İslamla heç bir əlaqəsi olmadığı halda az qala müsəlmanlığın etiketi halına gəlmiş terror... Günahlı, günahsız minlərlə insanın həyatına vəhşicə qəsd etmək...
Bu cür öldürməyi cihad sayan, müsəlmanlıq borcu, vəzifəsi sayan beyni uyuşdurulmuş, yolunu, məqsədini azmış zavallılar hesab günü o canı verən, alan yeganə haqq Sahibinə necə cavab verəcək, bir günahsız insanı öldürməyi bütün insanlığı öldürməyə bərabər tutan peyğəmbərimizin üzünə necə baxacaqlar?!
Bu cür öldürməyi cihad sayan, müsəlmanlıq borcu, vəzifəsi sayan beyni uyuşdurulmuş, yolunu, məqsədini azmış zavallılar hesab günü o canı verən, alan yeganə haqq Sahibinə necə cavab verəcək, bir günahsız insanı öldürməyi bütün insanlığı öldürməyə bərabər tutan peyğəmbərimizin üzünə necə baxacaqlar?!
Əslində, son vaxtlar müsəlman kimi görünüb islama zidd hərəkət edənlərin qərəzli olduğuna, əslində müsəlmanlıqla əlaqəsi olmadığına qənaət gətirmişəm. Terrorist sadəcə ətrafına müsəlman görünmək üçün ibadət edir, görəcəyi pis əməlin İslamın ayağına yazılması üçün müsəlman kimi yaşayır. Əslində isə onun nə ibadəti vardır, nə də inancı...
Bəli... Müsəlman dünyasında az qala hər gün, onlarla uşaq həyatının hələ başlanğıcında ikən gözünü yumur bu dünyaya... Minlərlə ailə bu həyatda hələ heç bir müharibəsiz xoş gün görməmiş övladını, körpəsini vaxtsız verir qara torpağa... Buna dünya elə alışıb ki, sanki burada qeyri-adi heç nə yoxdur. Müsəlman uşağın canı can deyil ki... Ölmək, öldürülmək adi haldır onlar üçün...
Elə ki, terrorla ölən bir avropalı vətəndaş oldu, bütün dünya ayağa qalxır, aləm dəyir bir-birinə...
İnsan insandır... Uşaq uşaqdır... Bunun müsəlmanı, xristianı, yəhudisi, buddisti yoxdur... İnsan insandır... Bəs niyə avropa uşağına qıymayan dünya müsəlman uşaqlarının məhv olmuş, dəhşətli həyatlarına, ölümlərinə göz yumur?!
Yəqin ki, bu sualın cavabını qiyamətə qədər tapa bilməyəcəyik...
Yəqin ki, bu sualın cavabını qiyamətə qədər tapa bilməyəcəyik...
Mən isə bir müsəlman olaraq Terri Koenin (Thierry Cohen) "Bunu sənin üçün edəcəyəm" kitabında fransalı, dünyanın bütün pisliklərindən xəbərsiz balaca Jeromun bir terrorla yarım qalmış həyatını, ailəsinin aldığı travma, övladlarının acısına dayana bilmə mücadiləsini oxuyub acı-acı göz yaşı tökdüm. Çünki nə Jeroma, nə də onun ailəsinə belə bir dəhşəti yaşatmağa heç bir insanoğlunun haqqı olmadığını bilirəm... Anlayıram...
Beləliklə, oğlu Jeromu belə heç gözləmədiyi bir zamanda, həm də bir terrorla itirən ata-Daniel qisas olmağa qərar verir. Və bütün həyatının sistemini bu istiqamətdə qurur... Bəs o kimdən alacaq qisası? Məqsədinə nail olacaqmı?
Danielin məqsədinə çatmaq üçün attdığı addımların parelelində müəllif müsəlmanlara əsir düşmüş miskin bir içki düşkünü Janla bir zamanlar zirvədə olub artıq sürətli bir şəkildə uçurumun dibinə yuvarlanan xəbər spikeri Erik Syumanın başına gələnlərlə də bizi tanış edir. Və hadisələrin gedişində sona yaxın düyünlər açılarkən bu bir-birindən əlaqəsiz kimi görünən üç nəfərin arasındakı gözəgörünməz güclü bağı görməyə başlayırıq.
Əsər maraqlı və axıcı idi. Müəllifin neytral və qərəzsiz bir baxışla hadisələri dəyərləndirdiyini düşünürəm. Həm müsəlmanların, həm də onlara düşmən kəsilən qarşı tərəfin yalnışlıqlarını və haqlı cəhətlərini göstərir. Qısacası, məsləhətli bir kitabdır.
Seçdiklərim
Bax belə... Arzularımızı özü ilə aparan vaxt ötüb keçir.
***
Özümü ölümə həsr etmişəm. Mən artıq bu dünyaya aid deyiləm, artıq deyiləm...
***
Heç bir din ona inanların fanatizminə görə öz humanistliyindən məhrum olmamalıdır.
***
İdeologiya xəyal genişliklərini tərk edərsə, o zəifləyər.
***
Həyatımız belə idi: Zamandan və parıltılı jurnallardan icarəyə götürdüyümüz, artıq dövranını sürmüş obrazlar sırası...
Çok güzel bir makale
YanıtlaSilÝüreğine sağlık
Təşəkkür edirəm. Bəyənmənizə sevindim.❤
Silnot aldım. belli değerli bişeeee :)
YanıtlaSilİnşallah sen de beyenersen canım.❤
Sil