Sayfalar

17 Eylül 2020 Perşembe

Mən qadınam

 



Mən qadınam 

Dünyalarca xəyalları olan...

Uçuşsun xəfif rüzgar

bu xəyallarımın arasında,

Xoş olmayan hər anımı alsın,

götürsün... 

Genişləsin oralar 

gözəl anlarıma yer açılsın...


Bəlkə başdan alaq, dünya?!

Dəyərimi çox bilmədin...

Mən ki, tərtəmiz, 

yazılmamış bir səhifə kimi 

başlamaq istəyirəm yenidən.

Sadəcə xoş xatirələr yazılacaq  səhifəmə

İncidilmədiyim, gülümsədiyim, 

xoşbəxt hiss etdiyim anlarım...


Başdan alaq hər şeyi

Zərafətimə nəzakətinlə həmdəm ol,

Şəfqətimə rəhmətinlə.

Qadının döyülmədiyi, 

Öldürülmədiyi, bir yer ol!


Artıq xoşbəxt olacam, 

Mən daim seviləcəm,

Və hər zaman güləcəm,

Buna inanmaq istəyirəm.


Deyilsə, qorx məndən dünya...

Hər gün daha güclənirəm.

Nə tələlərinə düşəcəm,

 nə yalanlarına aldanacam.

Mən daim məsud olacam.

Çünki mən qadınam...


Həyat mənlə başlayır,

Xoşbəxtlik də məndədir...

Bir gülüşümə bənddir bahar

Bir damla göz yaşımla qopur fırtınalar...


Cənnət ayaqlarıma döşənib, dünya!

Fərqində deyilsən, amma 

düyün nöqtəsi mənəm...

Qədrimi bilib, dəyərimi anlayınca

Bitəcək sənin də izdirabların...

İnanıram, o vaxt yaxın...




8 yorum:

  1. Yanıtlar
    1. Təşəkkür edirəm.🤗 Bəyənmənizə çoxx sevindim.

      Sil
  2. N: Təbriklər gözəl bacım!Ədəbiyyatımıza yeni üslub,yeni nəfəs gətirirsən.Şeirlərini oxuyanlar sözsüz ki,bunun fərqindədir.Mövzu da çoox gözəl-mənən güclü,zəngin,mübariz,pozitiv,daima
    həyatdan zövq alaraq xoşbəxt olmağa çalışan zərif qadın obrazı���� Öz yolunda,yaradıcılığında,üslubunda uğurlar!!!

    YanıtlaSil
    Yanıtlar
    1. Cann.🙈 Çoox sağ ol,ay bacı. Elə ağlıma gəlir, ordaca yazıram. Mənimki şairlik deyil, eləcənə duyğuların ifadəsidir sadəcə.😊 Xoş sözlərə görə çoxx sağ ol.❤

      Sil
  3. Kimsenin olmadığı bir garip kuyu gibi

    Su içinde kalışını hatırlıyorum tek

    Ve ellerini ver tekrar tutayım

    Gözlerinden saklayacağım suçunu

    Bir mahkum gibi yaşayacaksın hayatta

    Seni gönlümle aklımla ve zamanla sevmiştim

    Bunu saklayacağım senden

    Beni düşmanın gibi severken

    Seni ne kadar sevdiğimi saklayacağım

    Ve kokun gelince aklıma ıslayacağım

    Sonra sen de ağlayacaksın

    Çünkü bir tek beni düşman bellemiştin

    Pek güvenme hafızana

    Belki aklın oyunlar oynuyordur sana

    Gel düşmanın koynuna

    Ölünce göğsün acında, bilmeyeceksin

    Seninle sevgime ve sevgine

    Acıma ve senin uçuşkan mutluluğuna

    Yargılayan Allahım sana da sorarken

    Sen en çok kendini sevdin

    Sana kötü bir niyet ve ebediyete seviyet

    Kim küçük çocuğa sebebiyet

    Sen ağlarken ben ağlarsam

    Yarısını gülerek döker dudakların.

    Ölüme en büyük sebep sendin

    Ama seni hatırlamıyorum.

    YanıtlaSil
  4. şeir: Rəvan Məmmədli
    səs: Xəzər Süleymanlı
    piano: Şamxal Mustafazadə

    Gəncliyi saralıb xəzəl olanda
    Küləyə çevrilib əsər qadınlar
    Özü taleyindən gözəl olanda
    Birinci özündən küsər qadınlar

    Ömründə bir dəfə xoş gün dadmayıb
    Gündüzlər gülməyib, gecə yatmayıb
    Günahkar dillərə gücü çatmayıb
    Günahsız saçını kəsər qadınlar

    Tutar əllərindən bir yad aparar
    Özüylə tər-təmiz bir ad aparar
    Sevgisi qəlbində fəryad qoparar
    Bir ömür boyunca susar qadınlar

    Əzəldən acıdır gözün kövsəri
    Tükənər taqəti, bitməz dərd-səri
    Ən gözəl, ən şirin xatirələri
    Duz tək yarasına basar qadınlar... uğurlar.b

    YanıtlaSil
    Yanıtlar
    1. Ay nə gözəl. Bu ppst şeirlər postu oldu rəsmən.🤗 Bu şeiri çoox bəyənirəm. Minnətdaram.❤

      Sil