Sayfalar

25 Ekim 2018 Perşembe

Mim - Dünənin hekayəsi / Dünün hikayesi



   Hər kəsi yeni bir gündə salamlayıram.
Mən bu 3 illik bloq həyatımda ilk dəfə risq alıb bir mim başlatmaq istəyirəm. Açığı bloqları çox ziyarət edə bilməyən biri kimi buna haqqım varmı, bilmirəm. Amma bir dəfə ağlıma gəlib, başladıb - başlatmamaqda tərəddüt etdiyim bir mimin başqaları tərəfindən başladılıb, çox da gözəl nəticələndiyini görüncə bu dəfə də şansımı qaçırmaq istəmədim. 

   Bu mim necə qarşılanacaq, rəğbət görəcəkmi?- bilmirəm. Amma məncə maraqlı bir mim yazısı olmalıdır. Deməli belə. Bu mimin şərti nədir? Dünənki gününüzü bədiiləşdirib hekayə şəklində yazmağınızı istəsək görəsən ortaya necə hekayələr çıxar? 

   Çox xahiş məhz dünənki gününüzü yazın. Sadəcə evdə oturduğuniz bir gün belə olsa yazın. Ki məncə çox aktivitə olmayan bir günü bədii ifadələrlə daha gözəl təsvir etmək olar.

   Və yenə çox xahiş ən az 3 nəfəri mimləyin. Mən öz hekayəmi danışmağa başlamışkən, siz də dünənki gününüzü yazmağa başlayın...

Bu arada mənimki hekayədən çox bir günlük yazısına oxşadı (😊) amma mən sizdən daha gözəl hekayələr çıxacağına əminəm. 
   
   Her kese yeni bir günden merhaba diyorum. Ben şu 3 senelik blog hayatımda ilk defa risk alıb bir mim başlatmak istiyorum. Doğrusu, blogları fazla ziyaret edemeyen biri gibi buna hakkım varmı, bilmiyorum. Ama bir defasında aklıma gelmiş bir mimi acaba başlatsam mı başlatmasam mı diye tereddütde kalınca, aynı mimi başkalarının başlattığını ve çok da güzel ilgi topladığını görünce bu defa da şansımı kaçırmayayım dedim. 

   Bu mim nasıl karşılanacak, rağbet görecekmi hiç bilmiyorum. Ama zannımca güzel bir mim olacak. Peki bu mimde ne yapıyoruz?
   Şöyle anlatıyım efendim : Sizden dün yaşadığınız günü hikayeye dönüştürüb bize anlatın dersek, nasıl bir hikaye çıkar ortaya acaba? Rica ediyoruz mutlaka dünkü gününüzü anlatın. Ve sadece evde oturduğunuz sıradan bir gün bile olsa anlatın. O zaman duygularınızdan, düşüncelerinizden bahs edeceyiniz daha derin bir hikaye olur belki de...

   Ve en az 3 kişiyi mimleyin dersek kabul edermisiniz? Haydi bakalım ben dünümü anlatırken siz de hikayenizi yazmaya başlayın... 
Bu arada benimki hikayeden çok günlük yazısı gibi olmuş (😊) ama, ben sizden çok daha güzel hikayeler çıkacağını biliyorum.

Dünənin hekayəsi

   Saatın zəngi hər gün olduğu kimi 05:30-u çalarkən gözlərini açdı yeni bir günə. Və gözlərini açar-açmaz dünən onu döşəli qoyan, yataqda qıvrıldan mədə ağrısının tamamilə çəkilməsini hiss edərək böyük bir sevinclə şükür etdi.

   Allahın hikməti idi - bütün xəstəlik və ağrıları ən çox bir gün çəkirdi. Çünki o xəstə olduğunda dörd uşaqla bir atanın və ev-eşiyin necə bir-birinə dəydiyini görürdü mərhəmətlilərin ən Mərhəmətlisi... 

   Bu gün çox işi vardı. Həftənin 3-cü günü idi. Bu o deməkdir ki, yaşadığı qəsəbədən 45-50 dəqiqə uzaqlıqda olan (avtobusla) şəhərə gedib üçüncü oğlunu Olimpiya kompleksinə-üzgüçülüyə aparmalı, bir saat onu gözləyib sonra ikisi birlikdə evə dönməli idilər. 

   Belə günlərdə ev işləri üçün vaxtı az qalırdı, dolayısı ilə əlini daha cəld tutmalı olurdu.

   Abdəst alıb namazını qıldı. Səhər süfrəsini hazırlayıb hər zamankı kimi yumurtaları bişirməyi ən sona saxladı. Hər kəsin paltarlarını ütüləməyə başlamadan öncə digər ev əhlini də oyandırdı. Hamı səhər yeməyini yeyərkən o da bu gün dərsdən sonra biri üzgüçülüyə, digəri isə kursa gedəcək iki övladı üçün özünün kəşf etdiyi xüsusi üsulla dönər hazırladı, büküb çantalarına qoydu.

    Hər zamankı kimi ev əhlinin çıxmadan öncə mütləq hər gün təkrarlanan son andakı təlaş fırtınası - biri idman dəstini, biri itən qalstukunu, biri ayaqqabısını silmək üçün bir bez istəməsi və s. ilə başını itirsə də ən son "yaxşı yol, işiniz avand olsun" deyib qapını örtdükdən sonra duyduğu bir rahatlıq hissi ilə dərin nəfəs aldı. Birinci vəzifə uğurla yerinə yetirilmişdi. 

   İndi növbə balacanı qaldırıb yedirib bağçaya aparmaq idi. Bu vəzifələrinin ən şirini və ən sevdiyi hissəsi idi. Maç-quçla birtəhər oyandırdığı balacasının əl üzünü yuyub süfrə arxasında əyləşdirdi. Hər kəsi yola saldıqdan sonra səhər yeməyini ikisi birlikdə yeyirdilər həmişə. 

   Dişlər də fırçalanıb paltarlar dəyişdirildi və bağçadakı payız bayramında deyiləcək şeir və təzəlikcə ingilis dilində öyrənməyə başladığı bir neçə söz təkrarlana-təkrarlana bağça yolunu tutdular. 

   Qəsəbədə payızın özünü ən gözəl hiss etdirdiyi uşaq bağçasının həyətinə girən kimi, yolun üzərinə tökülmüş sarı-qızılı yarpaqlar hər zamankı qəribə ilıq hislər axıtdı qəlbinə. 


   Bağçadan evə sürətli bir şəkildə döndü. Axşamdan az iş saxlasa da şəhərə çıxmadan öncə bu gün üçün planladığı bir-iki işi bitirmək istəyirdi. 

   Amma evə çatan kimi yaxın rəfiqəsindən bir səsli mesaj gəldi. "Hava bu gün çox gözəldi, gəlsənə, çıxaq dəniz qırağında gəzişək bir az". Düşündü, bəs planladığı işlər?! Sonra hər zamankı qərarını verdi. : "İş həmişə var, fürsəti dəyərləndir." Onsuz bu günü şəhərə çıxacaqdı. Sadəcə bir saat tez çıxmaq lazım idi. 

   Tez-tələsik evi qaydaya salıb hazırlandı. Evdən çıxarkən rəfiqəsi zəng etdi. Məktəbdən qızının başı ağradığı üçün zəng gəlmiş onu götürməyə gedəcəkmiş. Dolayısı ilə gəzmək xəyalı suya düşmüşdü. Amma olsun, bizə gəl söhbətləşərik dedi. Onsuz da hazır idi, oğlunun üzgüçülük çantasını da hazır edib, bu aralar oxuduğu kitabı da götürüb çıxdı evdən. 

   Avtobusa minərkən oturmaq üçün boş yer tapdığına sevindi, kitabını rahat-rahat oxuyacaqdı. Amma növbəti dayanacaqda köhnə tanışlarından biri mindi avtobusa. Həmkarı olduğu bu qadınla söhbətləri yaxşı tuturdu. Hər ikisi dilçi... Mövzuları bitmirdi. Kitabını oxuya bilməsə də köhnə tanışla söhbət məmnun etmişdi onu.

    Rəfiqəsinin yaşadığı  yeni tikili olan binanın blokunda liftin qarşısında 2-3 nəfər vardı. Liftə tikinti materialları yığırdılar. Bu işin uzun çəkəcəyini görüb pilləkənlə qalxmağa qərar verdi. Amma gülməli bir hal oldu. Sən demə tikinti materialları rəfiqəsigillə üzbəüz qonşu evə gətirilirmiş. Və qapıya çatıb qapını döydü. Səs-səmir yox idi. Zəng elədi, rəfiqəsi qızını məktəbdən götürüb gəlirdi hələ yolda idi. Və lifti səbir edib gözləmədiyi halda qapının ağzında 5-10 dəqiqə gözləyəsi oldu. Həm də materialları daşıyan həmin adamların gözlərinin qarşısında :)

   Rəfiqəsigildə çox otura bilmədi çünki oğlunun dərsi bitmişdi artıq. Ordan burdan söhbətləşib, ad günündən qalma iki dilim tortla çay içib son sürət çıxdı onlardan. 

   Kompleksə çatanda oğlunun əllərini turbin edib yollarına baxdığını gördükdə xəfif bir gülümsəmə qondu üzünə. Vaxtında çatmışdı. Tez paltarların dəyişdirib hovuza göndərdi oğlunu. Özü isə oturub yeni tanış olduğu, iki ekiz oğlunu üzgüçülüyə gətirən qadınla söhbətləşdi. Yeni tanımağa başlasa da qadınla çox yaxşı anlaşırdılar. Eyni düşüncədə adamlar idilər çünki... Və yenə kitab oxuya bilməmişdi...

    Nəhayət evə dönərkən avtobusda kitab oxumaq şərəfinə nail oldu. 


   Oğlu ilə həyətə çatanda pişikləri Balaca qabaqlarına qaçdı. Çantaları oğluna verib bir xeyli sığallayıb oynadı Balaca ilə. Bu onu çox rahatladırdı.


   Evdə namazını qılıb, axşam yeməyinin hazırlıqlarını görüb, oğlu ilə çay keyfi etdikdən sonra  bağçaya balaca balasını gətirməyə qaçdı.

   Bağça həyətinin payız tablosu yenə onu fərqli bir aləmə götürdü. Birdən çoxdandır balacası ilə düzəltməyi düşündüyü bir ideyası gəldi ağlına. Pinterestdə çıxmışdı qarşısına. Bir aslan şəklində üzünün ətrafına saç əvəzinə sarı yarpaqlar yapışıdırmışdılar. Çox gözəl olacağını düşündü. 


   Qapının arasında anasını görən balaca həmişəki kimi sevinclə atlandı qucağına. Geyindirib balaca oğlunu hazır etdikdən sonra həyətə düşüdülər. "Səlim bu gün səninlə yarpaqlardan aslan düzəldəkmi?"(ən rahat bu cür başa salamaq olardı balacanı) - deyə soruşdu. Hər cür əyləncə və oyuna canla-başla hazır olan balaca sevinclə əllərini bir-birinə çırpıb "Hə, düzəldək" dedi. 

   Sonra başladılar yarpaq toplamağa. Evə çatıb qalan bir-iki işini də həll edib,namazını qılıb "aslan düzəltmək" üçün səbirsizlənən balacası ilə birlikdə oturdular masa arxasına və sonda çox gözəl bir  nəticə çıxdı ortaya. 


   İkinci oğlan da kursdan gəldi. Şam yeməyi yeyildi. Namazlar qılındı. Və axşam evə gələn ataya aslan surprizi təqdim olundu :) Bu gün ailə söhbəti maraqlı və uzun çəkdi. Çaya vaxt qalmadı. 

   Saat 10-dan sonra mızmızlanmağa başlayan balacasını bəhanə edərək hamını "tez yatın, səhər oyandıra bilmirəm" deyə tənbehləyib tükənmiş bir halda sabahkı yeni bir günə enerji toplamaq üçün, nağıl gözləyən balacasının yanına uzandı... Və bu günün hekayəsini beləcə tamamladı...

Ən sona mimlədiyim bloqdaşlarımın adlarını yazıram. Ən qısa zamanda bu mimi yazacağınıza ümid edərək :

Kelimelerin gücü
Birpembesever
Kelebek etkisi
Sessiz kaldım
Esra Takım

Və adını yazmadığım, bu mimi etmək istəyən hər bir kəsi mimləyirəm. Sevgilər.

43 yorum:

  1. İlk fırsatta yapacağım, çok keyifli olacak. Senin yazını da okuyamadım daha, işlerimi yoluna koyup onu da okuyacağım, şimdi koşturmaya gidiyorum :)

    YanıtlaSil
    Yanıtlar
    1. Eminem bu aktiv bir yaşantıdan çox gözel hekaye çıxacaq. Siz ne zaman isteyirsiniz yazın. Men sebirsizlikle gözleyecem ❤

      Sil
    2. Yazdım :)

      Bu arada senin yazını da okudum ve aslana bayıldım :)

      Sil
    3. Çox sevindim😊 Derhal oxumaq üçün gelirem. Teşekkürler❤❤❤

      Sil
  2. Benim bu kadar anlatacak şeyim çıkar mı bilmiyorum sen çok güzel anlatmışsın :) Teşekkürler mim için, fırsat bulunca yapacağım :)

    YanıtlaSil
    Yanıtlar
    1. Keçen il her gününü yazan biri olaraq sizin üçün bu mimin daha asan olacağını düşünürem eslinde😉 Siz yazın eminem çox gözel olacaq.

      Sil
    2. Sonunda yaptım :) keyifliydi :)

      Sil
    3. Aaa mən indi xəbər tuturam. Oxuyacam ilk fürsətdə. Təşəkkür edirəm.❤

      Sil
  3. Merhabaa!🤗
    Bence süpeer bir mim olmuşş. Bir dahakine bekletme aklındaki düşüncelerini. Ben de yapacağım inşallah. 💖🌸

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy beyenmene sevindim canım. Yaz, merakla bekliyorum ❤

      Sil
  4. Güzel bir mim olmuş. Beni mimlediğiniz için teşekkür ederim. En kısa zamanda yazmaya çalışacağım...

    YanıtlaSil
    Yanıtlar
    1. Men teşekkür edirem. Yazsanız çox memnun olaram. Sevgiler.

      Sil
  5. heeey maşallah bir güne ne çok şey sığdırmışsın ki yaaa ne güzel bir gün olmuş ailenle de :) çok gülümsedim okurken. ay sen az yazsan da blog çevremizin en sevilenlerindensin ki zaten amaa :) taam yapcam mimi de maşallah senin yaptıklarını ben üç günde ancak yaparım yanii :) haftasonu yaparım işteee :)

    YanıtlaSil
    Yanıtlar
    1. 🙈🙈 Ne gözel sözler bunlar Deep. Çox teşekkür edirem. İnan normal günlerimden birini anlatdım. Ve günlerim adeten bele keçdiyi üçün çox sevsem de istediyim qeder zaman ayıra bilmirem bloq dünyama. Senin mim yazını da böyük bir maraqla gözleyirem.❤

      Sil
  6. Güzel hikayeler çıkacağından eminim, en kısa zamanda yazacağım Umman Hanım :)

    YanıtlaSil
    Yanıtlar
    1. Beli men de. Maraqla gözleyirem Esra Hanım :) ❤

      Sil
  7. İlk fırsatta (insAllah) bu mimi yapacağım çok teşekkür ederim 😊 mimlediginiz için 😊

    YanıtlaSil
    Yanıtlar
    1. Men teşekkür edirem. Severek oxuyacağam sizin mimi de. Sevgiler.

      Sil
  8. Ne kadar güzel anlatmıştım öyle keyifle okudum 😊 bende en kısa zamanda yapacağım bakalım bende neler olacak 😊❤ çok teşekkür ederim canım benim sevgiler 😊❤🌸

    YanıtlaSil
    Yanıtlar
    1. Aaa men indi senin bloqunu ziyaret edib xeber verdim.😊 Bir baxdım bura gelmiş mimi öyrenmisen zaten. Yaz men de neler olacağını çox merak edirem. ❤

      Sil
  9. Aa bu ilginc bir konu. Bu hafta yapayim canim. Tesekkürler 😊

    YanıtlaSil
  10. Yanıtlar
    1. Çox sevindim. Dərhal gəlirəm ziyarətinizə😊❤

      Sil
  11. Çok güzel bir mim konusu bu. Emeğine sağlık.

    YanıtlaSil
  12. Yanıtlar
    1. Oouuu çox sevindim. O zaman qaçdım oxumağa😊❤

      Sil
  13. Merhaba:)
    Çok güzel ve tatlı geçmiş gününüz:))
    Bende dolaylı yoldan bu mime katıldım. Ve inşaAllah yapacağım.🌸

    YanıtlaSil
    Yanıtlar
    1. Merhabalar... Təşəkkür edirəm. Günlük tərzində yazılmış hekayəmi sıxılmayıb oxumağınız sevindirir məni😊 Siz də mimləndiysəniz bu o deməkdir ki, tez-tez ziyarət edib, əcaba mimi etdimi deyə yoxladığım bloqlardan biri də artdı.😊❤

      Sil
  14. Mimlenmemiştim ama benimde hoşuma gitti bende yaptım mimi.Blogunla daha önce karşılaşmamışım hayret.Güzel mim, sevgiler.

    YanıtlaSil
    Yanıtlar
    1. O zaman xoş gəldiniz, səfalar gətirdiniz bloquma. Tez-tez gəlin 😉 Mimi etməniz məni çox sevindirdi. Dərhal ziyarətinizə gəlib, oxuyuram. Sevgilər.

      Sil
  15. Ne gözel anlatmısan bir gününü.oxuyarken cox zovg aldım ve mene enerji verdi bu yazı.sen mukemmel bir anasan.bunu herzaman demisem ve deyecemde💜

    YanıtlaSil
    Yanıtlar
    1. Ay əstağfurullah ay bacı. Sən də hər zaman belə yazıb şişirdirsən qoltuqlarımın altını. Şımaracam sonunda. Kaş ki, həqiqətən mükəmməl bir ana ola bilsəm😔 Oxuduğun üçün çoox təşəkkür edirəm.❤

      Sil
  16. Canım harika olmuş ilk boş vaktimde yapmayı istiyorum sağol davet için.

    YanıtlaSil
    Yanıtlar
    1. Dəyməz. Mən təşəkkür edirəm dəvətə icabət etdiyiniz üçün😊. Maraqla gözləyirəm sizin mim yazınızı da.

      Sil
  17. Tabi ki davete iştirak edeceğim.Derya da mimlemiş beni :) Bence dalga dalga yayılacak bu mim :) Çok hoş olmuş ve fotoğrafları da pek beğendim :)

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah. Yayılsın bakalım😊. Təşəkkür edirəm xoş sözlərinizə görə.

      Sil
  18. ya en kısa zamanda ben de yapmak isterim çok güzel bir mimmiş ^.^ bu arada deepten geldim ve çoktaan memnun oldum bile ♥

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz. Mən də çox məmnun oldum yeni bir bloq dostu qazandığıma. Mimi etsəniz sevindirərsiniz məni də. İlk fürsətdə mən də gəlirəm ziyarətinizə.💓

      Sil
  19. Merhaba, ben de yaptım bu mimi 😊😊

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sevindim. İlk fürsətdə bloqunuzu ziyarət edib oxuyacam. Təşəkkür edirəm.❤

      Sil
  20. Bende sonunda yaptım :)
    https://beydaninkitapligi.blogspot.com/2018/11/mimlendim-ve-mimledim-35-dunun-hikayesi.html#comment-form

    YanıtlaSil