Sayfalar

22 Ağustos 2017 Salı

Şaftalı ilə yay tortu


        
   
   Salam olsun bu yazını oxuyan bütün canlara. Günlər necə keçir? İstilərlə aranız yaxşıdırmı? Mən şəxsən artıq bir an öncə havalar sərinləsin, yağışlar başlasın deyə gün sayıram.

   Belə isti havalarda insanın ürəyi ancaq sərin və yüngül qidalar istəyir. Ağır və yağlı qidalardan isə hamı uzaq qaçır. Mən də yaya uyğun bir tort resepti paylaşmaq istəyirəm sizinlə.

18 Ağustos 2017 Cuma

İstirahət seçimi

 
    Qızmar yay günlərindən hər kəsə salamlar. Belə istilərdə yəqin ki, bir çoxunuz həm sərinləmək, həm də tətil fürsətini qaçırmamaq üçün istirahət yerlərinə üz tutmusunuz.

   Tətildə dincəlmək üçün hər kəs özünə görə fərqli məkanlar seçir. Yəni hər kəsin istirahət anlayışı fərqlidir.

15 Ağustos 2017 Salı

John Green - Eyni ulduzun altında

         
   Nəhayət, mən də uzun bir müddətdən sonra dostusunun birdənəsi Aybənizim sayəsində müasir dövr ədəbiyyatından bir nümunə oxudum - Eyni ulduzun altında.
  
   Kitab haqqında danışarkən gözləri parlayan Aybənizimin  əsəri çox bəyəndiyini anlamışdım. Ona görə böyük bir maraqla başladım oxumağa. 
  
  New York Times Bestseller olan bu kitabın müəllifi  John Greendir.

11 Ağustos 2017 Cuma

Çılğın sarışın

        
   Ənənəvi fəsil gözəlləmələrində növbə yayındır.

   Digər mövsümlər yurdumuzun müvəqqəti qonağı ünvanında olsa  da yay buraların sakinidir. Yay daha bizdəndir, daha yaxındır sanki. 

   Çünki yay oldumu evdə-eşikdə kimsə qalmır, qış boyu öz dünyasına çəkilmiş qonum-qonşu, qohum-əqraba hamısı gün üzünə çıxır. Qadınların şirin-şirin söhbəti, kişilərin ağac kölgəsində nərdi, dominosu, uşaqların axşamacan bitməyən gizlənqaçı, ip atlaması, futbolu başlayır...Yay hər kəsi mehribanlaşdırır bir baxıma...

8 Ağustos 2017 Salı

Yeni sezon başladımı???


        
   Salam olsun bu yazını oxuyan bütün canlara. Yay tətiliniz yaxşı keçirmi? İstilərlə aranız necədir? :)
   
   Bizi soruşsanız şükür yaxşıyıq. Uzun müddətdi yoxam buralarda. Nə yazı yaza bilirəm, nə də başqa bloqları oxuya. Səbəb və ya səbəblərini tam olaraq bilmirəm amma bir neçə şeyə bağlayıram yaza bilməməyimi.
   
   Tam Ramazan bayramı günü ailəmizdə gözlənilməz çox üzücü bir hadisə yaşandı. Çox xırdalığına gedib təkrar o anları xatırlamaq istəmirəm. Çox şükür sonradan dualarımız və Rəbbimin rəhməti ilə hər şey yoluna düşdü.