Sayfalar

5 Mart 2017 Pazar

Şuba (Kürk) salatı


          
   Salam olsun bütün blogger əhlinə :) Bu gün çox sevdiyimiz bayram və ad günlərində süfrəmizdən əksik etmədiyimiz bir salat olan Şubanın reseptini paylaşmaq istəyirəm burdan. Əvvəlcədən onu da qeyd edim ki, sadəcə yuxarıdakı hazır salat şəkli mənə aiddir. Hazırlanma mərhələsində çəkmək imkanım olmadığı üçün digər rəsmləri internetdən götürümüşəm.

   Bildiyimiz kimi Şuba da rus mətbəxinə aid bir salatdır. Və tərcümədə adı " kürk"dür. Niyə kürk deyə çox araşdırdım. Bəzi tarixi rəvayətlər falan çıxdı qarşıma amma heç biri məntiqli gəlmədi mənə. Bir çox yerdə də qeyd edildiyi kimi məncə ən altda ( bəzən də ortada) duzlu balıq olduğundan onun  üstü qat-qat tərəvəzlərlə örtüldüyündən bu salat Şuba adlandırılmışdır.

   Şubanın fərqli-fərqli çeşidləri var. Burda əsas indriqentlər duzlu balıq və çuğundurdur. Pendir, turşu xiyar və başqa indriqentlərlə , hətta bəzən balıq yerinə toyuqla da hazırlanır. Amma orijinal şuba məhz duzlu balıqla hazırlanandır. Mən də çox aradım zənnimcə əsl Şuba salatının reseptini tapdım. Və onu bloqumda da paylaşmaq istədim.

 Ərzaqlar:
2 ədəd orta boy çuğundur
1 ədəd - kök
1 ədəd - soğan
3 ədəd - kartof
2 ədəd - yumurta
Yarım kilo - hisə verilmiş balıq ( və ya qaynadılmış toyuq filesi)
2-3 xörək qaşığı - duru yağ  
Moyanez


         

            Hazırlanma qaydası:
1. Bütün tərəvəzlər və yumurta qaynadılıb soyulur. Sürtgəcin iri gözündən keçirilərək ayrı-ayrı qablara yığılır.
2. Duzlu balığın dərisi və sümükləri ayrılır.
3. Soğan və balıq kub-kub doğranıb yenə ayrı qablara yığılır.
       
           

   Bütün ərzaqları hazır etdikdən sonra indi keçirik onların  tavanı düz bir qabda kürk kimi üst-üstə düzülmə ardıcıllığına:

● Ən alt qata doğranmış duzlu balıq
● İkinci qata yenə xırda doğranmış soğan, üzərinə duru yağ və moyanez yaxırıq.
● Üçüncü qata kartof, azca duz və moyanez
● Dördüncü qata kök
● Beşinci qata yumurta, azca duz və moyanez
● Ən son qata isə çuğundur və moyanez qoyulur. Üzəri zövqə uyğun bəzədilir.
● Salatı bir neçə saat soyuducuda saxladıqdan sonra servis etmək lazımdır.

   Mənim şəxsən çox sevdiyim bir salatdır. Bəzən aralarına xırda doğranmış qoz da tökülür. Lakin bizim paylaşdığımız əsl, heç bir dəyişikliyə uğramamış Şuba salatıdır. Ümid edirəm ki, hər kəs bəyənər. 

   Ən sonda internetdən diqqətimi çəkən şuba salatının maraqlı bəzənmiş nümunələrinin rəsmlərini də paylaşmaq istədim. Hazırlayıb yeyən hər kəsə indidən nuş olsun :)



8 yorum:

  1. Çok beceriklisiniz demek ki :)) Çok güzel gözüküyorlar :)) Ellerinize sağlık :))

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm :) Çox da ləzzətli bir salatdır.

      Sil
  2. Çok değişik bir tarif. Benim alışkın olmadığım belki de. Görseli harika ama ellerinize sağlık.

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz :)) Elədir. Əslində biz salat olaraq xəfif şeyləri tərcih edirik. Bu bir az doyurucu bir salatdır. Sevgilər.

      Sil
  3. ne kadar ilginçmiş yaaa. not aldım salata he :)

    YanıtlaSil
  4. çok güzel görünüyor ellerinize sağlık

    YanıtlaSil
  5. Inşallah bəyənərsiniz siz də yapınca Dərincim. İndidən nuş olsun.

    YanıtlaSil