Böyük bir xəyal qırıqlığı ilə qarşınızdayam. Ən son oxuduğum əsərin ağır mövzusundan yorulub daha xəfif, bəlkə romantik bir əsər oxuyaram deyə düşünmüşdüm. Amma həyat yenə qarşıma heç ağlımda olmayan bir kitab çıxardı.
Sayfalar
▼
18 Nisan 2017 Salı
13 Nisan 2017 Perşembe
5. Mim - Sevdiyimiz markalar.
Salamlar...Mimləri sevdiyimi söyləmişdimmi? :) Mim yazıları nədənsə daha səmimi alınır hər zaman. Tanıdığım bir neçə insan da mim yazılarımın daha maraqlı olduğunu söyləmişdi. Bilmirəm, bəlkə də, mimi cavablayarkən bir az öz zövqlərimiz, keçmişimiz, arzularımız da ortaya çıxır. Yəni oxucu mim sayəsində daha yaxından tanıyır bizi.
Bu dəfə də sevgili Deeptone məni özünün başlatdığı maraqlı bir mimlə mimləyib. Bu mimə görə sevdiyimiz markalardan üçünün adını yazmalıyıq.
10 Nisan 2017 Pazartesi
Qozlu mütəkkə
Havaların gah günəşli, gah yağışlı keçdiyi şıltaq yaz günlərindən hər kəsə salam olsun !!!
Yağış demişkən dünən ilk dəfə dolu yağışına şahid oldum. İlıq, çiçək qoxulu bir bahar havasında həftə sonunu dəyərləndirmək üçün çıxdığımız gəzintidən gecə gec saatda dönəsi olduq.
Biz maşına minərkən ildırımlar çaxmağa başlamışdı. Bir az yol getmişdik ki,
6 Nisan 2017 Perşembe
Qısqanclıq - dəyər verməkmi, dəyərdən salmaqmı?
İnsanın daxili sirli-sehirli bir aləmdir. Duyğular, hisslər bu aləmin bir-birindən fərqli, hətta bəzən bir-birinə zidd , lakin eyni yerdə bərabər, əl-ələ qərar tutmuş sakinləridir. Bu aləmdə sevgi də var, kin də, şəfqət də var, nifrət də... Lakin bu hisslərin dozası , səviyyəsi hər insanda fərqlilik kəsb edir.
3 Nisan 2017 Pazartesi
Mən yoruldum, bahar!
Salam əziz dostlar! Buralar üçün o qədər darıxmışam ki əslində... Amma bloqa nə illah etsəm də yaza bilmirəm bir müddətdir.
Mən bir an öncə bahar gəlsin, enerjilərimiz yüksəlsin, əhvalımız düzəlsin deyə gözlədiyim halda son günlər bir yorğunluq, bir yuxudan doymamazlıq başlayıb ki, gəl görəsən. Üstəlik hər tərəfimin ağrıması, davamlı ürəyimin sıxılması, həssaslıq, tez-tez yeri gəldi-gəlmədi ağlamaqlar, depressiv hallar da bir tərəfdən ....