Sayfalar

10 Mayıs 2017 Çarşamba

Blog partisi

         
   Hər kəsə qucaq dolusu salamlar... Bilirəm bu aralar çox az oluram aranızda. Yeni yazı yayımlamaq və dostlarımın bloqlarını ziyarət etmək üçün zaman qıtlığı yaşayıram. Səbəbləri haqda növbəti yazıda bəhs edəcəm. 

   Bu yazımda isə qatıldığım bir etkinlikdən danışacam. Yepyeni və maraqlı ideyaları olan gözəlimiz Annesinin Prensesi Bloqlar arası reportaj etkinliyindən sonra bir də bloq partisi keçirmək qərarına gəldi :) Ee qatılmamaq olmazdı təbii ki.

   Bu partinin şərtlərinə görə hər kəs etkinliyin elan olunduğu posta yorum yazaraq qatıldığını bildirməli və bir sual yönəltməli idi. Sonra Annesinin Prensesi püşk atma ilə bu sualları qruplara ayırıb hər kəsə öz qrupundakı sualları cavablamağa dəvət etdi. Mən CahilokurKeremesenafikirsanat bloqları ilə bir qrupa düşmüşəm.
   Partinin şərtlərinə görə öz sualımızı da cavablaya bilərik, mən də birinci özümdən başlayıram.

Sessiz Umman:

Sual -Həyatda xatırlayınca özünüzlə fəxr etdiyiniz ən gözəl əməliniz hansıdır?

Cavab- Əslində heç bir əməli özüm üçün fəxr hesab etmirəm. Bilirəm ki, hər yaxşı əməlim Rəbbimin məni savab qazandırmaq üçün vəsilə olaraq seçdiyi bir lütfüdür. Bu lütflərdən ən gözəlini bir neçə il əvvəl yaşamışdım. 

   Çox dərinə getməyəcəm. Atası rəhmətə getmiş, gözləri görməyən və qohum-əqrəbası olmayan iki bacısı ilə həyata tutunmağa çalışan universitet birincisi bir qız tanımışdım. Çox çətin vəziyyətdə idi. Əslində həmişə qürurlu davranıb, ehtiyaclarını dilə gətirməyən həmin qızı problemini müəlliminə anlatarkən göz yaşlarını tuta bilməməsi çox ağır gəlmişdi mənə. Həmin gün özümə gələ bilməmişdim. 

   Sonra doğurdanmı əlimdən heç nə gəlməz deyə düşünüb ən azından cəhd etməyə qərar verdim. Tanıdığım bildiyim hər kəsə zəng vurub vəziyyəti anlatdım. Və inanın danışdığım heç bir kəs məni əli boş geri çevirmədi. Burda ürəkdən edilən heç bir işin Rəbbimin nəticəsiz qoymayacağı dərsini də çıxarmış oldum. 

   Sonda əlimizdə ehtiyacın iki qatı qədər bir imkan yığıldı. Olsun onların qismətidir deyib ziyarətlərinə getdik, bir qılıf uydurub əlimizdəkini qoyub çıxdıq.  

   Və mənə ən təsir edən tərəfi sonralar gözləri görməyən ana həmin gün verdiyimiz miqdarı eşitdikdə bu miqdarın bizim bilmədiyimiz borcları da daxil tam olaraq ehtiyaclarının hamısını əhatə etdiyini görüb qızına " Ay bala, bunlar kimdirlərsə bizim evin içini bilirlər" deməsi oldu.  Dönə-dönə  bizə təşəkkür edərkən " Xala, sizin evin içini biz hardan bilə bilərik?! Hər şeyi görən, bilən sadəcə O'dur.  Siz yalnız ona şükür edin. Biz də məhz bizi bu işə vəsilə qıldığı üçün şükür edək " demişdim. 
   Dediyim kimi özümlə fəxr etdiyim deyil, Rəbbimin vəsilə qıldığı ən gözəl əməlimdir bu məncə.
        

2. Kerem Esena:
Sual - Hər kəsin həyatında insana təsir edən, düşüncələrinə yön verən bir şeylər olmuşdur. Səni bu günkü sən edən şeylər nələrdir? Bu həyatında yaşadığın bir xatirə, izlədiyin bir film ya da oxuduğun bir cümlə belə ola bilər.

Cavab - Məni bu günkü mən edən şeylər vaxtılə doğru və gözəl insanlarla tanış olmağımdır. Onların sayəsində həyata gəliş səbəbimi və ümumiyyətlə, həyatın anlamını dərk etmişdim. İnsanları qarşılıqsız sevməyi, hər kəsə empati ilə yanaşmağı, yeri gəldiyində dərdlərinə şərik olub onlarla dərdlənməyi öyrənmişdim. Və təbii ki, deyil oxuduğum bir cümlə, onlarla kitablar... Aralarında bədiisi də var, elmisi də... Amma bir də mənəvi kitablar var ki, onların mənə qatdığı dəyərlər çox qiymətlidir. Son zamanlar içimdə bəzi duyğuların pozulduğunu, deformasiyaya uğradığını hiss edirəm. Və hər dəfəsində bunun səbəbini bu aralar həmin kitabları oxuma fürsətimin olmamasına bağlayıram.
         

3. Cahil okur

Sual - Universitetdəki dostlarınız 3 kitab qəhrəmanı olacaq. Hansılarını seçərdiniz?

Cavab - Bu sual bilmədiyim yerdən gəldi :) Çünki mən universiteti illər öncə bitirmişəm. Və təəssüf ki tələbə yoldaşlarımdan heç biri ilə əlaqəm yoxdur. Sadəcə bir tələbə yoldaşım haqqında yazsam kifayət edər hər halda. Yoxsa yazı çooox uzanar :)
   Universitetdəki tələbə yoldaşlarımdan ən yaxşı yadımda qalanı sinif nümayəndəmizdir (adını yazmayacam). Hamıdan gözəl, hamıdan çox diqqqət çəkən və hamımızdan əyləncəli və hərəkətli bir qız idi. Elə buna görə ilk günlərdən sinif nümayəndəsi qoydular onu. Həmin qızı qəhrəman olaraq seçərdim hər halda. 
       
   Amma sadəcə bu xüsusiyyətlərinə görə deyil. Həmin qız dediyim kimi o qədər əyləncəli idi ki, qrupda sataşmadığı qız qalmamışdı. Baxınca həyata, bütün məsələlərə laqeyd, istədiyi kimi geyinib, istədiyi kimi yaşayan biri idi. Ailədə ətrafda heç kim qarışmırdı ona.

    Amma bir könül yarası da var idi. Və maraqlıdır ki, bunu yalnız tamamilə zidd xarakterlərə sahib olmağımıza baxmayaraq mənə danışmışdı, hətta bərabər çəkdirdikləri şəkillərdən ibarət albomu da gətirib gizli-gizli göstərmişdi. Sevdiyi insanın anası sırf bu rahatlığına görə istəməmişdi onu. Oğlan da zamanla soyumuşdu qızdan. Amma o unuda bilmirdi. Universitet oxuya-oxuya təyyarədə hostes işləyirdi, dolayısıyla,  tez-tez xarici ölkələrə uçurdu. Buranı bitirən kimi imtahan verib yenidən oxuyacağını deyirdi. İncəsənətəmi, hüquqamı verim deyə fikir soruşurdu bizdən. Enerjisinə heyran qalırdıq. Yorulmadımı bu qız deyə danışırdıq aramızda.
    
   Mən o vaxtlar gənc yaşda ailə qurmuş, həyat, ailə haqqında idealist düşüncələr daşıyan biri idim. O qız da həmişə eyni şeyi deyirdi biz tamamən zidd qütblərdəyik, sanki sən keçmiş mən gələcəyəm falan. Hər halda öz dəli-dolu, hərəkətli həyatı ilə müqayisədə bəyənmir bizim həyatımızı deyə düşünürdüm. 

   Universiteti bitirməyə yaxın bir-birimizə arzularımızı yazdırdığımız xatirə dəftərləri dolaşmağa başlamışdı əllərimizdə. Mən də yazdırdım qızlara. Amma imtahan, məzuniyyət işləri ilə başımız qarışıq olduğu üçün oxumaq universiteti bitirib hamısından ayrıldıqdan sonra nəsib oldu. 

   Və həmin qızın yazdıqlarını oxuyanda təəccübləndim, eyni zamanda, sarsıldım açıqcası. Dəftərimə zaraftlarla dolu xoş arzularını yazdıqdan sonra mənə təsir edən cümlələrini eynilə əlavə edirəm bura " Çox təəssüf ki, mən sənin yaşadığın həyatı yaşaya bilmirəm, bizim həyat tərzimizdə yerdən-göyə qədər fərq var. Sən olanlarnan kifayətlənirsən, mən isə əksinə daha çox şeylər əldə etmək istəyirəm, daha irəli getmək istəyirəm. Ona görə də ailə qurmaq mənim üçün hələ ki, çətin gəlir. Amma çox istəyərdim ki, mən də sevgi ilə ailə qurum və yoldaşımı, uşaqlarımı sevim. Sənə mən həmişə demişəm ki, sən əsl Azərbaycan qadınının nümunəsisən! Başına duz fırla! ( :) ) Mən bir az belə sözlər yazmaqda çətinlik çəkirəm, sözüm çoxdur, sadəcə o incə, bir az kədərləndirici nüanslara toxunmağı sevmirəm. Sevdiyim insanı itirəndən sonra çalışıram bu cür söhbətlərə yaxın gəlməyim, olmur ki, olmur." 

   Bu cümlələri oxuduğum an qızla yaşadığım bütün dialoqlar, onun davranışları şimşək kimi keçdi hafizəmdən. Sadəcə onda anladım əslində o qızın o cafcaflı görünən həyatı yaşamaq istəmədiyini, çox böyük bir boşluqda olduğunu, buna görə də özünü başını qata biləcək bir çox işə vurub, həyatını bir şeylərlə doldurmağa çalışdığını, sadə, sakit və hüzurlu bir həyat arzuladığını. Onun üçün edə biləcəyim bir şey olardımı bilmirəm. Amma bunu gec anladığım üçün çox üzülmüşdüm. Uzun müddət həmin cümlə gözlərimin önündən getmədi. Uzun illər keçməsinə baxmayaraq indi də tez-tez xatırlayıram. Və hər dəfəsində dua edirəm " Rəbbim ona istədiyi, huzurlu, gözəl bir həyat yaşat" deyə.
   Və bu tələbə yoldaşımı əsərimə qəhrəman olaraq seçərdim. Onun kimi istəmədiyi bir həyatı yaşayan, bədbəxt olduğu halda xoşbəxt görünməyə çalışan, bir çoxlarının bəlkə də həsədlə baxdığı bir həyatı yaşayarkən bambaşqa həyatın xəyalını quran, ətrafında çoxlu insan olduğu halda həmişə yalnız qalan bir çox qadınlara timsal olaraq.
PS: Qızın cümlələrini eynilə yazmaq üçün xatirə dəftərində onun səhifəsini təkrar oxuyarkən tamamilə unutduğum bir cümləsini də gördüm: Bilirəm ki, kimi unutsan da mən heç vaxt unudulmayacam.
        
   Bax doğurdan da unutmamışam, hətta səni əsərimə seçə biləcəyim bir  qəhrəman kimi qələmə verdim.

   Yenə çooox uzun alınan bir yazının da sonuna gəldik. Annesinin Prensesine bu gözəl parti üçün təkrardan çox təşəkkür edərək ayrılıram sizdən canlar... Digər yazılarda görüşmək diləyilə sağ olun, var olun və bizimlə qalın :)) ♡♡♡




21 yorum:

  1. Canmmm severek okuduğumu bilmeni istiyorum.Kendi sorunun cevaplarini okurken keske dedim benim niye karsima cikmiyor.Coook istiyorum elimden geleni fazlasiyla yapmayi.Rabbim.kabul etsin insallah.

    Sonuncu sorunun cevabinda ise sunu söylemek istiyorum.Bazen dış görünüş insanları yanıltabilir.Bende sacları boyalı,full makyajli,kpalı olmayan ama asirida acik olmayan biriyim.Disardan sosyete damgası yiyorum.Bi kere konusunca anliyolar tabi herkese uyabilecegimi.Ve dinimide cok sevdigimi.Evet bazen insanlar bilseler isteseler dahi uygulayamayabilirler.İçindeki fırtıbaları görüp anlayabilmek lazim.O arkadasinda ayni sekildeymis.😃

    Cok tesekkr ederim bu güzel sohbetin icin ummancım.İyiki katılmıssin 😘😘💕💕💕

    YanıtlaSil
    Yanıtlar
    1. Yaaa çox təşəkkür edirəm bu uzun yazını sonuna qədər səbirlə oxuduğun üçün :) Tək oxucusu sən belə ola bilərsən :))) Nə demək. Mən çox təşəkkür edirəm belə bir etkinliklə heç vaxt cavabını düşünmədiyimiz, ağlımıza gəlməyən suallara yanıt verməyimizə vəsilə olduğun üçün. Yeni ideyalar və etkinliklər gözləyirik səndən. Bol bol öpücüklər...

      Sil
  2. Ben de okudum ben de! :)

    Üniversiteden arkadaşının duygularını okurken kendimi buldum, sakin huzurlu düzenli bir hayat isteyip bir türlü durulamamak yorucu gerçekten. Şimdi haber alabiliyor musun ondan yoksa irtibatı kopardınız mı?

    YanıtlaSil
    Yanıtlar
    1. :))) Sənə də kocccamann təşəkkürlər. Eyni dünyanın sakinləri olsaq da hər insanın yalnız özünün bildiyi kiçik daxili dünyası da var.Görə bilmədiyimiz bu dünyalarda kim bilir nələr yaşanır. Təəssüf ki, tələbə yoldaşlarımdan heç birisi ilə əlaqəm qalmayıb :(

      Sil
  3. Yazın yenə möhtəşəmdir. Oxuduğum zaman bəxi yerlərdə kövrəldiyimi amma cəmiyyət içində olduğum üçün göz yaşlarımı gizlətdiyimi etiraf etməliyəm. Ən çox təsir edənsə qrup yoldaşınla olan xatirən idi ona görə də deyirlər heç kimi xarici görünüşü ilə qınamayın deyə. İnşallah istədiyi həyat nəsib olmuşdur ona .

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm canım mənim. Doğrudur heç kimin qəlbini, iç dünyasını görə bilmirik. Zahirinə baxıb qiymətləndiririk. Kim bilir həyatımızda neçələrini belə yalnış dəyərləndirmişik.

      Sil
  4. Umnan'cığım, blogdan ayrı kaldım diyorsun ama muhteşem bir dönüş yapmışsın. Özlem kızımın etkinlik ve bizleri kaynaştırmakta kimse eline su dökemez. Cahil Okur oğlum bir kitap kurdudur ve benim gözümde değeri aynı sizler gibi çoktur. Hepinizi kutlar, sevgiyle gözlerinizden öperim canlarım :)

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram xoş sözləriniz üçün Ece ablam. Özləmə bu gözəl etkinliklər üçün nə qədər təşəkkür etsək azdır.

      Sil
  5. Yanıtlar
    1. :) Mən də sizi. Təşəkkürlər ♡♡♡

      Sil
  6. Cok guzel bir etkinlik oldu kacirdim ama ben sevgiler💘

    YanıtlaSil
    Yanıtlar
    1. Gözəl etkinlikdi doğurdan da. Olsun. Başqa səfərə inşallah :) Öpücüklər... ♡♡♡

      Sil
  7. Takibe aldım canım sevgilerimle 😍

    YanıtlaSil
    Yanıtlar
    1. Məmnuniyyətlə mən də bloqunuzu ziyarət edib izləməyə aldım. Təşəkkürlər.♡♡

      Sil
  8. Yine çok güzel bir etkinlik olmuş Umman Hanımcığım ve okurken gülümsedim itiraf edeyim :) Çok selamlar, sevgiler <3

    YanıtlaSil
  9. Üzünüzə gülümsəmə qondurduysaq nə mutlu bizə Məryəm xanım. Təşəkkürlər.♡♡♡

    YanıtlaSil
  10. Ben unuttum ya ona bakmayi :)hiii cok ayip bana

    YanıtlaSil
  11. Ilk sorunun cevabı etkiledi hakikaten beni de💛 ne güzel yazmışsınız içten samimi cevaplar Yureginize saglik☺

    YanıtlaSil
    Yanıtlar
    1. Çok təşəkkür edirəm. Bəyənmənizə çox sevindim.

      Sil
  12. Hiii ayıp vallahi... Koş koşşş :)
    Bu arada mən də gecikdirmişəm bu yazımı zaten.

    YanıtlaSil
  13. Öncelikle cevapların için teşekkür ederim.

    Geç kalmış olarak sizi takip ettim sizi beklerim inşallah.

    Hayırlı ramazanlar

    YanıtlaSil