Siz heç hər hansı bir kitabı oxuyarkən yosun qarışıq dəniz qoxusunun oğrun-oğrun pəncərədən otağınıza süzülüşünü, ləpələrin xəfifcə evinizin döşəməsinin altını döydüyünü hiss edib, uzaqlardan paraxodların səsini eşidərək hər cümlədə su üzərində olmağın ecazkarlığını duymusunuzmu?
Cavabınız "xeyr"dirsə Sarah Jionun "Gündüzsəfası"nı oxumağınızı tövsiyə edərdim.
Həyatının ən ağrılı zamanlarını yaşayan, böyük bir depressiya içərisində olan Ada Santorini nəhayət ki,böyük bir qərar alır.