Sayfalar

6 Haziran 2017 Salı

Oğru olmaq istəyirəm

          
   Bizə ən pis görünən xüsusiyyətlər,  ən pis dəyərləndirdiyimiz hərəkətlər bəzən elə yerlərdə lazım olur ki, o hərəkət dünyanın ən xeyirxah işinə çevrilir... Nüsrət Kəsəmənlinin oğru(hırsız) olmaq istədiyi məqamlarda olduğu kimi...


Oğru olmaq istəyirəm

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!

Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!… 

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hamı
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!

Mən də oğru olmaq istəyərdim - bütün dünyadakı silahların hamısın oğurlayardım müharibələr olmasın, insanlar ölməsin deyə, bütün narkotik vasitələri oğurlayardım heç kim zəhərlənməsin deyə, doğulduğum bizdən haqsızca, namərdcə oğurlanmış torpaqlarımızı geri oğurlamaq istəyərdim. Və paxıllığı, xainliyi
oğurlayardım insanların qəlbindən... Qəlbləri qıran, könülləri incidən bütün sözləri oğurlayardım lüğətlərdən... Oğurlayası o qədər çox şey var ki, əslində... Bəs sən nəyi oğurlamaq istəyərdin sevgili oxucu? Bizimlə paylaşmaq istəyərsənmi?

                     
             

8 yorum:

  1. Cahilliği, kötülüğü ve tembelliği.

    YanıtlaSil
    Yanıtlar
    1. Hər şeyin başı doğurdan da cahillikdir Handan xanım. O getsə bəlkə də heç digərlərini oğurlamağa ehtiyac qalmaz.Təşəkkür edirəm.♡♡♡

      Sil
  2. Çok güzel bir paylaşım olmuşşş ;)

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkürlər. Bəyəndiyinizə sevindim.♡♡♡

      Sil
  3. Ben kötüye kullanılmış ve diğer insanları kahreden yetkileri çalmak isterim. Çok güzeldi Umman.

    YanıtlaSil
  4. Təşəkkür edirəm Ece ablam. Sizin də yorumunuz çox gözəl. Sevgilər.

    YanıtlaSil
  5. Təşəkkür edirəm Ece ablam. Sizin də yorumunuz çox gözəl. Sevgilər.

    YanıtlaSil