Sayfalar

2 Haziran 2017 Cuma

Yenə bir səfər, yeni bir səfər


   Ramazan günlərindən hər kəsə salamlar...    Çoxdandır yazıb hazırlayıb bu gün yayımlamaq imkanı tapdığım bir gəzinti yazımı təqdim etmək istəyirəm sizə. Bu yazılarımla,  əslində, Azərbaycanımın necə gözəl məkanları və təbiəti olduğunu az da olsa göstərmək istəyirəm. Oxuyanlara gedib gəzmək üçün bir fikir olar bəlkə də.

   Vaxtilə çox gəzərdik biz. Zamanla uşaqların sayı artıqca gəzmələrimiz də seyrəldi :) Kaş o vaxtlar həmin yerlər haqqında da kiçik də olsa qeyd götürmüş olsaydım. Çünki o xatirələrin çox hissəsi silinib hafizəmdən. İndi yazdıqlarım isə gələcəyə buraxacağım ərmağandır. Ona görə hər gəzintimizdən fotoları ilə birgə yazmağa çalışacam. 

   Keçən yazımda bizim tərəflərə (Füzuli) getdiyimizi yazmışdım. Eh sonrakı qərargahımız yoldaşın böyüdüyü torpaqlar ( Lənkəran) olamasa ayıb olardı :) Elə buna görə də növbəti gəzəcəyimiz məkan Lənkəran oldu. Yenə o çox sevdiyimiz ailə ilə.
        
   Hər il yay tətilinin böyük hissəsini bu tərəflərdə keçirməyimizə baxmayaraq gəzmək üçün vaz keçilməzimizdir cənub zona :) Bu dəfə də təbiətin qoynunda salınmış istirahət mərkəzlərinə üz tutduq. Baxmayaraq ki, il boyu bu məkanlara 2-3 dəfə gedirik, amma, hər dəfəsində də təbiətin füsunkarlığı bizi valeh edir. Hər fəsildə fərqli rəng, fərqli ovqata bürünən dağları, meşələri gəzməkdən doymaq olmur heç bir zaman( Rəbbim cənnətin kim bilir necə gözəldir! ).
        
   İlk gedişimiz Rüdəkənar istisu istirahət mərkəzi idi. Olduqca sadə və ucuz olan bu yeri sevməmizin ən böyük səbəbi təbiətə, təbiiliyə toxunmamış olmalarıdır.
   Düşünün bir tərəfində dağ, digər tərəfində çayla əhatələnmiş yamyaşıl düzənlik... Dağların zümrüd rəngi, çəmənliyin gül çiçəyi, çayın şırıltısı insanın bütün stresini alıb yerinə elə bir hüzur buraxır ki, uzun müddət bu bəs olur sənə. Hər ora gedişimizdə əhvalımız elə yüksəlir ki, o çəmənlikdə uşaqlara qoşulub qaçıb oynamamaq üçün güclə tuturam özümü :) Amma yelləncəkdə yellənməkdən də qalmıram :)
        

   Çəmənlikdə, çay kənarı ilə gəzib yorulandan sonra çayın üstündə salınmış çardaqda samovar çayı içmək isə bir başqa aləmdir.
        
   İkinci gəziş məkanımız Baba bulağı oldu. Qu quşları üzən, ətrafında salxım söyüdlərlə kölgələnən gölü, kiçik meşəsi, dərənin üzərindən həmin meşəyə aparan körpü, bulaq və uşaqların marağını çəkən böyük dinozavr, maral, keçi, ayı vəs. heykəllər, gölün üstündə və ağacların arasında salınmış açıq və qapalı oturma yerləri yenə gözəl ovqat bəxş etdi bizə.
        

        
        

        

   Bundan əlavə qaynata və qaynanamın bizimlə gedən qonaqlara göstərdiyi yüksək qonaqpərvərlik, iki gün zəhmətə qatlanıb rahatçılığımız üçün əlindən gələnləri etmələrini də qeyd etmədən keçmək istəmədim. İnsanın ətrafında belə fədakar insanların olması çox böyük xoşbəxtlikdir. Çox sağ olun atacan, anacan! Yaxşı ki, varsınız!!!
Bu arada eyni məkanların payız fəslində necə göründüyünü bilmək istəsəniz buyurun, Payızdan qalma qış yazımı oxumağa. 







20 yorum:

  1. Ah nasil gormek istiyorum oralari cok guzel:))

    YanıtlaSil
    Yanıtlar
    1. Nə zaman istəsəniz buyurun gəlin. Gözümüz üstə yeriniz var:)

      Sil
  2. Cennet mi orası? Ne güzel kareler öyle.İnsanın içi açılıyor.Emeğinize sağlık.:)

    YanıtlaSil
    Yanıtlar
    1. Elədir doğurdan da. Çox təşəkkür edirəm.♡♡♡

      Sil
  3. Ne kadar güzel ve iç açıcı bir yer. Gidip göresim geldi ve baktıkça huzuru gördüm!

    YanıtlaSil
    Yanıtlar
    1. Huzur doludur gerçəkdən də. Toplanın gəlin, böyük məmnuniyyətlə gəzdirək sizi.

      Sil
  4. ne kadar da güzel bir yermiş

    YanıtlaSil
  5. Necədə gözəldir Azərbaycanımız. Hər qarışı , hər guşəsi bir biri ilə yarışır sanki gözəllikdə. İnşallah oraları gəzmək mənə də nəsib olar..

    YanıtlaSil
    Yanıtlar
    1. Cənnət görmək istəyən Azərbaycana gəlsin :) İnşallah bir gün bərabər gəzərik canım mənim.

      Sil
  6. vallahi yaa gerçekten de cennet gibiymiş ya müthişmiş yaa o doğa ve yeşillik :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyənmənə çox sevindim Deep :) Təşəkkürlər.

      Sil
  7. çok güzel bir yermiş bayıldım sevgiler

    YanıtlaSil
  8. Çok güzel yerler Umman. Teşekkür ederiz bizimle paylaştığın için. Tabii ki Azerbeycan kardeş ülke çok merak etmişimdir. Büyüklerinin kıymetini bilmen, ailene verdiğin önemi ve hassasiyeti çok takdir ettim. Sevgiyle kucaklıyorum kızım :)

    YanıtlaSil
    Yanıtlar
    1. Oxuduğunuz üçün mən təşəkkür edirəm Ece ablam. Böyüklər baş tacımız. Bizim üçün qatlandıqları fədakarlıqların qarşılığını verə bilmirik layiqincə. Amma dəyərlərini bildiyimizi hiss etdirmək də borcumuzdur. Sevgilər.

      Sil
  9. Gerçekten de cennet gibi yerler. Bir de güzel insanlarla bir arada olunca daha da güzelleşmiştir.

    YanıtlaSil
  10. Allah'ım, nasıl da güzel fotoğraflar
    Hepsine bayıldım ama dere kenarındaki yemyeşil orman bence en güzeli, orada arkadaşlarla neşeli bir iftar yapmak harika olurdu. Semaverde çayın tıkırtısı, dere sesi, oynayan çocukların neşesi.
    Ayy bir an için orada oldum ben de, ne güzel bir paylaşım olmuş, emeklerine sağlık. ❤

    YanıtlaSil
  11. Böyle doğayla iç içe yerlere bayılıyorum...

    YanıtlaSil