Sayfalar

16 Mart 2016 Çarşamba

Post planım

     
                                 

      Bu bloqu açarkən hər iki gündən bir post yazacağımı düşünmüşdüm. Çünkü bura yazı yazmaq mənə zövq verən tək-tük işlərimdən biridir. Amma təəssüf ki, arzularla imkan hər zaman bir-birilə yola getmir :) İstədiyin vaxt, rahat bir şəkildə oturub yazı yazmaq mənim üçün bir xəyaldır doğrusu. Həm də beynimdə və qəlbimdə yazmaq istədiyim o qədər mövzu var ki...
     Neçənci sinifdə oxuyurdum bilmirəm, amma ibtidai sinifdə olduğumu dəqiq xatırlayıram.Bir şeir vardı kitabımızda.Təəssüf ki əzbərlədiyim halda yadımdan çıxıb. Lakin şeirin balaca bir qızın diliylə atasına qardaşının hər gün bir sənət seçməsini söyləməsi və tez-tez təkrarlanan "Ata-ata xəbərin var, xəbərdən?" misraları yadımdadır. Bəzən özümü ordakı oğlana bənzədirəm.Yenə o uşaq hər gün özünü bir işə, bir sənətə verirdi.Mən isə o qədər müxtəlif işlərin ətəyindən yapışmışam ki... Normal bir insanın hamısını birdən idarə etməsi mümükün olmayan işlərin...Ona görə mənə elə gəlir ki, hər işim alayarımçıqdı. Amma heç birindən də vaz keçə bilmirəm. Nə isə...

      Adətən verdiyim sözləri tutmağa çalışan bir insanam. Bu post vasitəsilə özümə söz vermək qərarına gəldim :) Həm də yazacaqlarımı konkretləşdirmək istədim. Qarşıdakı zamanlarda yazmaq istədiyim mövzuların siyahısını yazıram.Bunların sırası dəyişə , aralarındakı zaman uzun və ya qısa ola bilər.Aralarına burda qeyd etmədiyim yazılar da girə bilər. Görək nə qədər sözümə sadiq insanam. İndi isə keçək siyahıma:
1.Xəyallarımın ölkəsi Norveç.
Uzun müddətdir bu ölkə mənim maraq dairəmdədir. Orda-burda rastıma çıxan rəsmləri məni məndən alır doğrusu. Tam istədiyim kimi, güllü-çiçəkli yazı, sərin yayı, qızılı payızı və bəmbəyaz qışı ilə valeh qoyur insanı. İlk əvvəl o rəsmləri burda paylaşmaq istədim. Sonra əgər sevdiyim bir ölkədən yazıramsa adam ağıllı bir araşdırma edib faydalı post hazırlayım deyə düşündüm.Bu həm də mənim üçün Norveçi yaxından tanımağıma fürsət yaradacaq.
2. Amerika ilə aramızdakı fərqlər.
Qısa bir müddət Amerikada yaşayan biri olaraq bu fərqləri yazmağım maraqlı olar deyə düşündüm.
3. Durbin börək
İspanaqla hazırladığım bu börəyin dadı da, görüntüsü də çox xoşuma gəlmişdi.Rəsmləri və resepti hazırdır.Qalır bura yazmaq.
4. Çiçəklərə aşiqəm
Bir ara telefonumdakı rəsimləri qarışdırarkən çoxlu çiçək rəsmlərilə qarşılaşdım.Sən demə mən görüb bəyəndiyim bir çox çiçəyin yanından etinasız keçə bilmirəmmiş.Mütləq şəklini çəkirmişəm :) Amma fotoların bir qismi mənim, bir qismi yoldaşın kompyuterində,aypeddə, bir qismi telefonumda... Qısacası toplayıb, əl gəzdirmək lazımdır. Bu post ən gec yazacaqlarım arasında ola bilər.
5.  Qabriel Qarsia Markes
Yeni oxumağa başladığım bu yazıçının kitabını bitirər-bitirməz öz fikirlərimi yazacam.
PS: Postun adını dəyişdirə də bilərəm.
6. Çiçək poğaça
Bunun hekayəsi çox komik.Hazırlarkən hər mərhələsinin şəklini çəkib. Bişdikdən sonra hazır halını çəkməyi unutmuşam :) Gərək bir də bişirəndə çəkib sonra burda paylaşım.
7. Ev işlərini necə asanlaşdırmalı?
Məncə bu sual hər bir qadını maraqlandırır. Mən də 15 illik evlilik həyatı və 4 uşaqla tək başına evimdəki işlərin öhdəsindən necə gələ bildiyimi (bəzən də gələ bilmədiyimi :)) yazmağı düşünürəm burda.
Hələlik ağlıma gələn bunlardır. Sağlıq olsun, ömür vəfa edərsə hər birini geniş-geniş yazacağam, inşallah... Yeni yazıyacan sevgilərlə...

3 yorum:

  1. Cox gozel movzulardir.menim ucun bu deqiqe en maraqli movzu "ev islerini nece asanlasdirmali"movzusudur)))senden bu konuda tuyolar gozleyirem;)

    YanıtlaSil
  2. :) Deyilmi? Məncə biz qadınlar bu mövzuda nə qədər çox şey bilsək də yeni bilgilərə də ehtiyac duyuruq hər zaman.♡

    YanıtlaSil
  3. Mövzular çox gözəl mövzulardır

    YanıtlaSil