Şəkər portağalı kitabından dərhal sonra "Delifişek"e başladım. Çünki Zezenin aqibəti maraqlı idi mənim üçün. Təssüf ki, Zezenin yeniyetməliyini anladan "Güneşi uyandıralım" kitabını tapıb oxumaq indilik nəsib olmadı.
"Delifişek"-də biz Zezeni artıq böyümüş, həyatda öz yerini tapmağa çalışan bir gənc olaraq görürük. "Şeker portakalı" dərin düşüncəli, gözəl analiz qabiliyyətinə sahib bir uşaq kimi tanıdığımız Zezenin böyüdüyündə mütləq cəmiyyətdə yüksək bir mövqe tutacağını düşündürür.
Lakin "Delifişek"də biz Zezeni gözlədiyimiz mərtəbədə görə bilmirik. Bu da əslində o qədər təbii və həyatidir ki. Çünki təəssüf ki, Zezenin qabiliyyətlərini, onun dərin iç dünyasını, parlaq zəkasını görən, buna dəyər verib üzə çıxarmağa çalışan bir ailəsi yoxdur ətrafında. Keçim dərdində olan ailədə hər pis davranışına görə döyülən, danlanan Zezenin bu davranışlarının arxasında yatan səbəblərlə maraqlanan yoxdur.
Uşaqlığında şəxsiyyəti təhqir olunan, söz haqqı tanınmayan, mənliyi əzilən və bunun nəticəsində bir çox qabiliyyətləri koralan, özgüvənini itirən, qərarlarını özü ala bilməyən minlərlə gənclərdən biridir Zeze.
Hansı işə əl atsa yarım qoyur. Yaşıdlarından fərqli olaraq sabit bir mövqedə qərar tuta bilmir. Üzməyi çox sevir və çox da gözəl bacarır, lakin ailəsi bunun əleyhinə olduğu üçün bu sahədə özünü inkişaf etdirə bilmir.
Lakin hər şeyə rəğmən yenə sevgi doludur ürəyi. Atasının ona doğru atdığı kiçicik addım Zezenin özünü xoşbəxt hiss etməyinə yetir. Uşaq vaxtı əvvəl xəyali olaraq yarasa, sonradan portağal ağacı və Portuga kimi dostlara bütün sevgisini verib bağlanan Zeze bu dəfə də bir qıza qəlbinin qapılarını sonuna qədər açır. Və yenə maneələr, yenə qarşıçıxmalar. Yumşaq, mərhəmətli qəlbi sayəsində xəstə atasına həm üzməkdən, həm də sevdiyi qızdan vaz keçəcəyinə söz verir.
Və onu həyata bağlayan bu iki sevgisindən əl çəkməsi Zezenin onsuz da çox zəif işıqla işarmaqda olan bütün həyat eşqini söndürür. Sonda onun sevdiyi qızdan ayrı qala bilməyəcəyini anlayaraq hər şeyi bir kənara atıb yenidən onunla münasibətlərini bərpa etməsi Zezenin həyatında öz istədiyi kimi yaşamağa və qərarlarını özünün qəbul etməsinə doğru atılmış böyük bir addımdır, zənnimcə.
Öz həyat hekayəsini anlatan Brazilyalı yazıçı Jose Mauro de Vasconselos təəssüf ki, həyatının yazıçılığa uzanan sonrakı dövrünü qələmə almayıb. Məncə bu da oxucular üçün çox maraqlı olardı.
Beləliklə, yazıçıdan oxuduğum hər iki əsəri çox bəyəndiyimi qeyd edərək və hər kəsə oxumağı məsləhət görərək, ehni zamanda "Güneşi uyandıralım"ı da tapıb oxuyacağımı ümid edərək bitirirəm yazımı. Sevgilər və bol mütaliələr hər kəsə...
Seçdiklərim:
"- Ölünün arkasından böyle konuşma.
- Bu da dayanamadığım bir başka şey. Sırf öldü diye birinin aziz olup çıkması."
- Bu da dayanamadığım bir başka şey. Sırf öldü diye birinin aziz olup çıkması."
***
Ayağımıza bir parça çamur bulaşması, günün birinde toprak olacağımızı hatırlatır.
***
Bütün hayatım boyunca böyle olmuştu,istediklerim,artık onlara sahip olamayacağım zaman karşıma çıkıyordu.
***
"Her şey geçip gidiyordu. Zaman, her şeyi kolaylıkla yok ediyordu..."
***
"Korku içindeydim, dünya öyle büyüktü ki... insanoğlunun girebileceği en büyük, en keder dolu yerdi."
Okumayı bekleyen kitaplardan biri. 1. ve 2. kitap çook güzeldi. Bu da o kadar güzeldir eminim. Teşekkürler anlatımın için sevgili Umman! :)
YanıtlaSilBəli gözəl idi. Bəziləri "Şəkər portağalı"ndan sonra digər kitabların xəyal qırıqlığı olduğunu düşünsələr də mən o fikirdə deyiləm. İçlərində ən duyğulusu 1. kitab olsa da, "Delifişek"in də özünəməxsus havası vardı. Mən təşəkkür edirəm yazıb fikir bildirdiyin üçün❤
SilOğlumun okuduğu ama benim halen okuyamadığım kitap:(
YanıtlaSilİlk fürsətdə oxuyun məncə😊 Bəyənəcəyinizə inanıram. Sevgilər.❤
Silayyyyy seriyi sırayla okuyosun ne güzeel yaaaa. ne tatliş seri de mi amaaa :)
YanıtlaSilEynən. Sıra ilə oxumağı çox istəyərdim. Amma ikinci kitabı tapa bilmədim :(
Sil