Sayfalar

6 Ekim 2017 Cuma

Mücərrəd dünyanın inciləri - Yalnızlıq

  Qəriblikdə ağır həyat imtahanı verən can dostuma ...


   Biri var imiş, biri yox imiş... Biri var imiş, biri yox imiş... Bir gün anlayırsan ki, əslində o biri və ya biriləri heç vaxt yox imiş... 

   Sənin var sayıb sarıldığın, var sayıb ovunduğun heç bir zaman yox imiş... Arzularını, ümidlərini pərvaz etdirən, səni sevgi qanadlarında xəyal buludlarına daşıyan var olmayıb heç bir zaman... 

   Bir ömür arxalanıb güvəndiyin dağlara çoxdan qarlar yağıb lopa-lopa xəbərin yox... O qarlar donub, buza dönüb... Soyuğu səni tir-tir titrədir... İlıq nəfəsin, isti qəlbin də buz tutmağa başlayıb çoxdan, xəbərin yox...

   Hələ də zülmət gecənin dərinliyində işaran uzaq-uzaq ulduzların istisinə inanırsan... Onların közərən işığı altında görməyə çalışırsan ətrafını... Gördüyünü zənn edirsən, sevdiyini zənn edirsən, sevinirsən, ümidlənirsən... Hər şey o közərən işıltının kölgə oyunundan ibarətdir... 

   O işıq da öləziyib söndümü heç bir şey, heç bir kəs qalmayacaq ətrafda xəbərin yox... 

   Hardan olsun?! Həyat səhnəsində daşıdığın epizodik rolu oynaya bilmək üçün səhnə yoldaşlarının varlığını labüd hesab etmisən hər zaman... Və onların dəstəyinə inanmısan... Lakin elə ki, hazırlanıb həyatının rolunu oynamaq üçün min bir həyəcanla çıxmısan önə səhnə işıqları aydınladınca ətrafını yenə də tək-tənha durduğunu görmüsən ortada və anlamısan yenidən aldandığını, öz-özünü aldatdığını...

   Kimsə bilməz, xəbərləri yox sənin gözüyaşlı, nəfəsi soyuq, qəlbiqırıq gecələrindən... Onlar ki, hər zaman yanındadırlar... Hər zaman arxandadırlar... 

   Bütün məsələ də bu ya... Qəlbində deyillər... Könlünə yaddılar... İllərlə yanında olurlar, ordan bir addımlıq qəlbinə yol tapa bilmirlər... Ya da könül qapılarını açacaq sirli açardan xəbərsizdirlər...
 
   Əslində illərdir hayqırırsan susqunluğunla burdayam... Məni görün, xilas edin bu yalnızlıq dünyasından... Alın aranıza... Sizin kimi olum mən də... Hesabsız olsun qəhqəhələrim, sərhədsiz olsun sevinclərim... Heç bir şey düşünməyim... Bir ömür səssiz çağırışını eşidib, nəhayət, görmələrini gözləyirsən bəlkə də...

   Sonra qanını donduran bir həqiqəti öyrənirsən həyatının bir dövründə... Əslində ətrafdakı səndən fərqli dünyada olduqlarını zənn etdiyin hər kəsin yalnızlıq aləminə qərq olub ordan çıxış tapmaq üçün boğuşduqlarını görürsən öz içlərində... Onların da səssiz çağırışlarını duymağa başlayırsan, onların da ümidsizcə çabaladıqlarını görürsən... Əsas olanı da onda anlayırsan - məyər, yalnızlığınla yalnız deyilmişsən...

   Onda anlayırsan yalnış yerdən mədəd gözlədiyini, yalnış kəslərə yönəldiyini... Əsl görməyənin, duymayanın da sən olduğunu öyrənirsən beləcə...

   Hər zaman sənə şahdamarından daha yaxın olan yalnızların tək Sahibini, Kimsəsini bir ömür duymazlıqdan, görməzlikdən gəlmisən...

   Yalnızam, tənhayam, kimsəsizəm şüarı altında sızlana-sızlana həyat dramını faciə janrında oynamısan illərlə...
 
   Amma yalnız da deyilmişsən, kimsəsiz də... Səni qüsursuz yaradıb,  bu səhnəyə çıxaran, sənə can verən, qan verən, həyat verən, bir heçlikdən var edən yalnız buraxarmı heç ?!

   Qəlbini buz kimi sərin tut... Bu dünyada hər şey sənin üçün... Gülüşlər də, göz yaşları da, sevinclər də, könül qırıqları da... Hər gününə bir pay düşür. Önəmli olan düşən pay üçün şikayətlənməmək. Səbir etmək, şükür etmək və sabahın nələr gətirəcəyini həyəcanla gözləmək... 

   Ağlayacaqsan, güləcəksən, bir gün özünü bəyaz buludların üstündə, bir gün yerin yeddi qat dərinliyində hiss edəcəksən... 

   Amma bunu heç vaxt unutma... Hansı ovqatda olursan ol, nədən məhrum qalırsan qal, bəlkə kədərlisən, bəlkə ümidsizsən, bəlkə yorğunsan, bəlkə bitginsən, amma,  kimsəsiz deyilsən, sahibsiz deyilsən, yalnız deyilsən !!!

Bəlkə bunları da oxumaq istəyərsiz:
Mücərrəd dünyanın inciləri - Sevgi
Mücərrəd dünyanın inciləri - Ümid

27 yorum:

  1. Allah kimsenin umutlarını söndürmesin. Herkes hep mutlu olsun.

    YanıtlaSil
    Yanıtlar
    1. Amin in şə Allah. Ziyarətiniz üçün təşəkkürlər.

      Sil
  2. Bəzən bir şeyi ifadə etmək istiyərik , dilimizə gətirmək sözlərlə bəzəmək istiyərik. Amma kəlmələrin yetməz ifadə etməyə o duyğunu. Burda yazılanlar ifadə edə bilmədiyim duyğularımdan , içimdə qopan səssiz tufandan bir hissədir bəlkədə. Amma yetər. Dünya dediyimiz bu yerdə nəfəs almaq , dayanmadan irəliləmək üçün yazdıqların yetər məncə. Bu gün niyəsə ətrafımda hər kəs pozitivlik , gələcəyə inam aşılayırlar. Allah sonumuzu xeyir eləsin. Təki pis insanlardan uzaq duraq amma yalnız olaq....

    YanıtlaSil
    Yanıtlar
    1. Çünki həyat irəllədikcə hər kəs buna şahid olur birdənəm: Həyat sənin gördüyün və hiss etdiklərindən ibarətdir. Yəni gözəl baxsan gözəl görüb xoşbəxt olacaqsan və ya əksinə. Bunun fərqinə varan kəs də ətrafının gözlərini açmaq istəyir. Həyatın sənin əlində deyə uyarır. Onsuz da o qədər neqativlik var ki, ətrafımızda. Məncə bu dövrdə pozitiv olub, gözəl hisslər aşılamaq önəmli bir missiyadır hər birimizin boynunda. Yalnız olmayaq məncə. Sevək, sevilək, bərabər olaq sevdiklərimizlə...

      Sil
  3. Ne güzel yazmışsınız. Blogunuzu okumayı çok seviyorum. Sevgiler.

    YanıtlaSil
    Yanıtlar
    1. Nə yaxşı. Çox sevindim. Məni oxuyan, anlayan türkləri səhifəmdə görmək çəx məmnun edir məni. Təşəkkürlər.

      Sil
  4. Annemin bir şiiri geldi aklıma.

    Kucakla bu koca dünyayı
    Korkma
    Herşey olacağına varır
    Bebeğim.
    Sen içini ferah tut
    Gülümse.
    Her zaman bizi koruyan
    Bir'isi vardır.

    YanıtlaSil
    Yanıtlar
    1. Nə gözəl söyləmiş. Hər zaman qoruyan Birinin olduğunu bilmək cəsur edər insanı bütün qorxuların qarşısında məncə.♡♡♡

      Sil
  5. Yanıtlar
    1. :)) Uzaqlardaaa... Çox uzaq qaldım bilirəm. Amma əlimdə deyil inan. Uzaqlaşdım ama tərk etmədim. Özümü yaxşı hiss etdiyimdə təkrar dönəcəm inşallah. İlgin üçün çox təşəkkür edirəm Deep ♡♡♡

      Sil
  6. Sahte bir kalabalıktansa mutlu bir yalnızlık daha hayırlıdır belkide..

    YanıtlaSil
  7. Bu yorum bir blog yöneticisi tarafından silindi.

    YanıtlaSil
  8. Çok güzel bir yazi olmus. Yukaridaki yabanci yorumu silin isterseniz her bloga reklam linki ekliyor bana da yaziyor zaman zaman yayimlamiyorum.

    YanıtlaSil
    Yanıtlar
    1. Sildim dərhal:) Xəbərdarlıq və yorum üçün təşəkkürlər ♡♡

      Sil
  9. Darıxmışdım blogunu ziyarət etdim haralardasan deyə sonra deepə cavab rəyində uzaqlarda olduğunu , özünü hazır hiss etmədiyini yazdığını gördüm. Ümmancım adını bilmirəm amma dəyərlisən mənim üçün. Səni buralarda gözləyən blogger dostların var. Sənin üçün darıxan bizlər varıq. Sənin yazılarına aşiq olan mən varam. Sənə hər tərəfli - həm bir ana kimi , həm bi qadın kimi heyran olan bir gənc tələbə var. Səni şəxsən tanımasamda həqiqətdə tanıdığım bir çox insandan daha çox istəyirəm xətrini. Sən mənim xilaskarım , ilk oxucumsan dəyərin məndə hər zaman fərqlidir bil istədim sadecə. Səni və möhtəşəm yazılarını sevən bizləri unutma canım mənim... Səni sevirəm bacım 😍😘

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox sağ ol birdənəm. Duyğulandırdın məni. Bloq yazmağıma və bloq aləmini sevməyimə səbəb də budur əslində. Heç görmədiyimiz tanımadığım insanlarla ortaq nöqtələrdə görüşmək, könül bağı qurmaq. Əlimdə olsa əsla uzaqlaşmaram buralardan. Amma bəzən məcbur qalıram :( Olmur, yaza bilmirəm... Yenə döndüm özümə bir söz verərək( verdiyim sözlərdən artıq yorulsam da). Tələsmədən, coşmadan həftədə bir, iki həftədən bir sakit-sakit yazacam. Elə belə sakit-sakit davam edəcəyimi ümid edərək... Baxaq...

      Sil
  10. Kendini yalnız hissetmek Allah'ın varlıgını inkar etmektir bence ( tövbe haşa)

    Ama illaki gaflete düşüyoruz bazen. Rabbim affetsin. Ne güzel bir yaziydi canm ellerine saglk 💕

    YanıtlaSil
    Yanıtlar
    1. Doğrudur. Rəbbim qəflətdən uzaq etsin hamımızı. Təşəkkür edirəm.♡♡♡

      Sil
  11. Seu blog é uma maravilha,
    por isso eu vou segui-lo.

    Um abraço. Espero você no
    meu.

    silvioafonso



    .

    YanıtlaSil
  12. Salamlar... Mən gec fərq etdim yorumunuzu, gecikdim hər halda :(

    YanıtlaSil