Sayfalar

16 Ağustos 2018 Perşembe

Tətil gəzintimiz 1. Qubanı tanıyaq.

 

   Tətil günlərini fürsət bilib bu qızmar yayın istisindən,  qaynar şəhər həyatının səsindən-küyündən, boğucu havasından, boz beton yığınından qaçıb dənizə, dağa, bağa, meşəyə, çay qırağına, qısacası, süni bir yaşayışdan, təbiətin qoynundakı təbii həyata hər kəs qaçmaq istəyir yəqin ki. 


   İmkanı çatan müxtəlif istirahət mərkəzlərinə, çatmayan isə ən azı qohum-əqrabalarının yaşadığı rayona, kəndə yollanır.

    Zövqlər müxtəlifdir. Kimi sapsarı qum ilə mavi dənizin ahəngini sevir, kimi də yamyaşıl meşə, dağ, şır-şır axan çayın vəhdətini. Mən yaşıllığı sevənlərdənəm.

   Bu yayda bir həftəlik tətilimiz boyunca gəzdiyimiz yerlər haqqında bol rəsimli bir yazı təqdim etmək istəyirəm sizlərə əzizlərim. Həm xatirə olaraq bloqumun yaddaşında qalsın istədim, həm də aranızdan gedib-görmək istəyənlərin bəlkə işinə yarayar, burdan məlumat alar deyə düşündüm.

   Adətən daha çox cənub rayonlarında tətil edən biz bu il daha yaxın yer olan Qubanı seçdik. Yoldaşın işlədiyi yerə aid olan  istirahət kompleksinin Qubada olması bu seçimimizdə böyük rol oynadı, təbii ki.

   Açığı , Qubada çox olduğumuz üçün gedərkən o qədər də həvəsli deyildim. Eyni yerləri gəzmək məni o qədər də cəlb etmirdi. Amma hər şey gözlədiyimdən çox fərqli oldu.

   İlk öncə qaldığımız istirahət kompleksi təsəvvür etdiyimdən daha gözəl məkanda yerləşirdi. Qubanın 2-ci Nügədi kəndində yerləşən bu kompleksin binasının dağın dibində yerləşməsi, balkonumuzun düz bu meşəli dağa baxması, ətrafın meyvə bağı ilə çevrələnmiş olması lap ürəyimizcə oldu . Otaqlar rahat, təmiz və səliqəli, xidmət də qənaətbəxş idi.



   Amma nə qədər rahat olursa olsun eyni yerdə bir həftə qalmaq darıxdırıcı olardı. Ona görə də ara-ara çıxıb Qubanı kəşf etməyə başladıq. Və əslində Qubanın bir çox gözəlliyindən tam şəkildə bixəbər olduğumu anlamış oldum.

   İlk gəzintimiz Məstdərgah dağında yerləşən eyni adlı istirahət yerinə, sonra isə Qəçrəş kəndinə oldu.


   Quba-Xınalıq yolunun 25-ci kilometrliyində, dəniz səviyyəsindən 1380 metr hündürlükdə olan Məstdərgah dağının ətəyindəki "Məst Dərgah" istirahət kompleksində təbiətin bütün gözəllikləri cəm olub.


Başı dumanlı dağlar, hündür şəlalə, yaşıl meşə, tərtəmiz  hava, çəmənlik, sərinlik... Ürək daha nə istəyər? Bir də köz üstündə bişən kababların qoxusu😊 Və tez-tez qarşınıza çıxan xeyli ərəb turistlər.


   Uşaqlar üçün kiçik əyləncə parkı, içərisindəki avadanlıqlara qədər taxtadan tikilmiş koteclər də var. Yəni istəyən gedib  bir neçə gün qalıb dağ havası uda bilər😊


   Rayon mərkəzindən 12 km uzaqlıqda yerləşən Qəçrəş kəndi də gözəl təbiətə malikdir. Qubaya gedənlərin ən çox üstünlük verdiyi bu kənddəki istirahət məkanları hündür və sıx ağaclarla zəngin bir meşənin içində yerləşir.




   Bu kənddə çoxlu sayda bulaqlar var və eyni zamanda Qudiyal çay da bu ərazidən keçir. Və bütün bunlar Qəçrəşin təbiətini daha cazibədar edir. Burda yol qırağında sizin qarşınıza at sürmək və atın belində şəkillər çəkdirmək həvəsinizi qarşılamaq üçün gözəl atlarla gözləyənlər də çıxacaq.



   Düzü Qəçrəşdə çox olduğumuz üçün orada daha artıq vaxt itirmədik. Yorğun, lakin yeni yerlər kəşf etməyin mənunluğu ilə ilk gəzinti turumuzdan qaldığımız məkana qayıtdıq.

   Digər gəzintilərimiz haqqında oxumaq istəyirsinizsə bizimlə qalın😊 Gələn həftə eyni gündə burda olacağıq.😊

8 yorum:

  1. İyi gezmeleer! :)
    Ben de yeşili çok sevenlerdenim. Bol oksijen bol temiz hava. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Eynen.. Varmı yaşıllıq qeder insana hüzur veren. Teşekkürler💓

      Sil
  2. en güzel şey gezmek ve fotolardan belliiii ne güzel yerlermiş yaaaa :)

    YanıtlaSil
    Yanıtlar
    1. Gezmek insanı şarj edir sanki. Gözeldi vallah. Vetenimin her yeri gözeldi.😊💕

      Sil
  3. Ne güzel fotoğraflar çekmişsiniz :)

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm😊 Məncə daha gözəllərini çəkə bilərdim. Amma oralarda olanda daha çox sadəcə baxıb dadını çıxarmaq istəyirsən. Sonra kaş ki şəklini çəksəydim həmişə baxsaydım deyirsən😊

      Sil
  4. Denize sevdalı olsam da yeşil olmadan yaşayamam. Harika yerler keşfetmişsiniz :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ay nə gözəl. Siz hər ikisini sevənlərdənsiniz elə isə😊

      Sil