Sayfalar

19 Şubat 2018 Pazartesi

8. Mim - Sinema ve ben



     Canım Ayselimin (Blue thing)Nərminimin (Kəlimələrin gücü) məni eyni zamanda mimlədikləri maraqlı bir mimlə hər kəsi salamlayıram. Öneri makinasının başlatdığı bu mimlə bir çox bloqda qarşılaşmışdım. İstədiyi qədər izləmə imkanı olmasa da, filmləri çox sevən biri olaraq bu mimdəki sualları cavablamaq mənə əyləncəli və maraqlı anlar yaşatdı. Ümid edirəm ki, sizlər üçün də maraqlı olar. Elə isə başlayaq.

1) Sinemada izlediğin ilk film?

    İlk kinoteatr macəramın hekayəsi bir az trajikomikdir :) Təxminən 9-10 yaşımda məktəbdən bizə bilet satmışdılar. Klubda çox maraqlı hind filmi olacaq deyə. Hind filmlərinə heyran bir xalqın nümayəndəsi olaraq həftəsonunu həsrətlə gözləmişdim. Həyəcanla yerimi rahatlayıb hind musiqiqsi sədaları altında filmin başlanmasını gözlədiyim halda bir də hansı film nümayiş olunsa yaxşıdır?! İbrahim Tatlısəsin "Gülüm benim" filmi :)) Bileti alaq deyə  aldadıldığımız gün kimi orta idi. Əvvəl narazılıq ifadələri yüksəldi klubda, amma, sonradan hər kəs sakitləşib qədərinə razı oldu :)) Və onu da deyim ki, nəticədə hamı filmdən razı qalmışdı. Mən də 1 həftə təsirində qalmış, filmin səhnələri gözlərimin önündə dəfələrlə canlanmışdı :)


2)Film en güzel ...'de izlenir?

     Youtube-da :))))

     Zarafat bir yana, onu  qeyd edim ki, kinoteatrda film izləmək kültürü ölkəmizdə son illərdə təqdir görməyə başlayıb. Digər tərəfdən, həyatımın əvvəl hissəsi uşaq(muharibə dövrünün uşağı həm də!), sonrakı hissəsi isə uşaqlı olduğundan kinoteatrda film izləmək  kimi bir lüksə hələ ki, sahib olmayanlardanam:) Bütün həvəslərimi müvəqqəti olaraq uşaqlar böyüdükdən sonrakı zaman üçün dondurub saxlamışam:)  Ona görə də ev və ya  kinoteatr arasındakı fərqi çox bilə bilməyəcəm.

3)Film izlerken olmazsa olmazın var mı?Varsa neler?

     Varrr... Gecə... Mənim aləmimdə film gecə izlənilməlidir.  Çünki filmin sadəcə süjet xəttini izləmək mənə qəti kifayət etmir. Ordakı hiss və duyğuları, həyəcanı ala bilmək üçün filmə tam konsantre olmalıyam. Başqa halda kinodan ləzzət ala bilmirəm. Bu da sadəcə bütün ev əhlinin yatdığı gecə saatlarında mümkündür :))

Anket soruları:

a)Tek başına mı kalabalık mı?

     Əslində tək başına məncə. Amma əgər filmi sənin qədər diqqətli izləyən, araya yersiz söhbətlər qatmayan və hər dəqiqə başı "nə dedi" , "nə oldu" kimi suallarla diqqətini dağıtmayacaq insanlar olarsa, sonradan filmi müzakirə etmək, düşüncələrini paylaşmaq üçün başqaları ilə də izləmək maraqlı olar yəqin ki...

b)Mısır mı cips mi?

     Heç birisi desəm :) Film izlərkən bir şeylər yemək də diqqətimi dağıdır çünki. Popkorn və çipsi avropayi şeylərdir məncə :) Bizim millət bir şey izlədiyində günəbaxan tumunun yerini heç nə tutmur. Elə bizim ailədə də. Yox illah bu ikisindən biri olmalı desəniz, çox şükür çipsini heeç sevməyənlərdənəm, evimizdə də ildə 1-2 dəfə yeyilməsinə izni olan qidalardandır. Amma həftənin hər bazar günü həftəsonuna vəda olaraq bir böyük qab popkorn hazırlamaq ailəmizin vazkeçilməz ənənəsidir :) Uzun sözün qısası, popkorna "hə" deyirəm :))


c)İki boyutlu mu üç boyutlu mu?

İki boyutlu mənə yetir də artır belə. Amma fürsət olsa niyə 3 boyutlu olmasın ki :)

d)Avm sineması mı sokak sineması mı?

Kinoteatra gedə bilməyən birinə belə sual soruşmaq heç rəvadırmı? :)) Yayda sokak, qışda Avm hər halda :)


e)Filmden önce filmin fragmanını izlemek mi,yorumlarını okumak mı?

     Bu mənim ən çox çətinlik çəkdiyim mövzudur. Belə ki, bir film izləmək istədiyimdə hər ikisinə ehtiyac duyuram. Spoiler verməyən şərhləri oxumağı daha doğru hesab etdiyimdən əvvəl şərhlərə baxıram. Lakin  bu şərhlərin məni yanıltdığı da çox olub. Belə ki, çox təriflənən bir filmdən gözləntilərin də istər-istəməz yüksək olur. Və bəzən film bu gözləntini ödəyə bilmir. Fraqmanı izlədiyimdə isə, eyni səhnələri filmdə görmək mənə xoş gəlmir. Məsələn, son zamanlar serialların yeni serialarının fraqmanlarını izləmirəm. Belə olanda həmin seriya mənə daha maraqlı gəlir. Amma bəzən marağıma yenildiyimi də qəbul etməliyəm :) Qısacası çətin məsələdir bu. Ən yaxşısı filmi izləmiş bir yaxınından qısaca olaraq rəyini soruşmaqdır. Ya da önünə çıxan ilk filmə hər cür sürprizlərinə razı olaraq baxmaqdır. Seçim sizin :)

     Beləliklə, bir maraqlı mimin də sonuna gəldik. Burdan bu mimi başladana da, məni mimləyən canlara da təşəkkür edirəm. Sevgilər...

Bəlkə maraqlı olar deyə digər mimləri də bura qoyuram :)

1. Mim - Uşaqlığımıza dair
2. Mim - Reklamdakı kimi olmayan şeylər
3. Mim - Bloqumun adı hardan gəlir
4. Mim - Xoşbəxtlik nədir
5. Mim - Sevdiyimiz markalar
6. Mim - Seni tanıyabilirmiyim
7. Mim - 2018 hədəflərim

11 yorum:

  1. İlk izlediğin filme sadece kalp koymak istiyorum 💕

    Canim aynen ya film gece izlenir. Daha hos ortam oluyor dimi :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😊Demek ki, "Gülüm menim" filmini sen de sevirsen. Filmin dadı geceler çıxır mence de. Teşekkürler💖

      Sil
  2. Harika sorular harika cevaplar canım

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem.Beyenmenize sevindim. Sevgiler.

      Sil
  3. Guzel bir mim olmus 🤗sevgiler 💕

    YanıtlaSil
  4. Ziyaretiniz ve yorumunuz üçün men teşekkür edirem. Mütleq bloqunuzu men de ziyaret edecem.

    YanıtlaSil
  5. Film esnasında bir yandan yorum yapanlar olduğunda konsantrasyon mahvoluyor.Yalnız izlemek en iyisi galiba :)

    YanıtlaSil
  6. 😊 Sessiz qalmayıb danışacaqsa men de yalnız baxmağın terefdarıyam. Teşekkürler yorumunuz üçün.❤

    YanıtlaSil
  7. Gözəl mim yazısı olub canım. "Nəyə niyyət nəyə qismət" sənində başına gəlib, əsas odu filmi bəyənmisən 🤗🤗

    YanıtlaSil
    Yanıtlar
    1. Bu yorumu niye indi görürem men?😯
      Eynen dediyin kimi oldu birdenem. Çox beyenmişdik filmi.

      Sil