21 Mayıs 2018 Pazartesi

Hekayəm



Bir hekayəm var uzaqlarda bilirəm... Yazılmağı gözləyən...

Bir xəyalın qanadında,  
bir ümidin sorağında, 
bir ümmanın qırağında,
yazısının marağında 
bir hekayəm var bilirəm...


Səbrlə o böyük günün gəlməsini, 
yazıldıqca sözlərinin sevinməsini, gülməsini istəyən 
bir hekayəm var bilirəm...


Sədaqətlə yollarıma göz dikən,
başqa heç kimsəyə qapılarını açmayıb, sirlərini saçmayıb, 
heç bir yerə qaçmayıb 
yerindəcə ona gedişimi gözləyən 
bir hekayəm var bilirəm...


Sadəcə məni istəyən...

Yazdıqca ən ülvi,
ən məhrəm duyğularına toxunacağım,  əsrarını qoruyacağım, 
mən yazarsam layiqincə oxunacağın bilən bir hekayəm var bilirəm...


Yazdıqca dərd yükündən qurtulacaq, kəlimələri zəbt edən zəncirləri qırılacaq, bambaşqa bir aləm, 
bambaşqa bir dünya qurulacaq
bir hekayəm var bilirəm...


Ümidlərə sarılan,
gözləməkdən yorulan 
kəlimələr xəzinəsində uyuyan
bir hekayəm var bilirəm...


Qayğılardan sıyrılıb,
bu xaosdan ayrılıb
axır bir gün ayılıb 

söz verirəm gələcəm...

Mən yanına gələcəm...



16 yorum:

  1. Həsrət qoxudu şeirin. Qələminə,fikirlərinə,yazılarına olan həsrətim. Həsrət kəlməsinə sığdirmağa çalışdım buralardan olan uzaqlıq səbəbimə. Bir azda Məhcubiyyət qatdım kəlməmə. Yenə bir möhtəşəmlik yaratmısan. Bir şeir deyildə yazılan,sanki içində qəlbinin dərinliklərində gizlənən duyğuların təcəssümüdür qələmə sökülən. Əllərinə sağlıq ....

    YanıtlaSil
  2. Çoox teşekkür edirem birdenem. O senin gören gözünün, könlünün gözelliyi. Açığı bir şeir deyil, söylediğin kimi bir anda içimden qaynayan sözleri cilovlayıb qeyd etmişdim bura. Men de çox ziyaret ede bilmirem bloqları. Aile, uşaq,işler-gücler... Asan deyil bir qadın üçün her şeye yetişmek. Amma heftede 1 defe de olsa yazı yayımlayıb bura ile olan bağımı qoparmamağa çalışıram. Sen de önemli deyil başqa bloqları oxuya bilmesen de yazmaqdan esla vaz keçme.💓

    YanıtlaSil
  3. Kalemime saglik xanu.canim. Cok begendim❤

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Bəyəndiyiniz üçün sevindim💓

      Sil
  4. Gelin valla :) Ne hoş olmuş yazı :)

    YanıtlaSil
    Yanıtlar
    1. Yoldayam:) Bir gün mənzilə çatacağıma ümid edirəm. Çoxx sağ olun❤

      Sil
  5. Kalemine sağlık çok güzel..

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram. Ziyarət və yorum üçün təşəkkürlər 💕

      Sil
  6. güzel yemek yaptığın kadar güzel şiir de yazıyon sen demek kiiii :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😄 Xoş sözlərin üçün çooox təşəkkür edirəm Deep. Əslində uzun müddətdir heç bir resept paylaşmırdım. Ramazana özəl bir tatlı və ya yemək resepti paylaşsammı deyə düşünürdüm. Sözlərin ürəkləndirdi məni. Bunu düşünüm bir😊💓

      Sil
  7. Çok derin bir şiir olmuş, çok güzel.

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy bəyənmənizə çox çox sevindim Handan xanım. Minnətdaram💖

      Sil
  8. Şiir gerçekten çok güzel olmuş. Ortak öyküde sona yaklaşıyoruz. En son mimlenen kişinin önemli bir işi olduğu için yazamayacak. Sen devralır mısın?

    YanıtlaSil
    Yanıtlar
    1. Çox isteyerdim. Bu aralar yaxşı deyilem. İlk fürsetde baxacam.

      Sil
  9. Kalemine yüreğine sağlık ��

    YanıtlaSil