Sayfalar

30 Ekim 2020 Cuma

Buna ürək dözmür axı... 🥀



   Çox istəyirəm, canım oxucu, normal yazılarıma dönmək, yığınla yayımlanmağı gözləyən kitab yorumlarımı paylaşmaq istəyirəm. Amma əlim getmir, duyğularım heç cür əl vermir. Vətənin bu günündə normal yaşayırmış kimi davranmaq olmur. 

   Bilirsənmi, böyük coşğu ilə başlayan qələbə sevincləri artıq kölgədə qalır... Hər gün canlar gedir, igid-igid oğullar, balasının üzünü görməyən atalar, çiçəyi burnunda yeni evli gənclər gedir... Vətənin başı sağ olsun, qansız torpaq alınmır deyib qəlbimizə daş basırıq... 

   Amma bir də günahsız körpələr gedir, heç nədən xəbərsiz məsum uşaqlar gedir... Bax buna artıq ürək dözmür... Döyüş meydanından çox-çox uzaqlarda ata-anasının qoynunda mışıl-mışıl yuxusunda ikən cənnət quşu olan uşaqların acısına, hər iki valideynini itirib yalnız qalan, hıçqıra-hıçqıra əlacsız qohumlardan onların geri gəlməsini istəyən körpələrin ahına ürək dayanmır... 

   Düşmənin namərdliyinin, murdarlığının dönə-dönə şahidi olmaqla ümid edirəm ki, qəlbi təmiz unutqan xalqım bu vəhşiliyi heç vaxt yaddaşından silməyəcək... Sadəcə qisasını alaraq deyil, bütün gələcək nəsillərə bu nakişi düşmənlərin əməllərini xatırladaraq bir daha heç bir yolla mənfur qonşuya etibar etməyəcək, heç bir zaman onlara aman verməyəcək...




 Səsləməyin artıq məni

Oyanmaq istəmirəm

Hər səhər bacımla oyanırdım mən,

Anam öpərdi üzümdən...

Atam qucağına alardı,

Saçlarımı oxşardı,

Bacım mənsiz ağlardı.

Yuxumda yenə oynayırıq

Odur ki, oyatmayın məni, 

Qoyun oynadım Mədinəni...


Susdurmayın məni, ağlamaq istəyirəm, 

çığırmaq istəyirəm...

Bəlkə anam eşidər, 

bəlkə lap geri dönər...

Axı o bilir ondan ayrı darıxıram...

Onsuz heç yanda qalmıram...

Susdurmayın, qoyun ağlayım...


Aparmayın məni, mən qalmaq istəyirəm...

Axı mən böyümüşdüm, məktəbə başlamışdım...

"Karona" dedilər, "xəstəlik" dedilər, düz-əməlli gedə bilmədim...

Yarım qaldı məktəbim...

Bilirəm, daha gözəl yerə aparırsınız...

Amma məni məktəbimdən ayırırsınız.

Aparmayın, 

qoyun qalım...


Umman Aslan


9 yorum:

  1. COCUXLAR
    Bəlkə də hər sabah mələklərin çiçəklərlə bəzədiyi yuxulardan bir cocux güllə səsinə oyanır…
    Bəlkə də hər sabah məktəbə gecikən övladına tələsik simit yedirən ananın əllərində dolaşır bir cocuğun baxışları…
    Bəlkə də hər sabah məktəb pəncərələrində bir cocuğun oxumaq həsrəti sarmaşır…
    Bəlkə də hansısa xəstəxana küncündə parası olmadığı üçün bir ana həkimlərin laqeyd qaldığı balasından ayrı düşür…
    Bəlkə də hər sabah oyuncaq dükanından bir cocuğun barmaq izlərini silir təmizlikçi qadın…
    Bəlkə də hər sabah…
    Bəlkə…
    Amma qoy, hər sabah mələklərin çiçəklərlə bəzədiyi yuxulardan doyunca ayrılsın bəbəklər…
    Hər sabah, hər gün bütün cocuxların qarınları tox olsun…
    Hər sabah çocuxlar məktəbə gecikməmək üçün gecələri rahat uyusun…
    Xəstəxana küncü olmasın dayaq yeri hər sabah cocuxların anasının…
    Barmaq izlərinin dolaşdığı oyuncaq dükanında hər cocux oyuncağına qovuşsun…
    Cocuxlar ağlamasın, cocuxlar ölməsin… Çocuxlar ölərsə, vicdan ölər, ruh ölər içimizdə.
    Cocuxlar ölərsə, atalar ölər, analar ölər…
    Cocuxlar ölərsə, içimizdə mən ölər…
    Şairin dediyi kimi, ölüm varsa əgər, o qədər ölək ki, sizlərə heç ölüm qalmasın…
    Siz hep mutlu olun, çocuklar, hər şeyin ən gözəlinin sizin olması üçün Allah bizə güc, səbr, sevgi, cəsarət versin…
    Siz olun…
    Hep olun…
    Siz varsanız, biz varız…
    Bəli. Onlar zəif görünə bilərlər, zəifdirlər, hər zaman yardıma ehtiyacları var. Həm də o qədər böyükdürlər ki, bütün pisliklərdən, sevgisizliklərdən bir tək qaçıb sığınacağımız yer onların mini-minnacık əlləri, isti yanaqlarıdır, sevgi, mərhəmət dolu qəlbləridir.
    Tanrım bütün balaları qorusun. Olmayanlara qismət eləsin bu müqəddəs duyğunu!
    Bütün xəstəliklərdən uzaq olsunlar.
    Heç bir valideyn bala acısı görməsin.
    Tanrı heç bir valideyni övladından ayrı salmasın.
    Balalar, ilin bütün günləri sizindir. Nə yaxşı ki, siz varsız. Siz var olduğunuz üçün varıq biz…

    YanıtlaSil
  2. En çok çocuklar etkiler beni kıyamıyorum onlara. Üzülmemek elde değil...

    YanıtlaSil
  3. Hi dear, I just found your blog. It's amazing.
    Follow for follow? I already follow you. <3

    Check my blog: salyaves.blogspost.com

    YanıtlaSil
  4. Neçə gün yadımdan çıxmamışdı Mədinə, hər gözümü yumanda gözümün önünə gəlirdi, Allah səbr vərsin

    YanıtlaSil
  5. İnşeAllah 🤲🇦🇿❤🇹🇷

    YanıtlaSil