Sayfalar

28 Mayıs 2018 Pazartesi

Ernest Miller Heminquey - Qoca və dəniz



   Tənha bir qoca düşünün ucsuz-bucaqsız bir okeana xırdaca qayığıyla ova çıxan; Öncəki bütün ovları uğursuz nəticələnən bu qocanın nəhayət ki, çoxdan arzuladığı iri bir balıq tutduğunu; Min bir əziyyətlə şikarını ələ keçirdikdən sonra isə evə dönərkən ona hücum edən köpək balıqları ilə gərgin mübarizəsini...
   Əsərin hekayəsi budur. Lakin bu kiçik hekayə o qədər anlamlar ehtiva edir ki içində.
   Qoca əslində əngin diləklər ümmanına öz arzusunu yaxalaya bilmək üçün qarmaq atmış insanoğludur. Ovladığı xırda balıqlar əslində onu xoşbəxt edə biləcək xırda arzularıdır. Lakin o daha böyüyünü, daha çətinini, daha əlçatmaz görünəni arzulayır, onun üçün can atır. Sonunda qarmağına keçəcək o istəyinin altından qalxa biləcəkmi bəs?! Onu əldə etdikdən sonra daşımağa gücü yetəcəkmi?! Heç özü də bilmir...
   Böyük hədəflərin ağır bədəlləri var... Əzabı, əziyyəti, iztirabı, sinə gəriləcək məşəqqətləri var...
   Və o əlçatmaz zirvələrdə çoxlarının gözü var. Bu yola çoxları baş qoyur, çoxları ömrünü verir o yüksəkliyə çata bilmək üçün...
Bu yolda tikanlar var... Səni ayağından aşağıya çəkənlər, qarşında maneə olub bitənlər...Bəzən köpək balığı nümunəsində o şikardan bir parça qoparmaq üçün fürsət gözləyənlər var...
   Hamısının öhdəsindən gələ biləcək gücdəsənsə heç dayanma, yol sənin...
Sonunda əldə etdiyin arzu kabusuna dönsə də, qoca balıqçı kimi bütün bunların yuxu olmasını ürəkdən diləsən də və ən nəhayət mənzil başına çatınca arzundan əlində sadəcə yaraların, yorğunluğun və "kaş ki"-lərin qalsa da  ömürlük yaddaşına həkk olunan o zirvədən seyr etdiyin mənzərənin dadını çıxar, mümkünsüz görünəni mümkün edə bilmənin haqlı qürurunu yaşa... Yol sənin...
   Bir də bu yol təkbaşına çox çəkilməz... Yanına yandaş, yoldaş, sirdaş aldınmı zirvəyə yolun qısalır,  az zamanla çox iş görmüş olursan... Dostunu yanına almağı unutma...
   Ernest Miller Heminqueyin "Qoca və dəniz" əsərinin məndə buraxdığı təəsüratdır bunlar. Hər kəs oxuduğundan özünə görə bir nəticə çıxarır. Bəlkə də Heminquey sadəcə qoca bir balıqçının qəmli bir hekayəsindən danışıb. Kim bilir?!
   Təəssüratlarımı bir tərəfə qoyub kitaba gəlincə ; məni ağlatmağı bacaran kitablar cərgəsinə yazıldı adı :)

   Qısa məzmunu belədir : Uğursuzluq ömrü balıq tutmaqla keçən tənha və qoca balıqçının 85 gündür yaxasından düşmür. Hər gün evə əliboş dönən qoca o günün səhərində yeni bir ümidlə üz tutur dənizə. Nəhayət, risq edərək sahildən xeyli aralanıb dənizin insansız qisminə gələn qocanın tale üzünə gülür. Qarmağına çox nəhəng bir balıq ilişir. Lakin balığı ram etmək o qədər də asan deyil. Balığın yorulub qayığa yaxınlaşmasını, onu nizə ilə vurub zərərsizləşdirmək üçün qoca 3 gün dənizdə gecələməli olur. Tutduğu kəndir əllərini, çiynini ülgüc kimi kəsib qanadır. Taqətdən düşməmək üçün digər qarmaqlara düşən xırda balıqları çiy-çiy yeyir. Nəhayət balığı məğlub etməyi bacarır. Qayığına bağlayıb özü ilə evə apardığı gözəl və nəhəng qılınc balığına baxıb qürurlanır, sevinir. Lakin tezliklə köpək balıqları şikardan axan qanın qoxusunun izinə düşürlər. Qoca sahilə çatanacan köpək balıqları ilə mübarizə aparır. Balığın əlindən çıxdığını bilsə də məğlub olmaq istəmir. Nəhayət sahilə çatanda balıqdan geriyə sadəcə kəllə, onurğa sümüyü və quyruq, qocadan geriyə isə hədsiz yorğunluq, bitkinlik, yaralar və təəssüflər qalmış olur.

   Balıqçının bütün məşəqqətlərə rəğmən heç bitməyən ümidi, özünə təlqin etdikləri və bu sayədə bütün çətinliklərin öhdəsindən gələ bilməsi, sonda nəticəsiz əziyyətlərinə baxmayaraq, hər şeyə yenidən başlama əzmi oxucuya çox şey aşılayır məncə. 

   Qısacası, əsəri bəyəndim. 

9 yorum:

  1. Anlamakta güçlük çektim biraz. Teşekkürler :)

    YanıtlaSil
  2. Ben 9cu sınıfta okuyorum.Ve bunu derste geçdik çok güzel bir povest.Çok sevdim

    YanıtlaSil
    Yanıtlar
    1. Nə gözəl. Gənc dostlarımız belə əsərləri mütləq oxumalıdırlar, çünki hamısı həyat dərsi verir insana.

      Sil
  3. Cox beyendim elinize sagliq

    YanıtlaSil