Sayfalar

16 Mart 2017 Perşembe

Gecikmiş post - Torpaq çərşənbəniz mübarək !!!


        
   Hər kəsə bu şən, sevinc və gülüş dolu bayram günlərindən salamlar. Ahh, neçə gündür nə yazı yaza, nə də bir şey oxuya bilirəm. Məlum bayrama hazırlıq gedir bütün evlərdə. Mən də 2 gün bayram şirniyyatlarını bişirməklə məşğul oldum. Sonra evdə dərindən təmizlik işləri ilə. Ənənəmi pozub hər çərşənbə yazdığım halda ən son çərşənbə haqqında yaza bilmədim. Çünki həmin gün xeyli qonaqla bir gözəl bayram qeyd etdik bizim evdə. Ev yiyəsi olaraq məsuliyyət bizim üzərimizə düşürdü təbii ki.
Odur ki, çox istəsəm də həmin gün bloqumda yaza bilmədim. Amma son çərşənbə haqqında yazmamaq olmaz. Bu çərşənbənin özəllikləri və gözəlliklərini gec də olsa anlatmağa başlayıram elə isə.
         
   Əvvəlki yazıları oxuyanlar xalqımızın Novruz bayramına yaxın 4 çərşənbəni hər birinə həyat ünsürlərindən birinin adını verərək öz inanc və adətləri ilə qeyd etdiklərini artıq bilirlər. Belə ki, birinci çərşənbədə su və su mənbələri təzələnir və hərəkətə gəlir. Odur ki, məhz birinci çərşənbə su çərşənbəsi kimi tanınır. İkinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, bu çərşənbə od çərşənbəsi adlanır. Üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir ki, buna uyğun olaraq da yel çərşənbəsi adlandırılıb.

   Sonuncu çərşənbəyə isə ulu babalarımız torpaq çərşənbəsi adını veriblər. Çünki dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.
Bu sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: «Sarılığım sənə, qırmızılığın mənə», ya da «Ağırlığım odda yansın». Tonqal heç vaxt su ilə söndürülməməlidir, yana-yana özü sönüb qurtarmalıdır 

   İnanca görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır, hörmət əlaməti olaraq təbiət, hətta ağaclar da suya baş əyirlər.
   
   Xalq axır çərşənbəni digər çərşənbələrə nisbətən daha təntənəli qeyd edir. Deyilənə görə axır çərşənbə «Novruz»la üst-üstə düşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir.

   Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.
         
   İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Həmin gecə «qulaq falı»na çıxırlar. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

   Gecə yerinə yetirilən adətlərdən biri də papaqatmadır. Bunu adətən uşaqlar və gənclər edirlər. Hər kəs papağını qapının ağzına qoyub, qapını döyüb qaçıb gizlənir. Ev yiyəsi papaqları götürüb içinə bayrampayı yığaraq təkrar gətirib qapının ağzına qoyub, qapını örtərək içəri keçir. Uşaqlar gizləndikləri yerdən çıxıb papaqlarını götürərək başqa bir qapıya yönəlirlər. Bu adət bir çox yerdə Novruz bayramında yerinə yetirilir. Biz Qarabağlılarda isə axır çərşənbədə. Novruz bayramı ilə bağlı yazımda bu adətdən daha geniş bəhs edəcəm inşallah.
   
   Tonqallar da məhz hava qaralandan sonra qalanır. Son dövrlərdə tonqalı hündür qalamaq üstündə məhəllələr arası yarış gedir. Kimin tonqalı daha hündürdüsə onlar özləri ilə fəxr edirlər. Odur ki, gündüzdən etibarən kiçik, böyük oğlan uşaqları odun, taxta arayışına çıxırlar.
Bu il ilk dəfə olaraq biz də həyətimizdə tonqal qaladıq. Amma elə hündüründən yox. Uşaqların sevinci görülməyə dəyərdi. Hamımız tonqalın ətrafına  toplaşıb alovun qırmızı dillərinə tamaşa etdik, üzərindən tullanıb ağrılarımızı, dərdlərimizi köhnə ildə qoyduq :), şəkillər çəkdirdik. Buna inandım ki, hər bayramı öz adət-ənənəsinə sadiq qalaraq keçirdikdə hər şey çox daha maraqlı olur.

   Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.  Məncə əsas odur ki, bayramın şən və maraqlı keçsin. Həmin gün harda olmaq o qədər də önəm daşımır. 

Başqa bir yazıda görüşmək diləyilə... Sevgilər...




12 yorum:

  1. Biz Ankara'da yaşıyoruz.Biz de Nevruz hazırlıkları olmuyor.Ben de dedim ne bayramı :) Teşekkürler :)

    YanıtlaSil
    Yanıtlar
    1. :) Mən də türk oxuyucular bizim adətləri də bilsinlər deyə yazmışdım bu yazıları zatən. Mən təşəkkür edirəm. Sevgilər.♡

      Sil
  2. Toprak carsamban mübarek olsun.ne kadar güzel seyler bunlar ya.Yeni yeni seyler öğreniyorum yazilarin sayesinde :) bu arada ellerinede saglk harika görünüyor :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. Adətlərimizi sizə sizə tanıda bilirəmsə nə mutlu mənə:) Kaş ki imkan olsa da hazırladığım şirniyyatlardan sizə də iktam edə bilsəm.♡♡♡

      Sil
  3. Ne güzel şeyler hazırlamışsın ellerine sağlık.Özellikle tatlı iştah kabartıcı görünüyor.Sevgiler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. Gəlin Azərbaycana qonağımız olun. Sizə də ikram edək :)

      Sil
  4. Nə gözəl yazmısınız.Çox sevirəm bu bayramı.
    Sevgiləər ~~~

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol Ayselim. Novruz və çərşənbələr sevilməzmi?

      Sil
  5. merhaba blogunuzu izlemeye aldım sizide bloguma beklerim :)

    http://hgkgunlukleri.blogspot.com.tr/

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz. Mütləq ilk fürsətdə ziyarət edəcəm mən də.

      Sil
  6. ayy kıyamam ondan yokmuşsun ortadaa yoğunmuşsuun ama ne güzelmiş kutlamalar yaa :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bu aralar bir az elə. Amma söylədiyin kimi çoox gözəl bayramdır. Mən çox sevirəm.♡♡♡

      Sil