Artıq köhnə il yavaş-yavaş tərk etməyə hazırlaşır bizi, yeni il isə qapıda bir an öncə gəlib köhnə ili əvəz etmək həvəsindədir. Hər birimiz həyatımızda yeniliklər, başlanğıclar etməyi sevirik. Hər gələn təzə il isə həyatımızda yeni, tərtəmiz bir səhifə açır. Bəzimiz köhnə ildən qalan sıxıntılarımızı, dərdlərimizi, peşmançılıqlarımızı, qısacası bizi narahat edən şeylərin bir parçasını israrla özümüzə yük edib daşıyırıq yeni ilə... Bəzimiz isə hər şeyi köhnə ildə buraxıb yepyeni ümidlər, arzular, xəyallarla atılırıq təzə ilin tərtəmiz ağuşuna...
Köhnə ildə həyatımda nələr dəyişdi deyə bir göz atdım xatirə dünyama... Çox bir yenilik olmadığını gördüm:( Bloq açıb yazmaqdan başqa... Mənim üçün bu yeganə yeniliyin nə qədər dəyərli və əvəzedilməz olduğunu isə sözlərə sığdırmaq çətindir... Bloquma yazarkən yüngülləşirəm mən. Elə bil içimdə qalaxlanmış sözlər bloq səhifəmə töküldükcə yük gedir üzərimdən. Hər postu hazırlayıb yayınladıqdan sonra hiss etdiyim sevinc hissi bir neçə gün bəs olur mənə. Ömrüm yetdikcə yazmağı düşünürəm. Belə səssiz və sakincə... Bir çox yazımın oxucusu sadəcə özüm olsam belə... Səssizcə dedim amma son zamanlar birilərinin girib oxuyub şərh buraxdığını gördükcə həyəcan və sevincim qatbaqat artır doğrusu... Demək ona görə bloqqerlər bu qədər önəm verirlər tanınmağa. Bir nöqtədən sonra biriləri kəşf etsin səni istəyirsən. Oxusun hiss etdiklərini, düşüncələrini və yazsın bununla bağlı öz fikirlərini... Ona görə də əvvəldən niyyətlənib, lakin çox tərəddüt keçirdiyim bir məsələni həyata keçirməyi düşünürəm. 30-cu postumda (ki bir sonrakı post olacaq) ən azından yaxınlarıma duyurmaq istəyirəm bloqumu. Sağ olsun iki türk bloqqer arkadaşdan və iki sevdiyim yaxınlarımdan başqa birilərinin də adını görmək istəyirəm məni oxuyan və şərh yazanlar arasında. Görək bacara biləcəmmi?
Amma məni çox narahat edən bir məsələ var. Görəsən sadəcə mənəmmi Azərbaycanda bloq yazan? Çox axtardım, çox aradım bir-iki Azərbaycanca bloq tapdım ki, onlar da 2-3 ildir tərk ediblər bloqlarını. Bütün dünyada milyonlarca bloqqerlər içərisində Azərbaycanlı bloqqerlər niyə görünmür? Facebook, Instagram bu qədərmi qatıb başlarını. Digər ölkələrin bloqqerlərinə, onların qurduqları əlaqələrə, dostluqlara, yaratdıqları qruplara baxıb paxıllıq etməmək olmur doğrusu.
Ehe he heyyy!!! Səsimi eşidən varmııı??? Sən Azərbaycanca yazan bloqqer, məni eşidirsənsə səsimə səs ver!!! Aşağıya bir şərh yaz. Bu ucsuz-bucaqsız ummanda yalnız olmadığımı bilim heç olmasa...
Nə isə... Hardan hara gəlib çıxdıq. Keçək yeni ildən gözlədiklərimizə...

İnşallah ki, bu yeni ildə ötən ildə baş tutmayan yeniliklərin də hayıfını çıxararaq təbii ki, gözəl yeniliklərə imza atmaq imkanımız olsun...
Bütün dünyada sülh, əminamanlıq olsun... İnsanlar silahlara qurban getməsin, aclıq olmasın, fəlakətlər dünyamızdan uzaq olsun...
Zalımların zülmü, məzlumların ahı bitsin...Hər kəsin qəlbinə Rəbbim iman, sevgi və şəfqət toxumu düşürsün...
Müvəffəqiyyətlərimiz bol, işlərimiz avand, qazancımız halal və bərəkətli olsun... Üzüntü və göz yaşlarımız, sevinc və şadlıqlara çevrilsin...
Bloqqerlərin izləyicisi çox, oxuyanı isə ondan da çox olsun, mən də içlərində :)
Arzular, diləklər bitərmi heç... Qısacası, bütün arzularımız həyata keçsin bu il, sonrakı ilə yarım qalan işimiz, ürəyimizdə qalan diləyimiz olmasın heç...
Hələlik bu qədər.Bir il sonra yeni postda görüşmək diləyilə:) sağlıq və sevgiylə qalın...
2016'nın son postu çok güzel olmuş :) Yeni yılınız şimdiden kutlu olsun :)
YanıtlaSilÇok teşekkür ederim. Ziyaretiniz ve yorumunuz için.
SilRica ederim ne demek her zaman :)
SilAzerbaycan'dan olmasa bile Türkiye'den okuyucunuz var işte. :)
YanıtlaSilGüzel bir yazıydı. Keşke herkes yeni yıl eski yıl hesabını yapsa. Ömrümüzün hesabını yapsak yani.
Kaleminize sağlık...
Azericeyi seviyorum. Okumak çok keyifli. Bir kelimeyi anlamadım: "yüngülleşirem" ne demek? :)
:))) Çook teşekkür ederim. İyi ki, varsınız. Azeri türkcesini sandığımdan daha iyi anlıyor galiba türk kardeşlerim. "Yüngül" hafif demek. Yani hafifliyorum demek istemiştim. Yorumunuz için teşekkürler.
Silheeeey tamaaam seneye deeee çok yaz tamam mııı. aramıza da hoşgeldiiin bloguma daaa. çok sevdiğim ayselin blogunu da keşfetmişsin. yeni yıla neşeli gir işallah :)
YanıtlaSilaramıza hoşgeldiniiiiiz. görüşürüz yineee. iyi yıllaaar :)
YanıtlaSil:))Çok teşekkür ederim Deeptone.Enerjik yorumunuzla siz de hoş geldiniz bloğuma. Her zaman beklerim...♡♡♡
YanıtlaSilSonlarda yazdigin butun gozel arzu ve dileklere qosulur,mende yeni ilde yeni yeni yeni gozellikler dileyirem sene ve butun sevdiklerime.
YanıtlaSilAmin bacım.Yeni il xoş günlər gətirsin artıq hamımıza. Üzüntülər köhnədə qalsın...
Sil