Sayfalar

14 Nisan 2016 Perşembe

Xəyallarımın ölkəsi Norveç








      İnternetdə ara-sıra qarşıma çıxan ecazkar mənzərələri ilə diqqətimi çəkdi Norveç...Sanki zavodların zəhərli tüstüsü gedib çatmamış, yarandığı ilk gündəki kimi  tərtəmiz səması, dupduru gölləri, füsunkar təbiəti ilə insanı heyran edən gözəlliklər diyarı təəssüratı bağışladı rəsimləriylə mənə bu ölkə... Dünyanı gəzib görmək ən böyük arzusu olan biri olaraq Norveç bir az araşdırmadan sonra əlçatmaz görünsə də gedib gəzmək istədiyim ölkələr siyahısında ilk məmləkət olaraq yerini aldı. Bu ölkəni internetdən tapıb topladığım məlumatlara əsasən tanımaqla kifayətlənəsi olacağıq. Zamanın nə gətirəcəyi bilinməz...Bir gün olar oraları gəzərək təəssüratlarımı paylaşaram burda bəlkə...

Norveç Skandinaviya yarmadasının qərbində, Şimali Avropada yerləşən orjinal adı "şimal yolu" , "şimala gedən yol"anlamına gələn Nordweg isimli bir ölkədir.


         
 Norveç şəhərlərinin nağıllar aləmini xatırladan küçələri

Bu ölkə 2014-cü ildə dünyanın həyat standartı ən yüksək olan ölkəsi elan olunub. Ölkənin inkişafına bir zamanlar torpaqlarında tapılan neft səbəb olmuş. İsveçlilərin Norveçlilərə sonradan görmə deməklərinin əsas səbəbi də bu imiş.İsveç çox zəngin ikən Norveç nefti tapır və başlayır inkişafa... Həyat standartları yüksək olan norveçlilərin gələcək qayğısı daşımadığı üçün üz-gözlərindən xoşbəxtlik yağırmış.Çantanı küçədə rahatlıqla qoyub gedə biləcəyin, ona kimsənin toxunmayacağına, buna heç kimin ehtiyacı olmadığına əmin olduğun bir ölkəymiş. Hətta o qədər ki, ferma yaxınlığında olan kənd yollarının üstündə üzərində qiymət yarlıqları olan tərəvəz və meyvə, yanında isə tərəzi, qablaşdırmaq üçün paket və pul bankası olan masalar qoyulurmuş.Yəni satıcıya ehtiyac olmurmuş.Hər kəs istədiyi meyvə tərəvəzdən tərəzidə çəkib, pulunu bankaya atırmış. Bu inama əsaslanan özünəxidmətin bir növüymüş.
Norveçlilərdə şəxsi mülkiyyətə hörmət hissi çox inkişaf edibmiş. Ona görə də gündüzlər şəhərkənarında heç kim evlərinin qapılarını bağlamırmış. Nə deyim,  adam məəttəl qalır.Sağ əlləri bizim başımıza :)
Norveçin ən önəmli şəhəri paytaxtı Oslo imiş. Amma bu şəhəri gəzmək üçün gərək xeyli pulun olsun.Oslo muzeylər şəhəriymiş.Digər önəmli şəhərlər isə Lavangen, Leknes, Bergen, Trondheim və Bryggenmiş.


             Məşhur Oslo və Bergen şəhərləri
     
       İndisə gələk Norveçin turistləri cəlb edən füsunkar təbiətinə və məşhur obyektlərinə. Norveçdə irili-xırdalı 450000 göl varmış. Saya bax 450000...Bunların çox demirəm sadəcə 1000-nin ətrafında yaşıllığı, mənzərəsi varsa görüləsi nə qədər çox yer olmuş olur bir düşünün.

     Norveçdə cənnəti xatırladan göl mənzərələri

    Dünyada günəşin heç batmadığı nöqtədə yaşamaq da şanslı norveçlilərin payına düşüb.Nordkap deyilən yerdə günəş heç batmırmış.
    Norveçin bir də fyortları bütün dünyada məşhur imiş. Araşdırdım, anladığım qədəriylə fyort buzlaqların torpağın bir qismini aşındıraraq ortaya çıxardığı dərin körfəzlərmiş. Geirangerfjord, Trolltunga bu fyortlardan ən məşhurlarıymış(onların şəkillərinə daha çox rastladığım üçün bu təəssürat oyandı məndə).

                    Məşhur fyortlar

      Bundan başqa qütb parıltısı deyilən ecazkar səma işıqlarını da Norveçdə seyr etmək olurmuş.Bu gözəlliyi yaxalaya bilmək üçün 20 fevral– 15 mart arasındakı tarixlər və Tromso ya da Bodo  şəhərləri daha məqsədəuyğunmuş.
Norveç səmalarında qütb parıltısı
     
       Norveçin Oslo-Bergen dəmir yolunda səyahət də turistlərin ən çox tərcih etdikləri aktivitə imiş. Bu çox yüksəkliklərdən keçən dəmir relslər üzərində edəcəyimiz qatar yolculuğu ilə Norveçin gedib görməyə imkan çatdıra bilmədiyimiz gözəl mənzərələrini seyr etmək imkanını eldə edə bilirmişik.Hətta bu mənzərələr o qədər gözəl imiş ki, keçən illərdə National Geographic yazıçıları tərəfindən dünyanın ən gözəl qatar yolu adına layiq görülüb.


     Əsrarəngiz təbiətin qoynunda sürətlə irəliləyən Norveç qatarı

Son olaraq Norveçdəki kiçik bir vadi olan Flamdan da danışmaq istəyirəm.Rəsimləriylə məni heyran edən bu kiçik kənd Rəbbimizin necə gözəlliklər yaratdığını təfəkkür edə biləcəyimiz yerlərdəndir məncə.


        Gözəlliyinə baxmaqla doyulmayan Flam vadisi

         Norveçə qış ayları çox soyuq olduğu üçün gün ərzində temperaturun 17-20 C° olduğu yay aylarında getmək daha məsləhətliymiş. Yəni Norveçin ən gözəl zamanları iyun, iyul və avqust ayları imiş. Amma açıqcası mən oranı bəmbəyaz qar örtüyü ilə büründüyü zamanında da, sarılı qızılı yarpaqlarla örtündüyü payızında da, güllü çiçəkli baharında da görməyi çox istərdim. Məncə ən yaxşısı bir il orda yaşayıb dönmək. Beləcə həm hər dörd mövsümü yaşamaq imkanı, həm də rahatca gəzmək üçün kifayət qədər vaxt imkanı olar :)


     Norveçin dörd mövsümdə görüntüsü

Norveçin insanları haqqında hərə bir cür yazır.Biri soyuq olduqlarından danışdığı halda, digəri mehriban və gülərüz olduğunu deyir.Ən yaxşısı gedib görüb özümüzün qərar verməmiz :)
Açıqcası Norveç haqqında bir az araşdırma edərkən təbiətiylə bir daha məni özünə aşiq etdiyi qədər, çox bahalı bir ölkə olması da məyus etdi. Yeməyindən, qalınacaq otellərinə, nəqliyat məsrəfinə hər şey od qiymətinəymiş:( Beləliklə mən bu ölkəni gedib görməyin bizim kimi sadə insanlar üçün o qədər də asan olmadığını anladım. Amma dediyim kimi, bu həyatda ölümdən başqa heç bir şey imkansız deyil.Kim bilir, Rəbbim hansı vəsiləylə bizi oralara aparıb çıxaracaq...Ümid ən sonda ölür, unutmayaq...
    Beləliklə, bu çooox uzun Norveç yazımızı da beləcə bitirmiş olduq...Daha maraqlı yazılarda görüşmək diləyilə deyib ayrılmadan qeyd edim ki, buraya qoyduğum rəsimlər o gözəlliklərin sadəcə bir neçəsini əks etdirir. Qoya bilmədiyim ürəyimdə qalan hələ çooox rəsmlər var. Bu rəsmləri Pinterest-dən götürdüyümü də xatırlatmaq istəyirəm. Sonda
içimdə qalmasın deyə toplayıb bir araya gətirdiyim rəsmlə sağollaşıram...








2 yorum:

  1. Harika manzara, harika yerler, umarım bir gün biz de görürüz oraları :)

    YanıtlaSil
  2. Çox gözel yerlerdir umman. InşAllah gezmek qismet olar bir gün :)

    YanıtlaSil