Sayfalar

18 Haziran 2020 Perşembe

Buludların qonağı



Bir az xəyal, bir az ümid 
Alsın məni bu dünyadan. 
Qoy, uçurub bir  keçirsin
Buludların arasından...

Gündoğumu vaxtı olsun.
Göyün üzü çəmçəhrayı 
Pambıq şəkəriylə dolsun.

Yüksəklərdən baxım yerə.
Gülümsəyim ordan baxıb
Kiçikləşən böyüklərə...

Səssizliyin huzuruyla
Dincəldikcə qulaqlarım,
Yalanlardan uzaqlarda
Qoy durulsun duyğularım...

Nəfəs alım...
Dərin-dərin nəfəs alım...

Məni sıxır aşağılar,
Geniş, azad məkanıyla
Dünyam olsun yuxarılar...

Əl sallayım ara-sıra,
Uçan şarın arxasınca 
Göyə baxan uşaqlara...

Gecələri enim yerə,
Dönüm əsən xəfif yelə.
Sığal çəkim gizlicənə
Sevdiyimin tellərinə...

Buludlarda yatım, durum
Gündoğumu vaxtı olsun.
Qalım yerdən uzaqlarda
Çəmçəhrayı bir diyarda...

Umman Aslan

5 yorum:

  1. N: Saf dünyanı tərənnüm edən əla,çox möhtəşəm fəlsəfi şer!!! Təbriklər gözəl bacım!����

    YanıtlaSil
  2. ne güzeel :) derin nefesler alalım bulutlar olsun mekanımız :)

    YanıtlaSil
  3. Ne güzel yazmışsın, yüreğine sağlık. ^-^

    YanıtlaSil