16 Şubat 2017 Perşembe

3. Mim - Bloqumun adı hardan gəlir və bir elan

             
              
   Yenə bir mimlə qarşınızdayam. Bu aralar maşallah bir mim bolluğu yaşayırıq :) Olsun,  mən sevirəm mimləri. Çünki mimlər bizi düşünməyə vadar edir və ağlımıza gəlməyən mövzularda yazmağımıza səbəb olur.

   Bu dəfə isə məni şipşirin çizimləri və yazıları ilə sevgimizi qazanmış Fatofotofan bloqunun sahibəsi Fatma xanım mimləyib. Bu mim bizdən bloqumuzun ad tarixçəsini yazmağımızı tələb edir.

   Mənim bloq adım bir az keçmişə dayanır. Umman adını illərdir müxtəlif yerlərdə istifadə edirəm. Oxuduğum kitablardan birində Allah dostu, böyük mütəfəkkir ilahi eşqdən danışarkən yazırdı:
" ...Sədaqətlə dərinləşməmiş eşq içindəki qələyanları çölünə daşan köpüklü bir dərya, sədaqətlə gerçək dərinliyi yaxalamış eşq isə içində rənglərin, səslərin əriyib getdiyi bir ümman kimidir. O ümmanın dərinliklərində nə rəngə rast gəlinir, nə dalğalarla qarşılaşılır, nə də bir hənirti eşidilir. O dərinliyi qədər səssiz, zənginliyi qədər də rəngsiz - bu bütün rəngləri özündə ehtiva edən bir rəngsizlikdir - ehtişamı ölçüsündə də gurultu və göstərişdən uzaqdır..."

   Gerçək eşqi bu qədər gözəl anlatan cümlələri oxuyarkən ümman kəliməsinə aşiq olmamaq əldə deyil. O gündən əvvəl könül dünyamda özünə yer edən "ümman" sonradan "dərinləşdikcə rəngsizləşmək, dərinləşdikcə səssizləşmək" şüarı ilə həyat fəlsəfəm və eyni zamanda ikinci adım oldu.

   Bloqumun adına da bu fəlsəfəni daşıdım - Sessiz umman...

   Bu da mənim bloqumun adının hekayəsi...

   Fatofotofana illər öncə təsirlənib ad götürdüyüm yuxarıdakı cümlələri (həmişə axtarıb tapıb təkrar oxumaq istəsəm də heç cür imkan olmurdu) kitabı ələk-vələk edib tapmağıma vəsilə olduğu üçün dərin minnətdarlığımı bildirirəm.

   Və yeri gəlmişkən bir çəkilişi də elan etmək istəyirəm burdan.  Sözügedən Fatofotofan öz bloqunda bir çəkiliş edir. Qazanan bloqqerə öz əlləri ilə çəkdiyi bloq loqosu və Header hədiyyə edəcək. Məncə əsla qaçırılmayacaq bir fürsətdir. Son tarix 24 fevral. Tələsin...
          
   Çəkilişin şərtləri və əlavə haqlarla əlaqədar daha geniş məlumatı buraya toxunmaqla öyrənə bilərsiniz. Hər kəsə bol şanslar...


Bu mimləri də oxuya bilərsiniz:
1. Mim - Uşaqlığımıza dair
2. Mim - Reklamdakı kimi olmayan şeylər

16 yorum:

  1. Bu aralar gerçekten mim bolluğu var.Kaleminize sağlık :))

    YanıtlaSil
  2. Blogunun isminin hikayesi ne kadar da güzel. Gerçekten çok çok beğendim. :)

    YanıtlaSil
  3. Çok güzel olmuş gerçekten ellerine sağlık 😃

    YanıtlaSil
  4. Blogunuzun adının hekayəsi çox gözəldir.Bu ad yaraşır bu bloga.
    Doğurdan da bir mim bolluğu var,hara baxsam mim var.Mən sevirəm amma mim oxumağı.
    Sevgilər :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol Ayselim. Xoş sözlərin üçün təşəkkürlər.

      Sil
  5. Çok güzelmiş isminin hikayesi.Mimi cevapladığın için hemde çekilişimi duyurduğun için teşekkür ederim.Sevgiyle kal.

    YanıtlaSil
    Yanıtlar
    1. Bu gözəl mimi etməyimə səbəb olduğunuz üçün mən təşəkkür edirəm.♡

      Sil
  6. İsminin anlamını ne güzel anlatmışsın bizlerde de kullanılan bir isim Umman.

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Türkiyədə olduğunu bilirəm amma bizdə çox istifadə olunmur bu ad.

      Sil
  7. Çok güzel bir hikayesi varmış Emeğinize sağlık sevgiler :)

    YanıtlaSil
  8. Ümmanın mənasını bilmirdim və həmişə də niyə ümman deyə fikirləşirdim. Çox maraqlı imiş tarixi..

    YanıtlaSil
    Yanıtlar
    1. Yeni bir söz qatdıysaq leksikanıza nə mutlu bizə :) Təşəkkürlər birdənəm.

      Sil