Sayfalar

18 Ağustos 2017 Cuma

İstirahət seçimi

 
    Qızmar yay günlərindən hər kəsə salamlar. Belə istilərdə yəqin ki, bir çoxunuz həm sərinləmək, həm də tətil fürsətini qaçırmamaq üçün istirahət yerlərinə üz tutmusunuz.

   Tətildə dincəlmək üçün hər kəs özünə görə fərqli məkanlar seçir. Yəni hər kəsin istirahət anlayışı fərqlidir.

  Yay oldumu ağıla ilk gələn dəniz və qızmar qum olur. Bəzilərinin düşüncəsinə görə çimərliyə gedib yanmadınsa yayı yaşamamısan deməkdir. İnsanlar axın-axın dənizin yolunu tuturlar. Yaxşı ki, Xəzərimiz (suları çirklənilmiş olsa da) var. Dənizi, üzməyi sevən insanlarımıza öz qucağını açır.

   Yay fəslində ən çox sevinənlər yəqin ki, il boyu səssiz, kimsəsiz qalan bağ evləri olur :) Ev sahiblərinin dəvətləri ilə gələn qonaqlarla aşıb-daşan bu evlərdə həyət işıqları səhərə qədər yanır. Hər gün kabab qoxusu yüksələn bu həyətlər uşaqların və böyüklərin səs-küyü ilə şənlənir. Bağ evi olanlar çox vaxt tətilini elə burdaca keçirməklə kifayətlənir.
         
   Bəziləri isə (daha çox bağ evi olmayanlar :)) istirahət üçün təbiətin qoynuna verirlər özlərini. Gözəl təbiəti olan regionlarımıza səfər edib maddi imkanı əl verdiyi qədər xüsusu istirahət mərkəzlərində qalırlar.
Rayonda, kənddə qohum əqrəbası olanlar isə tətili daha ucuz və sərfəli başa vururlar. Həm qohumları ziyarət edir, həm də ürəklərincə dincəlirlər. Necə deyərlər həm ziyarət, həm ticarət  :) 

   Maraqlıdır ki, istirahətə və ya tətilə getmək sanki yalnız Bakılılara xas bir adətmiş kimi gəlir insana. Rayon yerində yaşayanlar üçün sanki belə bir  ehtiyac heç yoxdur. Çünki Bakılılar istirahət etmək üçün rayonlara gedirlər. Bəs bu yazıq rayonlular hara getsinlər :) Baxmayaraq ki, rayonda yaşayanlar əslində şəhərlilərə nisbətən il boyunca daha çox işləyir, daha çox yorulurlar, lakin, onların bir çoxu istirahət üçün öz yaşadıqları ərazilərdə qalmağı üstün tuturlar. Bir qismi isə Bakıya gəlib bulvara, alış-veriş mərkəzlərinə və şəhərin digər gəzməli-görməli yerlərinə baş çəkirlər. Məncə bu bir az da maddi məsələ ilə bağlıdır.

   Və bir qisim insanlar da var ki, istirahət üçün başqa ölkələrə üz tuturlar. Xüsusən qardaş Türkiyə bu ölkələr arasında birinci yerdə gəlir.

   Bəs yaxşı doğurdan da  Azərbaycan əhalisinin hamısı istədikləri kimi istirahət edə bilirlərmi?

   Dediyim kimi şükür ki, Xəzərimiz var. Ora üz tutanların az xərclə dincəlmək şansı olur (Təbii ki, bahalı çimərliklər də vardır, lakin yaxşı ki, sadə xalq üçün olan çimərliklər hələ də var)
          
   Açığı heç vaxt dənizdə üzməmişəm. Bəlkə ona görə də dəniz mənim sevib-seçəcəyim istirahət məkanı qəti deyil. Hicablı biri olduğum üçün dənizdə üzmək kimi bir şansım da olmur. Örtülü xanımlar üçün olan xüsusi çimərlik paltarları ilə dənizə girməyi də münasib bilmirəm mən. Bu mənim şəxsi düşüncəmdir. Və bəzən əslində bütün insanlıq üçün yaradılan dənizdən mənim kimi düşünənlərin nəsibsiz qalması haqsızlıq kimi gəlir mənə. Müsəlman bir ölkədə bu mütləq nəzərə alınmalıdır.  Sırf qadınlar üçün bir çimərlik olsa heç də pis olmaz.
PS: Lənkəran çimərliyində buna nisbətən diqqət olunurmuş. Bir nümunə var yəni.

   O ki, qaldı bağ evlərinə əhalinin çox az hissəsi belə bir xoşbəxtliyə malikdir. Nəsildə bir nəfərin bağı varsa ora gedib 1-2 gün dincəlmək bəs edir qohum-əqrabaya.
Rayonda qohumları olmayan və ya olsa da elə yoxmuş kimi olan, yəni qonaqpərvər qohumlardan məhrum olan şəhər sakinləri də var. Tək çarə istirahət məkanlarına üz tutmaq olur ki, bu da ayrı bir dərddir. 

   Çox təəssüf ki, Azərbaycanda gedib qalmaq üçün tikilmiş istirahət evləri o qədər bahadır ki, normal gəlirli bir ailənin qala bilməsi qeyri-mümkündür. Ya il boyu boğazından, üstündən-başından kəsib pul toplamalısan. Ya da girdiyin borcu yenə eyni şəkildə il boyu ödəməlisən.

   Rəbbim elə gözəl bir təbiət verib ki, bizə : dağlı, dərəli, çaylı, meşəli... Amma məncə biz bunu layiqincə qiymətləndirə bilmirik. Hansı yerlər ki, qorunur, gözəlləşdirilir oraların qiyməti yüksəlir. Sadə vətəndaşın belə məkanlara girişi çətinləşir. Kənarda qalmış yerlər isə baxımsızlaşır, çirklənir. 

   Məsələn,  bizdə gedib oturub rahatca piknik edə biləcəyimiz yerlər yox deyiləcək qədər azdır. Kaş ki, dövlət buna da bir əl atsa.

   Qısacası, canım oxucum, tətildə gəzmək üçün, dincəlmək üçün məkanlar Azərbaycanda çoxdur əslində. Amma məhdud gəliri ilə  bunu rahat bir şəkildə həyata keçirəcək insan çox azdır.
   
   Təəssüf ki, bir az maddi vəziyyətlə bağlı olaraq, bir az da işlədiyi müəssisə ilə əlaqədar yayı ilin digər günləri kimi evində keçirənlər də var.

   Siz yayda necə dincəlirsiniz? Dənizdə, bağda, istirahət məkanlarında, yoxsa elə evinizdə? Yazıb bizimlə bölüşsəniz çox şad olarıq.

   Harda olursunuz olun, harda dincəlirsiniz dincəlin. Əsas odur ki, ürəyiniz istədiyi kimi istirahət edin. Hamınıza xoş istirahətlər...



9 yorum:

  1. Ankara'nın dışına çıkamadım pek :) Spor merkezine gidip yüzüyorum,yürüyüş yapıyorum,kitap okuyorum :) Öyle geçiyor işte :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ən gözəli... Üzmək və spor varsa başqa yerlərə gəzmək üçün getməyə ehtiyac duymaram mən də :)

      Sil
  2. Doğa ile iç içe olmayı çok seviyorum. Böyle yerlerde kuşların cıvıltısını,su sesini,ağaçların rüzgara değmesiyle oluşan hışırtıları dinlemek huzur verici ve paha biçilemez..

    YanıtlaSil
    Yanıtlar
    1. Mənim də tətil anlayışım eynilə budur. Təbiət və yaşıllıq.♡

      Sil
  3. Öncelikle denize kendimi atmam gerekir, sarıp sarmalayan denizin beni iyileştirdiğine inanırım. Öylesine şükürle dolar ki içim, denize girmek bambaşka bir duygudur. Burada kadınlar pilajı var (ben hiç girmedim gerçi ama) sadece çocuklarla kadınlar giriyor, sizin oralarda da olsaydı keşke.

    Sonra yeni yerler görmeyi çok seviyorum. Bu sene İstanbul içinde bile bir çok yere gittim, hem ucuz hem de keyifli oldu.

    Aslında yaz sıcağında yüksek yerlere çıkmak lâzım ama denizdi gezmekti derken ona sıra gelmiyor hiç.

    YanıtlaSil
    Yanıtlar
    1. Oh nə gözəl... Enerjik xanımdan tam gözlənən tətil :) Bol gəzməli, bol həyəcanlı :) ♡♡♡♡

      Sil
  4. Yaz zaten güzel bir mevsim. Hepimizin iyice dinlenip okul öncesi enerji toplamaya ihtiyaci var 😊

    YanıtlaSil
  5. Olmazmı?! Yaxşı ki, yay var. Yaxşı ki tətil var.

    YanıtlaSil
  6. Bayanlar için bazı plajlar oluyor ama ben de hiç gitmem.

    YanıtlaSil