Sayfalar

18 Nisan 2017 Salı

Bitirə bilmədiyim ilk kitab - Prezident ovu


        
   Böyük bir xəyal qırıqlığı ilə qarşınızdayam. Ən son oxuduğum əsərin ağır mövzusundan yorulub daha xəfif, bəlkə romantik bir əsər oxuyaram deyə düşünmüşdüm. Amma həyat yenə qarşıma heç ağlımda olmayan bir kitab çıxardı.

   Çingiz Abdullayev mədhini çox duyduğum dedektiv əsərlər yazan bir yazıçımızdır. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş şöhrətli bir yazıçı. 

   Dedektiv romanları sevən biri olaraq neçə vaxtdır onun əsərlərini oxumaq üçün can atırdım. Nəhayət yaxınlarda bir kitabı əlimə keçdi - Prezident ovu.

    Kitabın adı da, üz qabığı da marağımı çəkməsə də əsəri oxuyub çox bəyənən nənəmin xeyli tərifindən sonra oxumağa qərar verdim. Kitab məsələsi burda qalsın. Yeri gəlmişkən sizə bir az nənəmdən danışmaq istəyirəm .

   Nənəmin 80- dən yuxarı yaşı var. Özü də 40 ildən çox orta məktəbdə dil-ədəbiyyat müəlliməsi işləyib. Nəslimizdə ixtisas olaraq onun yolunu davam etdirən hələ ki, təkcə mənəm:) Hal-hazırda işləməyən dayımgillə yaşayan nənəmin bu yaşda belə kitab oxuma eşqini görəndə heyrətlənməmək olmur. Əgər oxuduğu kitab varsa qadın bütün dünya ilə əlaqəsini kəsir :) Saatlarla öz yatağında uzanıb böyük maraqla ən qalın kitabı belə 4-5 günə qurtarmağa nail olur. Klassik və ya 60-cı illər ədəbiyyatından hansı əsəri desəm oxumuşam deyir. Məəttəl qalıram. Universitetdə oxuyanda bizə də xeyli kitab oxutmuşdular, amma, mənim yadımda sadəcə bir dəftərdə qısa xülasəsini yazdığım əsərlər qalıb :(

   Nənəmin kitab oxumağı bir yana keçmiş həyatla bağlı çox maraqlı söhbətləri olur. Onunla bir müddət bərabər qalıb danışdırıb bəzi həyat hadisələrini yazmağı o qədər çox istəyirəm ki. Arada deyirəm: "Ay nənə, bu danışdıqlarını, bildiklərini niyə bir dəftərə yazmırsan?" Deyir, "O vaxtlar yazırdım. Hələ şeir yazdığım dəftərim də var." Onu bir tapıb əlimə keçirə bilsəm çox sevinərəm. Çünki nənəmi o yöndən heç tanımıram.
   Nənəm burda qalsın, sizə kimdən deyim, nədən danışım, oxuduğum kitabdan :)
Kitabla bağlı qaldığım yerdən davam edirəm. Prezident ovunu oxuyan nənəm onun çox maraqlı olduğunu deyib böyük oğluma oxutmaq üçün  bərk-bərk saxlayırdı. Çoxdandır Çingiz Abdullayev əsəri axtardığım üçün həmən əl qoydum kitaba. Və böyük bir həvəslə oxumağa başladım. Amma həyatımda ilk dəfə olaraq kitabı bitirə bilməyəcəyimi anladım. Mən bir əsəri oxuyarkən bəzən elə bir dalıram ki, bir də oyananda baxıram 2-3 saat keçib, evin işi-gücü tökülüb qalıb. Hadisələrin gedişatını izləyə-izləyə, sonra nə olacaq deyə düşünə-düşünə kitabdan qopa bilmədiyim vaxtlarımı bilirəm mən. Bu əsəri isə oxumağa başlayanda maksimum 2-3 səhifə oxuya bilirdim. Sonra baxırdım ki, çox darıxdırıcı oldu, oxumağı saxlayırdım. Sonrakı səfər harda qalmışdım deyib axtarıb bəzən 1-2 səhifə oxuduğum yerdən təkrar oxuyur yenə yarım qoyurdum, qısacası bu cür oxuya-oxuya kitabı heç cür yarılaya bilmədim ki, bilmədim. Mövzusu haqqında kitabın arxasındakı məlumatın şəklini qoymaq daha uyğun olar hər halda.

   Düzdür, narkomoafiya, cinayətkar təşkilatlar mənim maraq duymadığım mövzulardır. Amma oxuduğumuz əsərin mövzusu ilə yanaşı dili və bədiiliyi də çox böyük önəm kəsb edir. Əsərdə bir dəfə də olsun təbiətin, qəhrəmanların psixoloji və ruhi əhval-ruhiyyəsinin təsvirinə yer verilməyib. Oxuduqca adama elə gəlir ki, hansısa bir qəzetdən xəbər oxuyur. Başa düşürəm üslub fərqlidir, buna bağlı olaraq dil fərqlidir. Amma bunu anladım nə olursa olsun bədii əsər yazırıqsa onun kriteryalarına da riayət etməliyik.
   Mən yenə də bəlkə bu əsər mənə xoş çatmadı deyib Çingiz Abdullayevin başqa bir əsərini də oxumaqda qərarlıyam. Ümid edirəm ki, ikinci əsər də məni xəyal qırıqlığına uğratmaz.


17 yorum:

  1. Yanıtlar
    1. İnşallah...Bu qədər məşhur bir yazıçının bütün əsərlərinin belə sıxıcı olmadığına ümid edirəm mən də...Təşəkkürlər.

      Sil
  2. Bəzən mənim də çox sıxılıb,darıxıb bitirəbilmədiyim kitablar olur.Başa düşürəm sizi.
    Nənənizə salam deyin,əllərindən öpürəm ~~~

    YanıtlaSil
    Yanıtlar
    1. Amma insan istər-istəməz həvəslə oxumağa başladığı kitabı bitirmək istəyir deyilmi?
      Təşəkkür edirəm birdənəm. Mən də gözəl yanaqlarından öpürəm.

      Sil
  3. İnşaalah 2. kitapta aynı zevkte olur :)
    yeni bloguma davetlisiniz
    anigunlugum.blogspot.com.tr

    YanıtlaSil
  4. Müasir dövrdə bloqlardan çox istifadə olunmadığına , heç kim tərəfindən oxunmadığına uzun müddətli axtarışlarım nəticəsində qərar vermişdim. Elə bu səbəbdən də çox həvəslə başladığım bıoq yazılarıma uzun müddətli aralar buraxmaqda idim amma bu gün bloquma girib göz gəzdirərkən 1 möcüzə ilə rastlaşdım elə bir möcüzə ki qəlbimdə sönməkdə olan alovu təzədən yanmağına səbəb olan . Səndən gələn ismarıc. Həyatımı , bloqumu , yazı yazmaq eşqimi xiıas etdiyin üçün təşəkkür edirəm. Çox sağolll😍😘😘😘😘

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Mən təşəkkür edirəm canım mənim. Səni o qədər yaxşı anlayıram ki... İlk zamanlar o xəyal qırıqlığını mən də yaşamışdım. Amma bunu unutmamaq lazım biz fərqli bir işlə məşğuluq. Yazmaq və yazılara davam etmək səbir və bacarıq istəyən bir işdir.Yəni hər kıs bunu edə bilmir. İnan mənə səni kəşf etdiyimdə mən də çooox sevinmişdim.Bu aralar mən də ara vermişəm yazmağa. Bəzən olur həyatdı. Əsas tamam buraxmamaqdır. Səni bloqumda görmək çox xoş oldu mənim üçün.Sevgilər.

      Sil
    2. Bütün yazılarını oxumağı planlayıram bloqundan öyrənəcək çox şeyim var məncə. Həm Azərbaycan dilində bloqlar çox azdı fürsəti əldən verməmək lazım😊😊

      Sil
    3. :) Mən də sənin yazılarının hamısını oxumuşam. Tez-tez də yeni yazı varmı deyə baxıram. Bu işdə çox səriştəli sayılmıram. Amma soruşmaq istədiyin bir şey olsa heç tərəddütsüz soruş birdənəm. Bildiyim və bacardığım heç bir şeyi əsirgəmərəm, əmin ol.

      Sil
  5. Merak ettim seni, iyisindir umarım.

    YanıtlaSil
    Yanıtlar
    1. :) İyiyim, iyiyim. Beni merak eden tek insan olarak size dikkatiniz için minnetdarım :) Bir az ara verdim sadece. Sizi seviyorum Handan hanım ♡♡♡

      Sil
    2. Handancım farklıdır ;))) Hiç kaçmaz ;))

      Sil
    3. Vallahi öyleymiş :)))

      Sil
  6. Dedektif romanlarını ben de seviyorum :) gizem, aksiyon merak :D
    Sıkılmana üzüldüm. Birinden sıkılıp diğerini denemek istemen ne güzel! Demek ki ön yargılı değilsin ve ikinci şansı hep veriyorsun ;)))
    Neneye selamlar saygılar ❤

    YanıtlaSil
    Yanıtlar
    1. Dedektiv romanları mən də çox sevirəm. Amma inanın bu əsər çox sıxıcı idi.
      Baş üstə salamınızı mütləq çatdıracam nənəmə :)
      Sevgilər ♡♡♡

      Sil
  7. Bende her kitabi sevemiyorum kitap beni daha bastan yakalamali eger bir kere ele gecirirse son sayfaya kadar buraktirmaz daha iyilerini okuman dilegiyle😚

    YanıtlaSil
  8. Eynən canım mənim. Bəzi kitabları necə bitirdiyini bilmirsən heç. Su kimi axır. Bəziləri də belə zorla irəliləyir. İnsan qəlbinə nüfuz edən kitabları oxumalı mütləq.

    YanıtlaSil