Sayfalar

12 Haziran 2017 Pazartesi

Sobada kartoflu kotlet


   Hərarətli Ramazan günündən hər kəsə salamlar! Çox şükür bu il də Ramazanımız bol qonaqlı, bərəkətli keçir. Bu ayın ən sevdiyim cəhətlərindən biridir bu. Hər gün başqa qonaq və bişirəcəyin başqa-başqa yeməklərin həyəcanı... Təkrar olmasın deyə hər gün fərqli, yeni yemək resepti axtarışına çıxmaq... Vəə nəticədə bir ay kimi qısa zamanın sonunda xeyli yeni resept siyahısına sahib olmaq :))
  
   Bu gün bəlkə mən də həmin siyahınıza bir qatqıda buluna bilərəm ümidilə bir resept paylaşmaq istəyirəm burdan. 

   Əslində, bütün yazılarımı heç qaçırmadan oxuyan yorumsuz canlarımdan biri neçə vaxtdır bloqda resept paylaşmırsan demişdi söhbət əsnasında. Doğurdan da xeyli zaman olub heç bir resept qeyd etməmişəm bura. 

   Adətən, şirniyyat və salat reseptləri paylaşdığım halda bu gün Ramazana özəl olaraq bir yemək resepti təqdim etmək istədim sizə. İftar üçün bişirib çox bəyəndiyimiz bir yemək - Sobada karoflu kotlet. Əvvəlcədən qeyd edim ki, çoox bərəkətli yeməkdir və də çoox ləzzətlidir və də iftar üçün əla alternativdir. 

   Keçək lazım olan ərzaqlara:

Kotlet üçün:
400-500 qr çəkilmiş ət
1 soğan
1 yumurta
1 dilim boyat çörək və ya 2 x/q toz suxari
2-3 diş sarımsaq
1-2 qanad cəfəri
duz, istiot, kimyon
2 ədəd soğan
2-3 ədəd pomidor
3-4 ədəd kartof
2 ədəd uzun bibər


Sous üçü:
2 x/q tomat
2 x/q duru yağ
2 stəkan su
duz, istiot


                    Hazırlanma qaydası:
  ● Ət və digər ərzaqların hamısı yaxşıca qarışdırılır.
  ● Kotlet kimi hazırlanıb bir qaba düzülür.
  ● Soğan çox da nazik olmayacaq şəkildə aypara kimi doğranır. Yağlanmış ortaboy borcama tökülür. 
  ● Kartof soyulub, çox nazik və də çox da qalın olmayacaq şəkildə halqa-halqa doğranır.
  ● Pomidor da eynilə doğranır.
        
  ● Ərzaqların hamısı hazır olduqdan sonra keçirik işin ən əyləncəli qisminə.Bir kartof, bir kotlet və bir pomidor və təkrar bir kartof, bir kotlet, bir pomidor olmaqla yanyana sıra ilə düzülür. 
   ● Bitdikdən sonra üzərinə  acı bibərlər uzunasına doğranıb qoyulur.
       
   ● Kənarda bütün sousa aid ərzaqlar qarışdırılır.
   ● Və hazır kotlet-kartof sıralarının üzərinə gəzdirilərək tökülür.
   ● 200°-li sobada bişirilir.
   ● Vəə ləzzətli kotletimiz hazırdır. Bişirib yeyən hər kəsə nuş olsun.
       

16 yorum:

  1. Güzel görünüyor.Ellerinize sağlık.:)Bir iftarda ben de yaparım artık.:)

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Mütləq bişirib dadın deyə tövsiyə edirəm. İnşallah siz də dadını bizim qədər bəyənərsiniz.

      Sil
  2. Özellikle fırında olunca daha bir lezzetli oluyor yemekler...

    YanıtlaSil
    Yanıtlar
    1. Eynən... Həm ləzzətli, həm də sağlıqlı olurlar.

      Sil
  3. Ellerinize sağlık.Çok güzel gözüküyor :))

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Dadı da çox gözəldir :)

      Sil
  4. of of bu nee yaaa müthiş gözüküyor, bir kere daha buna benzer bir şey yazmıştın o da nefis gözüküyordu, sen süpersin mutfaktaaa :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy nə gözəl iltifat... Çoox sağ ol canım mənim ♡♡♡

      Sil
  5. Enfes gorunuyor ellerine saglik:))

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyənmənizə çox sevindim. Minnətdaram ♡♡♡

      Sil
  6. Harika bir tarif olmuş. En kısa sürede deneyeceğim. Elinize sağlık.

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. İnşallah siz də bəyənərsiniz.

      Sil
  7. Salam. Çox dadlı görünür və acdım :)) Əllərinizə sağlıq.

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Və Aleykum salam. Buyurun qonağımız olun. Sizi buralarda görmək çox xoş oldu.♡♡

      Sil