Bir hekayəm var uzaqlarda bilirəm... Yazılmağı gözləyən...
Bir xəyalın qanadında,
bir ümidin sorağında,
bir ümmanın qırağında,
yazısının marağında
Səbrlə o böyük günün gəlməsini,
yazıldıqca sözlərinin sevinməsini, gülməsini istəyən
bir hekayəm var bilirəm...
Sədaqətlə yollarıma göz dikən,
başqa heç kimsəyə qapılarını açmayıb, sirlərini saçmayıb,
heç bir yerə qaçmayıb
yerindəcə ona gedişimi gözləyən
bir hekayəm var bilirəm...
Sadəcə məni istəyən...
Yazdıqca ən ülvi,
ən məhrəm duyğularına toxunacağım, əsrarını qoruyacağım,
mən yazarsam layiqincə oxunacağın bilən bir hekayəm var bilirəm...
Yazdıqca dərd yükündən qurtulacaq, kəlimələri zəbt edən zəncirləri qırılacaq, bambaşqa bir aləm,
bambaşqa bir dünya qurulacaq
bir hekayəm var bilirəm...
Ümidlərə sarılan,
gözləməkdən yorulan
kəlimələr xəzinəsində uyuyan
bir hekayəm var bilirəm...
Qayğılardan sıyrılıb,
bu xaosdan ayrılıb
axır bir gün ayılıb
söz verirəm gələcəm...
Mən yanına gələcəm...
Həsrət qoxudu şeirin. Qələminə,fikirlərinə,yazılarına olan həsrətim. Həsrət kəlməsinə sığdirmağa çalışdım buralardan olan uzaqlıq səbəbimə. Bir azda Məhcubiyyət qatdım kəlməmə. Yenə bir möhtəşəmlik yaratmısan. Bir şeir deyildə yazılan,sanki içində qəlbinin dərinliklərində gizlənən duyğuların təcəssümüdür qələmə sökülən. Əllərinə sağlıq ....
YanıtlaSilÇoox teşekkür edirem birdenem. O senin gören gözünün, könlünün gözelliyi. Açığı bir şeir deyil, söylediğin kimi bir anda içimden qaynayan sözleri cilovlayıb qeyd etmişdim bura. Men de çox ziyaret ede bilmirem bloqları. Aile, uşaq,işler-gücler... Asan deyil bir qadın üçün her şeye yetişmek. Amma heftede 1 defe de olsa yazı yayımlayıb bura ile olan bağımı qoparmamağa çalışıram. Sen de önemli deyil başqa bloqları oxuya bilmesen de yazmaqdan esla vaz keçme.💓
YanıtlaSilKalemime saglik xanu.canim. Cok begendim❤
YanıtlaSilTəşəkkür edirəm. Bəyəndiyiniz üçün sevindim💓
SilGelin valla :) Ne hoş olmuş yazı :)
YanıtlaSilYoldayam:) Bir gün mənzilə çatacağıma ümid edirəm. Çoxx sağ olun❤
SilKalemine sağlık çok güzel..
YanıtlaSilMinnətdaram. Ziyarət və yorum üçün təşəkkürlər 💕
Silgüzel yemek yaptığın kadar güzel şiir de yazıyon sen demek kiiii :)
YanıtlaSil😄 Xoş sözlərin üçün çooox təşəkkür edirəm Deep. Əslində uzun müddətdir heç bir resept paylaşmırdım. Ramazana özəl bir tatlı və ya yemək resepti paylaşsammı deyə düşünürdüm. Sözlərin ürəkləndirdi məni. Bunu düşünüm bir😊💓
SilÇok derin bir şiir olmuş, çok güzel.
YanıtlaSilAyy bəyənmənizə çox çox sevindim Handan xanım. Minnətdaram💖
SilŞiir gerçekten çok güzel olmuş. Ortak öyküde sona yaklaşıyoruz. En son mimlenen kişinin önemli bir işi olduğu için yazamayacak. Sen devralır mısın?
YanıtlaSilÇox isteyerdim. Bu aralar yaxşı deyilem. İlk fürsetde baxacam.
SilKalemine yüreğine sağlık ��
YanıtlaSilÇox sağ olun. Minnetdaram.
Sil