməli, mən iki aydır yazıçılıq kursu alıram. Bu həyatda ən çox istədiyim şeylərdən biri idi. Yazıçılığa hələ ki, tam qabiliyyətli olduğumu düşünmürəm. Amma çox çalışmaqla zamanla olacağına da əminəm. Buna görə tez-tez yazmalıyam. Açığı ən çox ideya və mövzu tapmaq baxımından əziyyət çəkirəm. Amma yaza-yaza bunu da aşa biləcəyimizi söyləyir mütəxəssislər. Odur ki, hekayələrim hələ primitiv ola bilər, mövzusu çox da dərin olmaya bilər. Heç önəmli deyil. Əsas olanı yazmaqdır.

Qısacası, bu platformada daha çox hekayələrimlə olacağam artıq. Arada şeirlərim və eləcə dərdləşmə yazılarım da ola bilər təbii ki...

Çox həyəcanlıyam. Eynən bloqumu ilk açdığım günlərdəki kimi hiss edirəm. Uzun müddət yenə heç kim oxumayacaq bu yazılarımı. Sadəcə mənə aid bir dünya olacaq!

O zaman, canım yazıçı xanım, səhifənə xoş gəldin😎
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-57926531900474951792023-04-10T20:46:00.000+04:002023-04-10T20:46:06.417+04:00Geri döndüm

Bahar gələndə mən də...

Salamlarrr!!! Yenidən burda olmaq necə gözəl duyğudur ilahi... Mən gəldim yenə. Döndüm dolaşdım yenə bu isti yuvama gəldim. Heç vaxt digər sosial medya məcralarının bloqumu əvəz etməyəcəyini bilirdim onsuz da, amma rahatlığı saqqızımı oğurladı, nə yalan deyim.

Niyə yazıram yenə? Uzun müddətdən sonra birdən ürəyimə düşdü. Girim bir göz atım dedim yazılarıma. Və oxuduqca oxudum... Yazılarımın səmimiyyəti, uzun olsa oxumazlar, bəyənməzlər dərdindən uzaq rahatlığı necə xoşuma gəldisə, digər məcralarda sərhədləndiyimi hiss etdim bir anda... Mənim söz azadlığım məhdudlaşıb, xəbərim yox! Mən artıq ürəyimdən keçənləri yazmaq əvəzinə, bəyəniləcək mövzuları işləmək riyasına qarışıbmışam. Və başqalarını düşünərək yazdıqca yazı yazma qabiliyyətim koralıb,öz parlaqlığını itirbmiş... Mən burda daha öncə yazdığım kimi yaza bilmirəm məncə... Odur ki, arada gəlib yazacam... Özüm kimi, istədiyim kimi yazacam...
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-25737493165380882352021-03-10T20:00:00.000+04:002021-03-10T20:00:01.727+04:00Mən Rəbbimi görürəm (şeir)

Mən Rəbbimi görürəm

Gündüzlər gecə olur, ay görünür səmada,

Qara rəngli örtüyü çəkir üstünə dünya.

Göyə zillənir baxış, heyrətlənir baxdıqca,

Mən Rəbbimi görürəm hər ulduz işığında.

Qış keçir, bahar olur, cana gəlir ağaclar,

Nə hikmətlər gizlənir çiçək tumurcuğunda.

Yaşıllığa bürünür düzənliklər, yamaclar

Mən Rəbbimi görürəm baharın coşğusunda.

Bir yağmur damlasında, kiçik qar dənəsində,

Dağların zirvəsində, dənizlərin dibində

Mən Rəbbimi görürəm, onu xatırlayıram,

Baxdığım hər varlığın var oluş səbəbində...

Umman Aslan

Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-84334372821162558602021-03-10T09:00:00.012+04:002021-03-10T09:00:00.199+04:00Uşaq ədəbiyyatı 1
Uşaqlarımıza kitabları sevdirmək üçün ilk öncə həmin kitablarla özümüz tanış olmalıyıq ki, övladımızı oxumağa yönəldərkən onların zövqünə xitab edən kitabları da tanımış olaq. Bu baxımdan mən ötən ilin dekabrında 15 günə 5 belə kitab oxudum. Və həqiqətən, xüsusən, kitab oxumağı sevən Saidimə bunun sayəsində hansı kitabın ona maraqlı gələcəyini bilib, oxuması üçün həmin kitablara yönəltdim. Nəticəsindən həm özüm, həm də balam razı qaldı. Bu arada Saidimin də arabir oxuduğu kitablarla bağlı düşüncələrini paylaşdığı blog səhifəsi var. Ora bir göz atıb, yazılarına yorum atsanız onu necə sevindirəcəyinizi təxmin belə edə bilməzsiniz😊

Saidimin bloq səhifəsi : readersaid10

Qeyd etdiyim kitablarla bağlı düşüncələrimi sizinlə də paylaşmaq istəyirəm.

1. Selma Laqerleyf / Nilsin vəhşi qazlarla qəribə səyahətləri.

Yaramaz bir oğlan olan Nils həm ata-anasını, həm də evdə saxladıqları heyvanları zara gətirmişdir. Hər kəsi incidən, heç nəyi vecinə almayan bu uşağı ağıllandırmaq üçün nəsə etmək lazımdır. Budur bir meşə cırtdanını da incitdiyi üçün onun sehrinə məruz qalır və barmaq boyda bir uşağa çevrilir. Artıq öncələr at oynatdığı dünya onun üçün qorxu və təhlükələrlə dolu bir yerə çevrilmişdir. Nə hikmətdirsə, artıq heyvanların dilini də anlayır. İncitdiyi heyvanlar bütün elədiklərinin əvəzini çıxmaq istəyirlər. O isə uzun müddətdir vəhşi çöl qazlarına qoşulub başqa diyarlara uçmaq istəyən Martin adlı ev qazının belində uzaqlara qaçmağa müvəffəq olur. Artıq Nils üçün həm çətin bir səyahət, həm də bu yol boyunca bir çox imtahandan keçərək tərbiyələnmə və nəcibləşmə yolçuluğu başlayır.

Əsərin müəllifi Selma Leqarlöfün bu əsəri uşaqlara coğrafi bilikləri aşılamaq məqsədi ilə yazdığını bilirsinizmi?

Biliklərlə yanaşı müəllif tərbiyəvi məsələləri də unutmayıb. Bu kitabda dostluğu, sevgini, fədakarlığı, əzmi, inamı, eyni zamanda deyərdim ki, empatiyanı maraqlı hadisələr fonunda təqdim edir bizlərə. Çətinlikdən keçən yolların sonda qazandırdıqlarını, müəyyən dəyərləri qazana bilmək üçün həyatın sınaqlarına sinə gərməyi öyrədir. Bu məziyyətləri övladınızda görmək istəyirsinizsə kitabı onlara oxudun.

Əsər hər nə qədər uşaqlar üçün yazılsa da məncə böyüklərin də zövq alaraq oxuyacağı bir kitabdır. 8 yaşına qədər olan uşaqlar üçün bir az çətin gələ bilər. Lakin daha yuxarı yaşda olan uşaqlar rahatlıqla oxuyub, anlaya bilərlər.

2. Elinor Porter / Polianna böyüyür

Yəqin ki, hər şeydə təsəlli tapmağı bacaran balaca qızcığaz Polliannanı hər kəs tanıyır. Bir neçə il əvvəl Pollianna əsərini oxuyanda məndə elə yüksək bir əhval-ruhiyyə oyatmışdı ki, uzun müddət təsirində qalmışdım. Polliannanın həyatsevərliyi, yardımsevərliyi, hər şeyə pozitiv yanaşması, ən nəhayət, atası ilə kəşf etdikləri "başına gələn bütün pis hadisələrdə yaxşı bir şey tapa bilmək" oyunu və bu oyunla ətrafındakı bir çox insanın həyatına toxuna bilməsi məndə xoş təəssürat buraxmışdı. Bu kitabı uşaqlara oxutmağın önəmini düşünüb, bloqumdakı yazımda dönə-dönə qeyd etmişdim.

Hal-hazırda sizə danışacağım kitabda isə biz Polliannanın yeniyetməliyi və gəncliyini görürük. Pozitiv baxışı və öz oyunu sayəsində, həyatında qarşısına çıxan bir çox çətinliklərə rəğmən o yenə həyat dolu və xoşbəxtdir. Öz müsbət aurası və məşhur oyunu ilə başqalarının həyatına toxunmağa davam edir. Bu kitabda Ceyminin hər gün həyatında mütləq bir sevinc tapıb yazdığı "Sevinclər kitabı" kimi maraqlı bir ideyanı da təqdim edir bizə yazıçı.

Fərqli ailələr, talelər, yeni dostlar, yeni duyğular və Polliannanın ilk sevgisini tanıyırıq bu kitabla... Odur ki, elə yeniyetmə yaşda uşaqların oxumağı daha məqsədəuyğundur. İlk öncə özümüz oxuyaq, alacağımızı alaq, sonra isə həyatın çətinləşdiyi, bütün neqativ duyğuların ayaqda olduğu bu günlərdə övladımıza bu kitabla bir kitab ümid, bir kitab hüzur bəxş edək. Qoy həyatı sevsinlər və həyatı həm özləri, həm də başqaları üçün yaşanıla biləcək hala gətirməyi öyrənsinlər... Hər kəsə xoş mütaliələr.

Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-25270046672026494552021-03-09T20:00:00.000+04:002021-03-09T20:00:05.290+04:00Sonsuzluq arzumuz

"Biz hər şeyin sonsuzluğunu istəyirik. Var olan hər şey bizi özünə cəzb edir, yoxluq və məhdudluq isə bizə xoş gəlmir. Ölümdən nə üçün qorxuruq? Elə bilirik sondur. Xəstəlikdən, yoxsulluqdan, zəiflikdən, cahillikdən niyə xoşlanmırıq? Çünki bütün bunlar məhdudiyyətlərdir. Hər dəfə bir arzumuza çatdıqda niyə qane ola bilmirik və daha artığını arzulayırıq? Tamahkar olduğumuza görə yox, sonsuzluğa can atdığımız üçün. Deməli, indiki durumda bizi narahat edən məhdudluq və naqisliklər, arzuladığımız isə məhdudiyyətsizlik və sonsuzluqdur. Beləliklə, biz əldə etməyin ləzzətini istəyir və itkinin əziyyətindən qaçırıq." (c)

Hacı Şahin "Hardan başlamalı?" kitabından bir parça...
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-61445781904163498642021-03-09T09:45:00.001+04:002021-03-09T09:45:00.281+04:00Ayfer Tunç / Aziz Bey Hadisesi

✔"Toprağına düşememiş, iki taş parçası arasında kuruyup kalmış bir tohum gibi yalnızdı artık."

Ayfer Tunçu əziz bloqdaşlarımın başlatdığı "Hər aya 1 kitab, 1 film" etkinliyi sayəsində kəşf etmişdim. Və təbii ki, bu müəllifdən oxuduğum ilk kitab idi.

Kitabdakı hekayələrin az qala hamısının qəhrəmanları həyatının xəzanını yaşayan, küncdə-bucaqda diqqətdən kənarda qalmış, həyat enerjisi tükənmiş, ölümü gözləyərək yaşayan silik insanalardır. Onlar o qədər əzik, silik insanlardır ki, simaları belə bulanıq təsəvvür yaradır beyində. Amma nə sirdirsə o sıxıcı, yeknəsəq həyat yazıçının qələmi sayəsində cəzb edir insanı. Hər oxumağa ara vermək məcburiyyətində qaldığımda bütün fikrimin-zikrimin qəhrəmanın yanında qaldığını hiss edirdim. Onların yalnızlıqlarını, acizliklərini ürək ağrısı ilə duyub, dərindən hiss edirdim. Bu da məncə yazıçının mərifətidir. Tək mənfi cəhət olaraq söyləyə biləcəyim şey pessimizm hədd səviyyədədir bu kitabda.

Ümumilikdə isə mən Ayfer xanımın qələmini sevdim. Ümid edirəm 2021-də müəllifin başqa kitablarından da oxumaq qismət olar.

Seçdiklərim

▪︎O zaman da uyumak ve uyandığında, hayatının acı veren o safhasının hiç olmamış olduğunu görmek istemişti. Ömrünü pişmanlıkların damgaladığı bir yığın insan gibi..

▪︎“İşte böyle kâtip efendi,” dedi. “Ümit beni bir gün daha aldattı, bak.”

▪︎Dil yaresini andıracak yare bulunmaz.

Dünyada gönül yaresine çare bulunmaz.

▪︎Düz, uzun ve ince bir çizgiyi andırırdı hayatım. Bir hastanın ölüm ânı gibi bir şeydi bu. Sanki ben bu uzun ve ince çizgi üzerinde, sonsuza kadar yürüme cezalısıydım.

▪︎Kayıp çocuklardan biriydim. Yenilmişliğin, geleceksizlikte kaybolmuşluğun hastalıklı duygularına varlığımı teslim etmiştim.

Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-55338665472979777492021-03-08T09:00:00.000+04:002021-03-08T09:00:10.164+04:00Hacı Şahin / Haradan Başlamalı

✔"Həyat amansız deyil. Həyat bizə aşiqdir deyə, biz varıq."

Hacı Şahin bizim dünyaya, İslama baxışımıza yepyeni bir nəfəs gətirənlərdəndir. Onu dinlədikcə hər zaman məsuliyyətləri ilə bizi qorxudan dinimizə bambaşqa bir gözlə baxa bilir, həm dünya, həm axirət həyatı nəzərimizdə gözəlləşir, içimizdə rəngarəng ümid çiçəkləri açır...

Hacı Şahini digər din adamlarından fərqləndirən ən önəmli xüsusiyyətlərindən də biri budur məncə. Hər şeyə pozitiv yanaşır.

Odur ki, kitabını da çox böyük maraqla oxudum. Və moizələrində adətən çox bəsit dildə, hər bir avamın belə anlayacağı nitq ilə danışan bu insanın savadına, tarixi, fəlsəfi bilgisinə və dünyagörüşünə heyran qaldım. Kitabdakı dili bambaşqadır və o burada dünyaya quş baxışı baxan və bizim görmədiyimiz, içində itib-batdığımız həyatı, zamanı, dövrləri, düşüncələri kənardan izləyə bilən, hər birini düha süzgəcindən keçirib bizlərə anlaşıqlı şəkildə təqdim edən həqiqətlərə aşina, bəsirət gözü açıq bir bələdçi rolundadır. Deyim ki, bu rolunun da öhdəsində layiqincə gəlməyi bacarıb. Hər kəsə bu kitabı oxumağı şiddətlə tövsiyə edirəm.

(Kitabdan seçdiyim bir çox sitatlar var idi. Axtardım, deyəsən yazıya köçürməmişəm. İlk fürsətdə bura onları əlavə edəcəm.)

▪️ İnsanı istəklər arasında parçalayan, səthi ləzzətlərlə ruhunu doyuzduran və daha böyük ləzzətlərə yer saxlamayan işin adına dində "günah" deyilir.
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-5171085784782281852021-03-07T20:00:00.001+04:002021-03-07T20:00:04.509+04:00Tükənməyən arzularımız...

İnsanoğlunun istək və arzuları tükənməzdir. Arzularımızın arxasınca getmək, bu uğurda maneələri aşmaqdır bəlkə də həyatımıza rəng qatan, "yaşamağa dəyər" dedirtən. Dünya yaranandan bu yana nə qədər fərqli arzular, nə qədər rəngarəng diləklər gəlib keçib qəlblərdən kim bilir?!...

Günümüzdə isə arzularımız qəlibləşib, ucsuz-bucaqsız xəyallar sanki tikanlı məftillərlə çevrələnib. Kapitalizmin hər yerdən gözümüzə soxub, beynimizə yeritməyə çalışdığı geyimlər, yeyəcəklər, əşyalar və hətta "mükəmməl" həyatlar o rəngbərəng arzu və xəyalların yerini alaraq bizi dəyərsiz diləklərin ovçusuna çevirib. Ehtiyacımız olmayan bir çox şey təmtəraqlı reklamları ilə gözümüzü boyayıb dolabımıza, evimizə, həyatımıza girməyə müyəssər olurlar.

Bəs bu ucuz arzuları əldə etmək bizi tətmin edirmi?- Etmir. Dərhal yeni bir arzunun ardınca düşürük. Əldə edə bilmədiyimiz zaman nə baş verir? - Başqalarının həyatına baxıb, onlarla özümüzü müqayisə edib, həyatda bir çox şeydən məhrum qalmış kimi hiss edərək qəm dəryasına qərq oluruq. Bu bitməyən döngüdə dolanıb dururuq. Nəticədə bədbəxt hiss edən, həyatından narazı insanlara çevrilirik.

Çünki unuduruq, bunun üçün yaradılmadığımızı unuduruq. Biz daha ali məqsədlərə can atmaq, daha dəyərli olanları arzulamaq üçün yaradıldıq.

Bircə duyğularımızın yaradılış hikmətinin mahiyyətinə vara bilsək, inanın, yaşamaq çox daha asan olar...

Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-51661513594458243732021-03-07T09:24:00.005+04:002021-03-07T09:24:25.413+04:00Sait Faik Abasıyanık / Alemdağ'da Var Bir Yılan

"Yalnızlık dünyayı doldurmuş. Sevmek, bir insanı sevmekle başlar her şey. Burda her şey bir insanı sevmekle bitiyor."

Başdan bu kitabı heç bəyənmədiyimi deməliyəm. Sürrealist tərzdə yazılmış, zaman, məkan, həqiqət, yalanın iç-içə girdiyi, bitirdikdən sonra ağlında heç bir şey buraxmayan 17 hekayədən ibarətdir kitab. Sırf özümə heç bir şeyi yarım qoymamağa söz verdiyim üçün sona çatdırdım.Bitirə bilmək üçün özümü çox zorladım. Qələmindən, üslubundan içkisevər və fərqli cinsəl seçimləri olan, yalnız, miskin həyat yaşayan bir yazıçı canlandı gözümdə. Bilmirəm bəlkə də bu sadəcə yaratdığı obrazların dünyasıdır. Amma o dünya mənə çox ürküdücü, soyuq və uzaq gəldi.

Seçdiklərim:

▪️ O masaya otursam o masaya. İnsanlar gelse otursa çift çift kadınlı erkekli. Ben tek başıma. Milyonlar içinde tek başıma. Acı gitgide acıyor. Kavun acısı gibi, zehir gibi bir acı. Kaybettikten sonra bulduğumuz şey.

▪️ Rüyamda hiçbir şeyi görürdüm. Hiçbir şeyi. Hiçbir şey kadar güzel şey var mı? Varsa ver bir lokma. Şu saatte. Hiçbir şey ölüm gibi güzeldir.

▪️ Sokakların içinde sırtımda talihim, sırtımda kendim, yürümeliyim.

▪️ Önce kafasını gösterdi:

— Kafa dediğin eskir, ihtiyarlar, ölür bile insan ölmeden, dedi.

Sonra kalbini gösterdi:

— Eskimeyen, eksilmeyen şey buradadır.

▪️ Körlük ne kadar modası geçmiş bir edebiyata benziyor. Kılı kırk yaran bir edebiyata...

▪️ İnsanoğlu gülünç olmak için doğmamışsa gülünç etmek için doğmuştur.

▪️ İnsanoğlu için yasaklı hayvandır da diyebiliriz. Mikroplar bile birer yasak değil mi? Aşklar yasaktır. Gün olur, sular, yemişler bile yasaktır. İnsanlar birbirine yasaktır.

Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-62190399385400019642021-02-16T02:18:00.004+04:002021-02-16T02:18:38.073+04:00Kiməm mən? (Şeir)

Kiməm mən?

Ömür dənizində hərdəm sovrulan

Ümmanlarca yük daşıyan bir damla.

Qəm gününün istisiylə qovrulan

Kiçicik bir qum dənəsi cahanda.

Kiməm mən?

Zaman adlı burulğanın içində

Sürüklənən milyonlardan bircə an,

Yaşıllığın xəzan adlı köçündə

Quru yarpaq nəm torpağa can atan.

Kiməm mən?

Bütün aləmi dolduran bir yoxluq

İzahsız, cavabsız, çətin bir sorğu.

Əhsəni-təqvimdə əşrəfi - məxluq,

"Yox"dan gəlib "var"a gedən bir yolçu.

Umman Aslan
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-21976288606873885842021-02-06T09:02:00.001+04:002021-02-06T09:02:02.119+04:00Ali Benjamin / Hayalet Kalp

✔"Herkesin öyküsü başından sonuna kadar farklıdır. Bir süreliğine ikisi birmiş gibi gözükse bile kimsenin öyküsü aslında kimseninkiyle birlikte gitmez."

Kitab Zu (əslində Suzanna) adlı bir qızın vəfat edən rəfiqəsinin boğularaq öldüyünü qəbul edə bilməməsi və bu ölümlə bağlı araşdırmasının onu (və eyni zamanda bizi) meduzalarla bağlı bəzi həqiqətləri öyrənməyə aparıb çıxarmasından bəhs edir. Məsələn, biz Meduzlarla bağlı nə qədər məlumatlıyıq? Açığı mən "Hayalet Kalp"i oxuyana qədər bu okean canlıları ilə bağlı çox az şey bildiyimi anladım. Məsələn meduzaların ürəyi və qəlbi yoxmuş. Və bir ildə minlərlə insanı sancaraq zəhərləyə, hətta öldürə bilirmişlər. Meduzaların bəhsi çox keçsə də əlbəttə ki, kitabın əsas mövzusunu dostluq, sevgi, anlayış, əzm kimi bir çox şey təşkil edir. Maraqlı və axıcı bir kitab kimi daha çox yeniyetmələrin zövq alacağını düşünürəm.

Seçdiklərim:

▪️Bir insan yalnızca susarak görünmez olabilirmiş.

▪️Aslında herkesin sandığı gibi konuşmayı reddediyor değildim. Yalnızca, gerekmedikçe dünyayı sözcüklerle doldurmamaya karar vermiştim.

▪️Bazen bir şeylerin değişmesini öyle çok istersiniz ki herşeyin aynı kaldığı bir odada bulunmaya bile katlanamazsınız.

▪️Herkesin öyküsü başından sonuna kadar farklıdır. Bir süreliğine ikisi birmiş gibi gözükse bile kimsenin öyküsü aslında kimseninkiyle birlikte gitmez.

▪️Yetişkinler herkes gibidir, aslında gerçek düşüncenizi söylemenizi istemezler.

▪️"Sözsüz iletişim bazen sözlü iletişimden daha iyi olabilir. Sessizlik sesten fazlasını söyleyebilir , aynı şekilde bir kimsenin yokluğu , varlığından bile çok yer kaplayabilir."

▪️Veda etmek önemlidir. Yaşama yeniden başlamamızı sağlayan şey vedalardır.

▪️"Kuş olsaydım sonbaharların peşinde dünyayı dolaşırdım ."

Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com0tag:blogger.com,1999:blog-489895845765056136.post-80301865953971553652021-02-05T09:02:00.001+04:002021-02-05T09:02:15.614+04:00Özünə verdiyin dəyər qədər xoşbəxtsən!

Özümüzə nə qədər dəyər veririk, görəsən? Qərarlarımızın nə qədərini öz istəklərimizə, nə qədərini başqalarının bizdən gözləntisinə görə alırıq? "Başqaları nə deyər?" qəflətinə düşmədən arzularımıza doğru möhkəm addımlarla irəliləyə bilirikmi?

Xüsusən, biz qadınlar olaraq bəzən bütün ömrümüzü başqalarının bizim üçün təyin etdiyi istiqamətdə yaşayırıq. Öz xəyallarından vaz keçən, bütün ömrünü fədakarlıqla tükədən ən çox qadınlardır.

Bəli, davamlı verici olan bir insan, bir müddət sonra tükənməyə başlayır. Bu həyatda hər şeyin öz tarazlığı var. Verdiyimiz qədər almağı da bilməliyik. Və istədiyimiz sevgi və dəyəri ala bilmək üçün ilk olaraq özümüzə dəyər verməyi bacarmalıyıq. Çünki özümüzü sevdiyimiz zaman qarşımızdakını da qarşılıq gözləmədən sevə bilirik. Və biz özümüzə yetərincə dəyər vermədiyimiz müddətcə qarşımızdakından da istədiyimiz dəyəri ala bilmərik.

Odur ki, xoşbəxt hiss edə bilmək üçün özümüzlə barışıq olmalı və özümüzü sevməliyik
Umman Aslanhttp://www.blogger.com/profile/14259433767506424726noreply@blogger.com1