Sayfalar

2 Eylül 2017 Cumartesi

Lerikdə bir gün


        

   Ah ahhh... Mən nə xəyallar qurmuşdum bu yay tətili ilə əlaqədar. Guya bu il gedib görməyi çoxdan arzuladığım Şəkiyə salacaqdıq yolumuzu. Həm gözəl təbiətini müşahidə edəcək, həm tarixi binalarını gəzəcək, həm də dadlı halvasından dadacaqdıq. Amma deyir sən saydığını say, gör fələk nə sayır...

   Yoldaş ilin sonuna az qalmış iş yerini dəyişdirdiyi üçün , 6 ay işləmədən məzuniyyətə çıxma şansı olmadığına görə yayın günü qaldıq evdə:(
         
 Şükür yaxşı ki, kəndimiz var.  Uşaqlar dərs bitən kimi qaçdılar nənə-babalarının yanına. Biz də imkan olanda həftəsonları iki günlük gedib qayıdırıq. Keçən həftələrin birində yoldaş bülleten götürmüşdü. Bu sayədə bir həftə qala bildik kənddə. Qalmışkən bir yerlərə çıxıb gəzmək istədik. Həm uzun müddətdir kitablardan başını qaldırmayan  Aybənizim ( baldızımın qızı) universitet imtahanlarından yaxşı bal topladığı üçün bunu qeyd etmək lazım idi. 

   Cənub zonasında olduğumuz üçün hər yay getdiyimiz məkanlardan başqa alternativimiz yox idi doğrusu. Biz də tutduq yayda belə səpsərin olan dağların qoynundakı Lerik yolunu. 
        
  Həmişə deyirəm ki, Lerikə sadəcə gedib-gəlmək belə insana bəs edir. Çünki yol mənzərələri o qədər gözəldir ki... Təəssüf ki, maşından düşüb çəkmək imkanım olmadı.  İçəridən 1-2-ni çəkdim. O da istədiyim effektdə deyil.

   Lerikə gedən yolu genişlətmək üçün dağları yonublar. Düşünün bir tərəfdə yonulmuş sıldırım qaya kimi daşlar, digər tərəfdə dağın dibi ilə axan çay, onu əhatə etmiş meşəlik, bu mənzərənin arxa fonunda isə yenə meşəli dağlar, düzənlik, ordan-burdan tikilmiş evlər... Qısacası yol mənzərəsi çox gözəldir çoox...
          
   Bu yolun üzərində müxtəlif istirahət mərkəzləri tikilib. Hər cürəsi var. Sadə ucuz məkanlardan tutmuş, elit yerlərə qədər. Ən lüks məkan Relax-dır ki, keçən il ora getmişdik. Geniş məkana sahib olması baxımından üstünlüyü olsa da mənim vaz keçə bilmədiyim "Təbəssüm" qədər gözəl çatmadı mənə doğrusu.

   Hər il (bəzən ildə 2-3 dəfə) getməyinə baxmayaraq insan eyni yerdə hər dəfə eyni heyranlığı yaşayarmı? Vallah mən yaşayıram.
        
   Şır-şır axan çay, üstündə salınmış hündür körpülər, şəlalə, uca-uca, yaşı naməlum ağaclar və tərtəmiz hava -  gözəlliyinə çox toxunulmamış təbiət... Çay qırağı ilə gəzişib, körpülərin köməyi ilə meşəliyə tərəf keçir, çayın o tərəfində ağaclı təpəliyə qalxan yoxuşla hündürə qalxaraq bütün bu gözəllikləri ovcunun içində seyr edirsən. Sonra da çay qırağındakı balaca qayaların üstündə salınmış çardaqlarda ləzzətli kababdan yeyib, pürrəngi çaydan içirsən :)  Bu da olur bir günlük istirahət sənin üçün...
         
   Dönüşdə də Lənkəran şəhərinə dönüb heç bir yerdə o dadda tapa bilmədiyimiz kokteyldən içdinmi tətilin haqqını tam mənası ilə vermisən deməkdir :)
Hər kəsə xoş istirahətlər...





23 yorum:

  1. Bu yerlere gidilmez mi sevgili kardeşim ömrümün sonuna dek gitmek isterdim şahsen..
    İyi bayramlar dilerim Allah huzur ve afiyet bolca da kanaat etmeyi nasip etsin.

    YanıtlaSil
    Yanıtlar
    1. Çox gec cavabladım haqqınızı halal edin. Belə görünür ki, biz də hər il gedəcəyik bu gözəl yerə:) Gec də olsa sizin də bayramınız mübarək.

      Sil
  2. Ne güzel bir yer. Sayenizde gitmiş gibi oldum.
    Sevgiler

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkürlər.Gözəl təəssürat oyatdıqsa nə mutlu bizə.♡

      Sil
  3. Yemyeşil doğa, şırıl şırıl akan su... Böyle yerleri çok severim.

    YanıtlaSil
    Yanıtlar
    1. Deyilmi?! Mən də. Gözəl yorum üçün təşəkkürlər.

      Sil
  4. Ne kadar güzel yerler...Ne kadar güzel fotoğraflar...

    YanıtlaSil
  5. Oh harika bir gezi , ben de gidip görmiş kadar oldum.

    Eşinin yeni işi, yeğenin üniversitesi hayırlı olsun :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çooox təşəkkür edirəm. Yenə sətir aralarından yaxalamısınız məsələni. Diqqətinizə heyranam Handan xanım ♡♡♡

      Sil
  6. ne şanslısınız yaaa ne şahane bi yer böyleeee :)

    YanıtlaSil
    Yanıtlar
    1. Gəlin buralara sevə-sevə qonaq edək, gəzdirək sizi :)

      Sil
  7. Ahh ahh nasilda güzel yerler. Cok severim yesilligi. Bizim burada ki oylatı hatırlattı bana canm. Dinlenmek icin harika bir yer olmus. Bu arada gecmis bayramn mübarek olsun öpyorum seni ve yavrularini 😘

    YanıtlaSil
    Yanıtlar
    1. Yaa mən bir neçə il əvvəl gəlmiçdim Oylata bilirsənmi? Vəə çox sevmişdim. Heç düşünməmişdim. Çoox bənzəyirlər, haqlısan. Sənin də bayramın gec də olsa mübarək olsun canım ♡♡♡

      Sil
  8. Ne kadar güzel resimler. Doganin güzelligi bir harika 😊

    YanıtlaSil
    Yanıtlar
    1. Siz də bəyəndiysəniz güzel kareler yakalamışım deməkdir:) Çox minnətdaram. ♡♡

      Sil
  9. Merhabalar ,
    Blog keşif etkinliğinden geliyorum sizi takibe aldım bende beklerim :)
    http://yagmur-serhats.blogspot.com.tr/

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz. Çox gec cavablayıram. İnşallah ən qısa zamanda ziyarət edəcəm bloqunuzu.

      Sil
  10. Ayy masal gibi anlatmışsın harika bayıldım :D Bir de Azerice yazı okumamıştım hiç. ne kadar tatlı geldi biliyor musun?
    Ve gayet net herşeyi anladım ama TV lerde anlayamıyorum konuşulanı , senin yazını anladım muhteşem!!!
    Fotolar da harika , sevgiler 💞

    YanıtlaSil
    Yanıtlar
    1. Çox xoş gəldinizzz. Anlamanıza çox sevindim. Eyni dil zatən. Hər zaman beklerim :)) Sevgilər.

      Sil
  11. Thank you very much. Sure, I'll come you blog.

    YanıtlaSil
  12. Doğa ile bütünleşmiş yerleri çok seviyorum.Çektiğiniz fotoğraflarla gezmiş kadar oldum.
    Sevgiler.

    YanıtlaSil