Sayfalar

19 Ocak 2017 Perşembe

Bir şeir

    Dünən uzun müddətdi üzlərinə baxmadığım köhnə kitablarımı qurdalayarkən aralarından vaxtilə sevərək və həyəcanla oxuduğum bir neçə şeir kitabı keçdi əlimə. Təbii ki, hər zamankı kimi kitabları əlimə alıb olduğum yerə çökərək əsl işimi unudub daldım şeir ailəminə. Ayılanda baxdım ki, mən şeirləri oxuyarkən fəsillər dəyişib, illər ötüb :)) və yenə iş-güc tökülüb qalıb. Həmin şeirlərdən arada bir yazmaq istəyirəm bloquma. Kitab oxumağa vaxt çatdırmayanda burdan baxa bilərəm beləcə. Həm siz dəyərli oxucularla da paylaşmış olaram. İlk yazacağım şeir bizim çox sevdiyim dəyərli, mərhum şairimiz Bəxtiyar Vahabzadənin qələmindən çıxıb.


Elə bir gün ki...

Mənim könlüm zamansız bir gün həsrətindədir.
Çünki mənim xəyalım özümdən çox öndədir.
Neçə-neçə günlərin, həftələrin içindən
Dondurub saxlanası bir gün axtarmışam mən.
Elə bir gün ki, o gün sevincim, səadətim,
Özümdən güclü olsun.
Mən o günün içində əriyim,
                                        mənim üçün
Bu dünya unudulsun.

Elə bir gün ki, o gün dünyaya gəlməyimin
Qazancını anlayım.
Elə bir gün ki, onu ömrə bərabər sayım.
Elə bir gün ki, o gün arzumdan bəhrələnsin,
Xəyalımdan doğulsun.
O - zamansız, məkansız, əbədi bir gün olsun!
Dünən keçmiş,
                 Bu gün - boş,
                               Sabah - xəyal, sabah - yox!
O - zamansız, əbədi günün axtarışında
Bir savab yox, günah - çox!

Siz necə belə bir gün axtarışında olmusunuzmu heç? Və ya həyatınızda bir ömrə bərabər, dondurub saxlamaq istədiyiniz, arzuladığınız, xəyallarınızdakı  bir günü yaşamısınızmı? 
                                                                        Hər kəsə günahsız, savab dolu günlər arzusu ilə...

19 yorum:

  1. ilk yorum menden:)
    sevimli sairlerimden ikincisi olan sairin seirlerini daha cox paylasmanizi isterim

    YanıtlaSil
    Yanıtlar
    1. Və bu günlük tək yorum:) Sevimli şairlərindən birincisi kimdir görəsən? Və təbi ki paylaşaram. Yetər ki sən istə:) :**

      Sil
    2. Mirze Elekber Sabir

      Sil
  2. Çok güzeldi Umman. Yarın bloğunda daha fazla vakit geçireceğim. Şiir sevdiğini anlamıştım zaten. Beni okuyorsun canım. Sevgilerimle :))

    YanıtlaSil
    Yanıtlar
    1. Nə demək sizi zövqlə oxuyuram. Ziyarətiniz məni çox şad etdi. Təşəkkürlər.

      Sil
  3. Çok güzel bir paylaşım olmuş yüreğinize sağlık....

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. Bəyəndiyiniz üçün sevindim.

      Sil
  4. Seirin cox gözel idi Ümman xanım..Men de arzularıma catacağım bir günü yaşamak isterdim.

    YanıtlaSil
    Yanıtlar
    1. Az qalıb. Səyavuş bir neçə ay sonra universitetə qəbul olunduqda o günü yaşayacaqsan məncə, Fərqanə xanım :)))

      Sil
  5. Neçə gündü bir şey paylaşmırsiniz. Her defe girirem baxim gorum bacim bir sey paylasibmi?

    YanıtlaSil
    Yanıtlar
    1. Bir az düzənə qoymağa çalışdım bloqu birdənəm. Hər 1-ci və 4-cü günlər saat 11:00-da yeni yazı yayınlanır. Bundan çox çatdıra bilmirəm:( Bizim evin hallarını siz ki çox yaxşı bilirsiniz:)

      Sil
  6. çok güzel bir şiirmiş gerçekten, biraz daha şairle tanışmam gerekiyor güzel şiirler için teşekkürler paylaşım için :)

    YanıtlaSil
    Yanıtlar
    1. Sizi burda görmək də çox gözəldir tatlı kardeşler:) Şairimizin daha bir çox belə gözəl şeirləri var. Arada bir paylaşmağı düşünürəm burdan. Sevgilər.

      Sil
  7. Canım yazılarını babamda okuyor ve çok beğeniyor yorum yapmayı beceremiyor ama okunuyorsun haberin olsun:))

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sevindim, çox təşəkkür edirəm. Babanızın da əllərindən öpürəm.

      Sil
  8. Merhaba sevgili Umman, şiir seven biri olarak bu şiiri de çok sevdim 😊. Paylaşım için çok teşekkür ederim zevkle okudum sevgilerimle 😊

    YanıtlaSil
  9. Ziyarətiniz və yorumunuz üçün mən təşəkkür edirəm. Bəyənmənizə sevindim.Sevgilər.

    YanıtlaSil
  10. Menim bir daha yaşamak istediğim,ömrümün en güzel kecen gunleri 2001.il martin 7-12 si arasi.o gunleri yeniden yasamaq ucun herseyimi vererdim

    YanıtlaSil
  11. Həyatında ömrə bərabər bir günü yaşamaq hər kəsə nəsib olmur bacı. Yaşamısansa demək ki, çox şanslısan.

    YanıtlaSil