Hər kəsə yeni ilin ilk gününlərindən salamlar. Bir göz qırpımında bir il də beləcə gəlib keçdi. Mənim üçün sevmədiyim bir il oldu ötən il. Yerimdə saydığım, bir addım belə irəliləmədiyim sıxıcı bir il...
Bambaşqa hədəf və arzularla girdim yeni ilə - bir çox qərarlar alaraq.
Və körpə bloqum artıq iki yaşına qədəm basdı. Çox daha təntənəli bir yazı ilə qeyd etmək istərdim yeni yaşımızı. Amma bloqumda da istədiyim irəlləməni əldə edə bilmədiyim üçün, ara-ara onu tərk edib yalnız buraxdığım üçün içimdən gəlmədi.
Bu bir ildə izləyicilərimin və yazılarımın sayı bir az da artmış. Tək sevincim bu.
Yeni ilə və yeni yaşa çox daha gözəl yazıların bloqumu bəzəməsi, yeni bloqqer dostlar qazanmaq, daha çox bloq yazıları oxumaq ümid və arzusu ilə başlayıram...
Yeni ilə və yeni yaşa çox daha gözəl yazıların bloqumu bəzəməsi, yeni bloqqer dostlar qazanmaq, daha çox bloq yazıları oxumaq ümid və arzusu ilə başlayıram...
Yanımda olub məni tərk etməyən, hər zaman yorumları ilə sevincimə sevinc qatan əzizlərim - Handan xanım, Deep, Cəsur sevgi mələyi, Dəryada damla və bir çox bloqqer dostlarım, mesajlarla yazılarıma fikir bildirən, məndən yeni yazılar gözləyən yorumsuz qəhrəmanlarım sizlərə minnətdaram. Yorum və dəstəyiniz olmasa çoxdan silinmişdim bu dəftərdən bəlkə də. Hər yorumunuz məni vaz keçməməyə, yeni-yeni yazılar yazmağa sövq edir.
Artıq həftədə bir dəfə yeni bir yazı yayımlamağa qərar verdim. Dəstək və yorumlarınızı məndən əsirgəməyəcəyinizi ümid edirəm.
Və içimi tökdüyüm , əsl mən ola bildiyim, qəlbimdəki yüklərə, duyğularıma, arzularıma şahid yeganə məkanım, sevincim, kədərim, sevgim, həsrətim - məni yaşamağa həvəsləndirən səssiz-səmirsiz dostum, canım bloqum ad günün mübarək!
Sənə də sözüm olsun, bu yeni yaşında aramıza dağların girməsinə izin verməyəcəm, daha neçə-neçə yaşlarını qeyd edəcəm ömür sürdüyü müddətcə...
Bəlkə bunları da oxumaq istəyərsiniz:
Daha nice iki yıllarınız olsun.:)
YanıtlaSilAmin.Çox təşəkkür edirəm♡
SilO zaman, bol bol yazı dolu nice yıllara diyoruz :)
YanıtlaSilİnşallah. Handan xanım dəstəyiniz üçün təkrar təşəkkür edirəm♡♡♡
SilTebrikler, nice yıllara Umman'cığım.:)
YanıtlaSilHep beraber inşallah. Minnətdaram.
SilNice nice yillara.daha cok güzel yazilarinizi okuyalim ��
YanıtlaSilCanım benim bloğunun 2. yaşını kutluyorum. Nice güzel paylaşımlarda buluşmak dileğiyle... Başarılar dilerim :)
YanıtlaSilÇox sağ olun. Burda, sizlərlə bir arada olmaq çox xoşdur mənim üçün.
SilBlog gerçekten emek,zaman,özveri istiyor.Yazmaya,paylaşmaya devam..Durmak yok..Daha niceeeeeee yazmalı,okunmalı uzunca seneleree :)))
YanıtlaSilÇox haqlısınız. Bir daha durmaq yox:) Rəbbim üzümü qara çıxarmaz inşallah.
SilAminnnn,inşallahhhh :)
SilNice mutlu güzel yıllanmalara.. :)
YanıtlaSilTəşəkkürlər. Bərabərcə inşallah.
SilBekliyoruz yeni yazılarını :) Hoş geldin tekrar :)
YanıtlaSilSağ olun, var olun. Sizləri bloqumda görmək mənim üçün də çox xoş oldu ♡♡
Siloleeeey oleeeey oleeey :)
YanıtlaSil:)) ♡♡♡♡♡♡♡
SilTəbriklər canım mənim. İnşallah bu il hər şey ürəyincə olar , inşallah bu il bol yazılarınla sevindirərsən bizləri. İnşallah neçə neçə yaşlarını qeyd edərik ❤😍
YanıtlaSilİnşallah bərabərcə neçə yaşlara, birdənəm. Siz var olun ki, yazmaq üçün stimul verirsiniz mənə ♡♡♡
Sil