Sayfalar

23 Aralık 2016 Cuma

İrəliləyən zamanda geriləyən dünya

    

              
    Biz nə zaman bu hala gəldik? Nə zaman qəlblərimiz bu qədər qatılaşdı? Nə zamandan bəridir ətrafımızda baş verən hadisələrə, müharibələrə, güllələrin altında həyat mücadiləsi verən insanlara, ac qalan, yetim qalan, ölən uşaqlara göz yumuruq, heç yoxmuşlar kimi yaşaya bilirik? Belə bir dövrə nə zaman gəlib çatdıq? Yaşamağa həvəssiz, gələcəyə ümidsiz, duyğuları buz tutmuş bir nəsilə necə çevrildik? 
    Axı guya dünya inkişaf edir, yeni ixtiralar, elmi nəaliyyətlər... insana bənzər robotlar... Dünya irəli getdiyi halda insanlıq niyə geriləyir bəs? Allahın hər şeyi yaradaraq əmrinə, xidmətinə verdiyi bəşər niyə özünü hər şeyin quluna çevirir? Niyə özlərinə bənzər dəmir robot düzəltmək yerinə öz dəmirləşmiş qəlblərini həyata döndürməyə çalışmırlar?! 
           
    Bu gün var, sabah olmayacaq dünyamızda tökülən qanlar niyə? Başqasının torpağına, malına göz dikən gedərkən sadəcə bir metrlik torpağa sığacağını, bir parça bezdən başqa heç nə apara bilməyəcəyini unudurmu görəsən? Üç günlük dünya üçün didinib durarkən əbədi həyatını məhv etdiyinin fərqində deyilmi?

    İstədiyi kimi davranıb, sadəcə öz kefincə yaşayıb, ətrafındakıların duyğularını incidən, bunu bir güc olaraq görən insanların bu rahatlığının səbəbi nə? Bir mömin qardaşının qəlbini qırmağın Kəbəni uçurmağa bərabər olduğunu bilmirmi görəsən?
     Hər bir uşağın ata, ana, bacı, qardaş, nənə, baba, qohum-əqrəba arasında qayğısız böyümə haqqı olduğunu niyə, nə zaman unutddu "böyüklər"? Bir uşağın isti bir evdə oyuncaqları ilə oynamaq yerinə ora bura uçuşan güllələr altında canını qurtarmağa çalışması, ailəsindən hər gün birinin bu güllələrə tuş gəlməsinə artıq adət etməsini hansı vicdan rahatlığı ilə izləyə bilirlər? Bu travmalı uşaqların gələcək dünyanın problemli bir sakini olacağını heçmi anlamırlar?

    Qorxuram... Bu dünyanın bu günündən də, qaranlıq görünən sabahından da qorxuram... Dünyaya gətirdiyimiz övladların bir gün buna görə bizdən haqq tələb edəcəklərindən qorxuram... Onlara dünyanın  keçmiş, qayğısız, xoşbəxt günlərindən danışarkən bunu bir nağıl olaraq görmələrindən qorxuram...
     Və mərhəmətli Rəbbimin qoparacağı qiyamətin səbəbini artıq anlayıram...
     Bəli zaman irəliləyir, tarix yenilənir... Bəs insanlıq???

7 yorum:

  1. Teessüfki doğrudur bacı.insan artıq yaşamağa da ölmeye de qorxur.yaşamağa ona göre qorxuruqki nece dünyada yaşayacağını bilmirsen.ölmekden ona göre qorxursan ki geride qoyduğun o balaca melekler bu qorxulu zamandan baş çıxara bileceklermi

    YanıtlaSil
    Yanıtlar
    1. Rəbbim bütün balaları qorusun bacı. Bizimkilər də içində...

      Sil
  2. Hakikaten çok kötü devirler geçiriyoruz. Hep savaşlar, huzur yok, yöneticiler sadece kendini düşünüyor, ülkeleri ateşe atıyor kolayca. Sonuçta en çok üzülen, acı çeken kadınlar,çocuklar oluyor:( .....
    Sevgiler

    YanıtlaSil
    Yanıtlar
    1. Evet malesef... En kötüsü de dua etmekten başka bir şey yapamamak. Ziyaretiniz ve yorumunuz için çok teşekkürler.

      Sil
  3. Zor bir zamanda yaşayırıq.tamda düşündüyüm şeyler.En kiçik bir şeye sevindiyimde bele hemen aglıma gelib sevincimi yarım qoyan şeyler.Evveller neye ise ümid besleye bilirdim.Amma indi menim geleceye aid ne arzum var,ne ümidim,ne de xeyalım.Dünyanın sonu hara gedir bele...?sonunun torpaq olacagını bile bile nedir bu hırs bu insanoglunda..?orta doguda yaşanan felaketleri,acıları,işgenceleri gördükce mehf oluram.bütün bunlara sebeb olan(insan demek istemirem)yaratıkları Rabbime havale edirem...

    YanıtlaSil
    Yanıtlar
    1. Bəzi zamanlar sözlər yetərsiz qalır həqiqətən...

      Sil
  4. Huzur gelsin diyoruz ama olmuyor :( Artık ne diyeceğimi bilemez oldum Savaşlar olmasın masum canlara olan oluyor çünkü :(

    YanıtlaSil