Nəhayət, mən də uzun bir müddətdən sonra dostusunun birdənəsi Aybənizim sayəsində müasir dövr ədəbiyyatından bir nümunə oxudum - Eyni ulduzun altında.
Kitab haqqında danışarkən gözləri parlayan Aybənizimin əsəri çox bəyəndiyini anlamışdım. Ona görə böyük bir maraqla başladım oxumağa.
Kitab haqqında danışarkən gözləri parlayan Aybənizimin əsəri çox bəyəndiyini anlamışdım. Ona görə böyük bir maraqla başladım oxumağa.
New York Times Bestseller olan bu kitabın müəllifi John Greendir.
Əsərin qeyri-adi bir havası var. Mövzusu əslində ağırdır. Amma yazıçı elə bir üslubla anlatır ki, hər şeyi bu ağırlığı hüzünlü gülücüklərlə atlata bilirsən. Axıcı dili sayəsində bir günə belə oxuyub qurtara bilinəcək kitabdır yəni.
Əsərin qeyri-adi bir havası var. Mövzusu əslində ağırdır. Amma yazıçı elə bir üslubla anlatır ki, hər şeyi bu ağırlığı hüzünlü gülücüklərlə atlata bilirsən. Axıcı dili sayəsində bir günə belə oxuyub qurtara bilinəcək kitabdır yəni.
Əsərin baş qəhrəmanı Hazel Qreysin dili ilə danışılır bütün hadisələr. Əslinə baxanda əsərdə romantika var. Amma bu bizim alışdığımız romantikadan, çox- çox fərqlidir.
Əsərin qəhrəmanları nə ilıq bir yaz səhərində ətrafında çiçəklərin uçuşduğu böyük bir ağacın altında tanış olurlar, nə bir universitet həyətində toqquşub kitabları yerə tökülərək bir-birini fərq edirlər.
Nə zərif bədənli, gözəl üzlü, gur saçlı alışdığımız qadın qəhrəmanlarının nümunəsinə bənzər bir təsvir çıxır qarşımıza, nə də enli kürək, sağlam vücudlu, yaraşıqlı kişi qəhrəmanının.
Onlar ümidsiz, sadəcə bu bəlanı özü kimilərin anlaya biləcəyi həmyaşıdlarının - xərcəng xəstəliyindən əziyyət çəkənlərin kilsədə bir araya gəldiyi Xərçəng Xəstəsi Uşaqlar Üçün Dəstək Qrupunda görürlər bir-birlərini.
Hazel 16 yaşında burnuna boru qoşulmuş oksigen balonuyla dolaşmağa məcbur, həyatının son günlərini yaşayan ölüm həqiqəti ilə barışmış gənc bir qızdır. Əlbəttə gözəldir, zərifdir. Lakin sıxıntıların, xəstəliklə gələn əziyyətlərin arasında yazıçı bunu xüsusi olaraq qeyd etməyi, belə bir təsvirə yer verməyi lazımsız bilir sanki.
Aqust Vaters isə 17 yaşında yenə xərcəng sayəsində bir ayağını itirmiş, protez ayaqla dolaşan gənc bir oğlandır. Hazelin dili ilə anlatıldığı üçün onun nəzərində yaraşıqlı bir oğlan olduğunu müşahidə edirik.
Onların dost əhatəsi də olduqca azdır. Özləri kimi olan, xəstəlikdən gözlərini itirmiş İsak ortaq dostlarıdır. Çünki onlar xərçəng adlı ayrı bir dünyanın sakinləridirlər sanki. Yəni onların dünyası ayrıdır. Maraqları, sıxıntıları yaşadığımız dünyadakılardan çox fərqlidir.
Onları bir-birlərinə yaxınlaşdıran da elə həyata və ən əsası xərçəngə olan ortaq baxışlarıdır. Bu gənclər xəstəliyin gətirdiyi sıxıntılara görə sızlanmırlar, özlərini acınacaqlı göstərmirlər, əksinə, bu cür yanaşmadan nifrət edirlər. Öz xəstəliklərinə rişxəndlə, kinayə ilə yanaşırlar. Başqalarının, xüsusilə, hər zaman yanlarında olan ailələrinin onlara görə əziyyət çəkməsinə qəti razı deyillər.
Və hər ikisini bir şey narahat edir : bu dünyadan köçəndən sonra unudulmaq. Tarixi bir qəhrəman olmasalar da onlar xəstəliklə apardıqları mücadilənin amansızlığını sadəcə özləri və ailələrinin bilməsini haqsızlıq olaraq görürlər.
Başqa detallarına enib əsər haqqında spoiler vermək istəmirəm.
Sadəcə onu deyə bilərəm ki, oxumağa dəyər bir kitabdır. Oxuyunca həyatda problem olaraq gördüyünüz hər bir şey bir anda bəsitləşəcək gözlərinizdə. Və sizə bəxş edilmiş sağlamlıq adlı ən böyük neməti görmüş olacaqsınız.
Bir də xəstəliklə imtahan olunan insanlara ayırdığınız diqqətin nə qədər az olduğunu anlayacaqsınız. Bu laqeydsizliyinizlə onları ayrı bir dünyada yaşamağa məcbur etdiyinizin fərqinə varacaqsınız.
Və fədakarlığı öyrənəcəksiniz. Öz zövqlərinizdən, maraqlarınızdan başqası üçün vaz keçməyi, sevdiyinizin üzünü güldürmək üçün həyatınızı ortaya qoymağı, bəzən bunun üçün həyatın axışını dəyişdirməyə çalışmağı belə öyrənmiş olacaqsınız.
Hər kitab ayrı bir dünyadır həqiqətən də. Oxuduqca səhifələr arasında bu dünyalara yolçuluq edirsən. Bitirincə də yeni bir dünyagörüşü ilə qayıdırsan öz dünyana. Ona görə də nə qədər oxumusansa o qədər çox dünyagörüşünə maliksən. Nə qədər oxuyursansa o qədər yaxşı anlayırsan həyatın sirlərini və o qədər çox tanıyırsan insanlıq aləmini...
Könül istərdi ki, daha çox oxuyum, daha çox səfər edim bu ayrı dünyalara. Bundan nə qədər çox zövq aldığımı izah edə bilmərəm. Lakin hər kəsin fərqli həyat şərtləri olduğunu qəbul edib, ara-sıra oxuya bildiyimə də şükür etməkdən başqa əldən bir şey gəlmir.
Bu qədər. Sevgiylə, oxumaqla qalın inşallah ...
Merak ettigim bir kitaptı sizin yorumunuzla birlikte kesinlikle en yakin zamanda alacagim ����
YanıtlaSilİnşallah. Alıb oxuduqdan sonra məndə sizin kitab haqqındakı düşüncələrinizi maraqla gözləyəcəm. ♡
SilYaşarken büyük problem olarak gördüğümüz şeylere daha sonradan baktığımızda çoğu kez abarttığımızı düşünürüz.Teşekkürler :)
YanıtlaSilÇox doğrudur. O anda fərqində olmuruq və dəfələrlə eyni yalnışa düşürük təəssüf ki. Amma sular durulanda kiçik bir şeyi özümüz üçün nə qədər çox böyütdüyümüzü görə bilirik.
SilUmman'cığım, Azerbeycan alfabesinin harflerini çözmek şifre çözmek gibi zor geliyor bana o yüzden çok istediğim halde konuyu okuyamadım:((ama bu kitabın ününü çok duydum. Çok teşekkürler tanıttığın için. Sen de mi benim yazdıklarımı böyle zor okuyorsun sahi?
YanıtlaSilSevgiler:))
:) Sizdə necə görünür yazılar bilmirəm ki. Acaba bəzi hərflərin əvəzinə rəqəm falanmı çıxır? Çünki tək fərqli hərf sizdəki e-nin qarşılığı ə-dir. Digər hərflər fərqli səsləri ifadə etsə də eynidir. Vallah mən və hardasa bütün Azərbaycanlılar türkcə çox rahat oxuyub anlayırıq:) Belə çətinliklə oxumağa çalışdığınız üçün təşəkkürlər.♡♡♡
SilCanımcım bizim alfabemizde X ve Q yok.
SilE harfini de e şeklinde yazıyoruz
O yüzden rahat, kolay okuyamıyorum:((
k harfi yerine x kullanıyorsun mesela... zorlanıyorum
Ama emeğine sağlık canım.
Ben de teşekkür ederim.
Ne güzel, anlamlı bir yazı olmuş emeğinize sağlık :)
YanıtlaSilTəşəkkür edirəm ziyarətiniz və yorumunuz üçün. Sevgilər.
SilGüzel bir kitaba benziyor.Emeğinize sağlık:)
YanıtlaSilDil-üslub baxımından deyə bilmərəm, amma mövzu və anlatım gözəl idi həqiqətən. Minnətdaram.♥
SilKitabın filmini eşitmişdim amma kitab oxumağı daha çox sevdiyimdən filmini izləməmişdim. Kitabı isə hələ də nəsib olmayıb. Əslində bu aralar daha çox motivasiya əsərlərə üstünlük verdiyimdən hüznlü , kədərli əsərləri bir qırağa qoymuşam. Bəlkə nə vaxtsa oxuyaram çünki diqqətimi çox çəkdi xüsusi ilə ayrı bir dünyaya sahib olmaları.
YanıtlaSilFilmlər əsla kitabın yerini vermir ki... Kitabı verən filmindən də bəhs etmişdi. Bir-iki fraqmanına baxdım, amma, izləməyə imkanım olmayıb mənim də. Söylədiyin tərz kitabları oxumaq çox doğru qərardı. Dünya elə bərbad vəziyyətdədir ki, insan pozitiv şeylərə ehtiyac duyur. Yorum üçün təşəkkürlər birdənəm.
Silağladın mı pekiiiii :)
YanıtlaSilmen oxuyarken ağlamışdım valla
SilBelə mövzuda ağlanmazmı? Bir də mənim kimi sulu gözlü və demək olar ki, bütün kitablarda ağlayacaq bir səbəb tapan biri üçün :)
SilKitabın yorumlaması superr...
YanıtlaSilTəşəkkürlər birdənəm. Kitabı oxumama səbəb olduğun üçün də ayrıca çox sağ ol deyirəm sənə.♡
SilMen de oxumaq isterdim kimde bu kitabın PDF forması var?
YanıtlaSil