Soyuq nəfəsilə, ağappaq qarı, çovğunu ilə qonağımızdır qış fəsli bu gün... Çoxları sevmir hərəkətlərimizi, həyatımızı məhdudlaşdıran soyuğu, şaxtası ilə sərt görünən, lakin par-par yanan qarı ilə yumyumşaq qəlbə sahib olan bu fəsli...
Lakin qış bizə Rəbbimizin ən gözəl ərmağanıdır əslində... Çünki yalnız qış bizə hədiyyə edir zərif, bəyaz çiçək-çiçək, ləçək-ləçək yağan qar adlı bir gözəlliyi. Yalnız qışda nəsib olur bizə bu əsrarəngiz təbiət hadisəsini seyr etmək.
Sanki bəmbəyaz bir mələkdir o... Hər tərəfi şəfqətilə bəyaz yorğanına bürüyən, evlərdə isti ocaqlar yandırıb digər fəsillərdə ətrafa səpələnib işə-gücə başı qarışıb bir-birlərini unutmuş ailə üzvlərini, qohum əqrabanı bir damın altına, bir isti ocağın başına yığmağa müəəssər olan bir mələk... Qış insanları bir araya gətirən ən isti fəsildir deyilməyib boşuna.
Lakin qış bizə Rəbbimizin ən gözəl ərmağanıdır əslində... Çünki yalnız qış bizə hədiyyə edir zərif, bəyaz çiçək-çiçək, ləçək-ləçək yağan qar adlı bir gözəlliyi. Yalnız qışda nəsib olur bizə bu əsrarəngiz təbiət hadisəsini seyr etmək.
Sanki bəmbəyaz bir mələkdir o... Hər tərəfi şəfqətilə bəyaz yorğanına bürüyən, evlərdə isti ocaqlar yandırıb digər fəsillərdə ətrafa səpələnib işə-gücə başı qarışıb bir-birlərini unutmuş ailə üzvlərini, qohum əqrabanı bir damın altına, bir isti ocağın başına yığmağa müəəssər olan bir mələk... Qış insanları bir araya gətirən ən isti fəsildir deyilməyib boşuna.
Heç biri digərinə bənzəməyən naxış-naxış sayrışan ağappaq qar dənələri ilə səmadan nur ələyir yer üzünə... Ordakı qara-qura, kirli-mirli, əyri-üyrü çirkinliklərə öz tilsimli örtüsünü sərərək gözqamaşdıran təkrəngli bir gözəllik şöləni təqdim edir bizlərə...
Qar bəyazlıqdır... Bəyazlıq təmizlikdir... Saflıqdır... Qar bəlkə də kir tutmuş qəlblərimizə yağır əslində. Çünki yalnız qar nə qədər yaşlı olsaq da içimizdəki saf uşağı çıxarır ortaya... Uşaqlaşırsan yağan qarla...
Bəyaz mələk köhnəliyin üzərinə çəkdiyi yepyeni bir örtüklə anlatır bizə heç bir şeyin gec olmadığını... Günahlarımızın üzərinə bir örtük çəkib tərtəmiz yeni bir həyata başlaya biləcəyimizi...
Qış nə qədər yaşlansaq da hələ də ilklərimizin də ola biləcəyini göstərir bizə... Səhər axşamdan yağıb bəyazlara bürüdüyü yollara ilk ləpirləri salmağımıza izin verməklə...
Qış nə qədər yaşlansaq da hələ də ilklərimizin də ola biləcəyini göstərir bizə... Səhər axşamdan yağıb bəyazlara bürüdüyü yollara ilk ləpirləri salmağımıza izin verməklə...
Qış sakitliyin, səssizliyin fəslidir. İl boyu həyatın qaçhaqaçından, qovhaqovundan, səsindən- küyündən yorulmuş təbiətin dincəlib, rahatlaması, mürgüləməsı üçün insanları öz soyuğu, çovğunu ilə qovub evlərinə toplayan, təbiətin yeni bir həyat üçün, yeni bir bahar üçün güc toplamasına şərait yaradan şəfqətli bir fəsil...
Qış bizə baharın ilıq şüalarını, aydınlıq günlərini, çiçək qoxulu nəfəsini haqqıyla hiss etməyimiz üçün bir lütfdür əslində... Anlaya bilənə...
Və qış sənəti sonsuz yaradıcının ən mükəmməl əsərlərindəndir... Səmanın dərinliklərindən uçuşaraq yer üzünə tələsən və heç birinin bir-birinə bənzəmədiyi milyonlarla qar dənələrinin ağılasığmaz gözəlliyinin sərgiləndiyi bir fəsildir o...
Hiss edirəm ki, yazdıqca hər fəslə duyduğum heyranlığım artır. Çünki yazmaq üçün düşünürəm. Düşündükcə təfəkkür etdiyimdən Rəbbim sanki pərdələri qaldırır gözlərimdən. Qış gözəlmiş doğurdan da. Qışı da sevirmişəm məyər.
Ənənəmizi pozmayaraq qışı sevənlərin bu gözəl fəsil üçün söylədiyi gözəl ifadələri də əlavə edirəm sona. Bəs siz necə qışı sevənlərdənsinizmi?
Mevlana
J.B.Priestley
Novala Takemoto
- Kar taneleri ne güzel anlatıyor bir-birine zarar vermeden de yol almanın mümkün olduğunu.
Mevlana
- Yanında seni ısıtacak biri varsa, üşümek gerçekten güzeldir.
Can Dündar
- Qış bir mövsüm deyil bir işğaldır.
Sinclair Lewis
- İlk yağan qar sıradan deyil, sehirli bir hadisədir. Oyandıqda yatdığından daha fərqli bir dünyaya gözlərini açırsan.
J.B.Priestley
- Qar yağarkən təbiət dinləyir.
Antoinette van Kleeff
Kahlil Gibran- Xeyirxahlıq qara bənzəyir - hər .şeyi öz gözəlliyi ilə örtür.
- Gecənin yarısı səssiz yağan qar qəlbimi xoş bir bərraqlıqla doldurur.
Novala Takemoto
nihayet kar geldi mi oraya da? :)
YanıtlaSilTəəssüf ki, yox hələ:( Qarı görsəm daha bir coşğun yazı olardı əminəm:) Həsrətlə gözləməyə davam... Sevgilər...
SilBu yıl biz de kardan nasibimizi yeterince aldık çok şükür. Ocak ayında doğup, karın üç ay yerden kalkmadığı bir yerde çocukluk geçiren biri olarak, kendisini çoook severim.
YanıtlaSilSevgiler...
Öncə çox xoş gəldiniz. Qar konusunda şanslısınız demək. Biz həsrətik qara :( İldə 3-4 dəfə yağır sadəcə. Qar sevilməzmiii?? Sevgilər..
SilNə qədər gözəl, heyranedici və düşündürən bir təsvir. Qışı sevməyən bir kimsə bu yazını oxusa əminəm mütləq sevəcək.
YanıtlaSilÇoox sağ ol canım xalam:) Vallah mən yaza-yaza bir daha sevdim qışı. Ümid edirəm ki, oxuyanlar da sevər.
SilSevgili Umman Aslan, ne güzel bloğunuz var.. çok beğendim. Kış yazısı beni üşüttü :) şu ara buralarda şiddetli yağmur var. Kış kışlığını yapacak elbet. Her mevsim güzeldir. :)
YanıtlaSilSevgiler,
Xoş gəldiniz. Bloqumu bəyəndiyinizə sevindim.Televizordan Türkiyədəki qarlı havanı görüb biz də üşüyürük :)Amma buralara qar yağmadı hələ ki. Qışı gözəlləşdirən qar olunca bol-bol yağmasını da gözləyir insan. Təşəkkürlər.
YanıtlaSilNe kadar güzel özlü sözler bunlar...Yüreğine sağlık...
YanıtlaSilÇoox təşəkkür edirəm.
SilCanım bacım.Meni gözel sözlerinlee taa uşaqlığıma apardın.İşıqların söndüyü fener ışığında cox sevdiğim aile üzvlerimle oturub şirin- şirin söhbet etdiyimiz illere.( Kaş indi de ele fürset elimize düşerdi)Ona göre de men Qıs feslini cooox sevirem.Teşekkürler bu mövzuya tixundugun üçün.Meni duygulandırdın
YanıtlaSilQış fəsli hər kəsdə fərqli duyğular oyadır.Uşaqlığını bir anlıq da olsa xatırlatdısa yazım nə mutlu bana:) Mən təşəkkür edirəm gözəl yorumun üçün.
SilKışı soğugu sevmiyorum ben tam yaz insanıyım sevgiler:))
YanıtlaSilMən dediyim tərəfdən baxınca sevilir ama qış. Gerçəkdən:) Amma təbii ki, hər kəsin digərlərindən bir qat artıq sevdiyi fəsli vardır. Mənimkisi ilk bahardır məsələn.Sevgilər.
YanıtlaSil