Sayfalar

5 Ekim 2016 Çarşamba

Mürəbbəli qozlu paxlava


  

    Bu gün ərzaqları çox az lakin özü çox bərəkətli olan bir paxlava pesepti paylaşacam burda. İlk dəfə Ramazanda iftarda çayın yanına hazırladığım bu paxlavanı gələn qonaqlarım da bəyənmişdilər. Mən də kəndə bayramı qeyd etmək üçün gedəndə də hazırladım. Burda da yüksək qiymətləndirildiyi üçün reseptini bloqumda da yazmaq istədim. Bu arada resepti mənə verən Fərqanə bacıma burdan təşəkkürlər ;)

Xəmir üçün:
2 yumurta
175 qr kərə yağı
0,5 stəkan şəkər
1stəkan qatıq+ 1 ç/q soda
Aldığı qədər un
İç üçün:
1-2 stəkan hər hansı mürəbbənin suyu 
1-2 stəkan qoz+şəkər qarışımı 
   
      Hazırlanma qaydası:
       Xəmir üçün lazım olan ərzaqlar qarışdırılaraq yoğrulur. Təxminən mandarin böyüklüyündə 12 kündə hazırlanır. Format yağlanır. Kündələr bir-bir açılır. Hər açılmış kündənin içərisinə      2 x/q  mürəbbə sürtüb, 2x/q da qozlu qarışıq səpilir. İncə rulet kimi bükülərək dördkünc formata sıx bir şəkildə yan yana düzülür.
Hamısı bitdikdən sonra kiçik-türk paxlavası ölçüsündə kəsilərək üzərlərinə yumurta sarısı sürtülür. Əvvəlcədən isidilmiş sobada, 180°-də üzəri qızaranacan bişirilir. Düşünsənizə bir micməyi dolusu paxlavanız olur. 
 



Rəbbim hər birimizin süfrəsini bərəkətli, ağzımızı şirin etsin... Nuş olsun...


6 yorum:

  1. Çox dadlı görsenir bacı.inşallah sınayaram☺️

    YanıtlaSil
  2. Ay ben bir beceriksizim birgün oraya gelmeyi atalarımın topraklarını görmeyi istiyorum o zaman yap bana anlaştıkmı:))

    YanıtlaSil
  3. Tabi ki de... Seve-seve :)

    YanıtlaSil
  4. Salam canım bacım.İlk önce tebrik edirem.Bu bir ilde eziyyetle başa vurduğun bloqun xehirli, uğurlu olsun inşaallah.Bu arada, adımın burada kecmesi üçün cox sevindim.

    YanıtlaSil
  5. :))) Çooox sağ ol. Balduzumdan da xeyir duamı aldım. Bu bloq batmaz daha:)) Sənin buralarda adın hələ çoox keçəcək. Mənə verdiyin super reseptlərin sayəsində. Sən yeni reseptlər axtarmağa başla:)

    YanıtlaSil