Sayfalar

27 Ağustos 2018 Pazartesi

Babaya mektup / F.Kafka



🔹️Müəllif : Frans Kafka
🔹️Milliyət: Çex-yəhudi / Alman dilində
🔹️Səhifə: 53
🔹️Qiymət: Kafi-3/5

✔"Yazdıklarımın konusu sendin, öyle ya, senin göğsüne yaslanıp yakınamayacaklarımdan yakınıyordum orada yalnızca."

   Babaya mektup Frans Kafkadan oxuduğum ilk əsərdir. Doğrusu yazıçının həyat və yaradıcılığı ilə bağlı heç bir məlumatım olmadığı üçün çətinliklə oxudum kitabı.

   İlk oxumağa başlayanda bir ataya bu qədər çox və acımasızca ittihamların yönəldiləməsi mənə  ağır gəldi. Səhifələr irəlilədikcə atanın davranışları və zorbalığı daha aydın bir şəkildə sərilir gözlərimizin önünə.

  Və sonradan Kafkanın bu məktubu atasına heç vaxt göndərmədiyini və bir neçə yarımçıq əsərləri ilə birgə ölümündən sonra bir dostunun onun vəsiyyətinin xilafına çıxaraq nəşr etdirdiyini öyrəndikdə, əsərin əslində yazıçının həyatı boyu qəlbini sıxan, unuda bilmədiyi, onu həyatının hər sahəsində qarabaqara izləyən uşaqlıq travmalarını dilə gətirdiyi bir  dərdini tökmə və etirafı olduğunu anladım.
Bu məktub uşaqlığından yanında olduğu halda atasına həsrət qalan bir çox insanın etirafıdır əslində.

   Əsərdə həm Kafkanın atasına baxışını, həm də atanın Kafkaya baxışını görə bilirik. Avtoritar, ətrafını daim öz hökmü ilə idarə edən, heç kimin düşüncəsinə sayqı göstərməyən, dediyim dedik bir ata ilə, bu hökmranlıq altında əzilən itaətkar, qorxaq, qərarsız, zəif bir uşaq və hətta sonradan bir gənci tanımış oluruq.

   Əslində burda fərqli dünyalarda və fərqli dövrlərdə yetişmiş iki fərdin düşüncələrinin çarpışmasını görürük. Hər ikisinin düşüncəsi və həyata baxışı öz dövrünün məhsuludur və arada uçurumlar və ziddiyyətlər var.

   Kafkanın atasının yalnış müdaxilələri və bu cür münasibəti onun sonrakı həyatının hər sahəsində özünü biruzə verir. Nəticədə insarlarla münasibət qurmaqda çətinlik çəkən, dinə qarşı məsafəli davranan, əks cinslə daim problemli əlaqələr quran, özünə güvəni və inamı olmayan bir şəxs kimi formalaşır Kafka. Və bütün bunlara görə o məktub boyu atasını səbəb göstərir.

   Əsər diqqətəlayiq və mesaj yüklüdür. Lakin hər kəsin sevib, səbirlə oxuyacağı növdən deyil. Zənnimcə, yazıçının yaradıcılığı ilə tanış olduqdan sonra onun iç dünyasını və  mənəvi aləmini anlamaq üçün sonradan oxumaq lazımdır bu məktubu. Ya da kim bilir bəlkə onu belə tanıdıqdan sonra əsərlərini daha yaxşı anlayaraq oxumaq mümkün olacaq. Bunu ancaq Frans Kafkanın başqa bir kitabını oxumaq nəsib olarsa öyrənmiş olacam :)

   Sevgilər.

Seçtiklərim:

Her yerde yalnızca ulaşılamayan mükemmel insanlar gördüyüm için ben küçük çocuğun gözünde hiçbir yerde onay bulmayan güvensiz, benim içimde kendime doğrultulmuş bir güvensizliğe  ve bütün herkese karşı sürekli duyduğum bir korkuya dönüştü.
***
Evlenmek, bir aile kurmak, doğmak isteyen bütün çocukları kabullenmek, bu güvenilmez dünyada onları var etmek ve hatta bir az da yol göstermek benim inancıma göre bir insanın ulaşabileceği en yüksek noktadır.
***
Biraz desteklenmeye, biraz dostça bir yaklaşıma, yolumun biraz açık tutulmasına ihtiyacım vardı, sense onun yerine yolumu kesiyordun.
***
Cimrilik derin mutsuzluğun en sağlam belirtilerindendir.
***
Mesele, çocuklarına vereceğin herhangi bir ders değil, örnek bir yaşamdı.

7 yorum:

  1. Kafka okuyan birilerini görmek güzel :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Bu Frans Kafkadan oxuduğum ilk kitab oldu. Ümid edirəm ki, başqa əsərlərini də oxumağa fürsətim olar.

      Sil
  2. harika seçim... :)

    bana da beklerim.

    bebegimincicileri.blogspot.com.
    kitaplarimolmadanasla.blogspot.com

    YanıtlaSil
    Yanıtlar
    1. İlk fürsətdə bloqunuzu ziyarət edəcəm. Təşəkkürlər💓

      Sil
  3. Daha önce Kafka’yı hiç okumadım. Bu kitabını da seninle tanımış oldum. Teşekkür ediyorum anlatımın için.🌸🌸🌸

    YanıtlaSil
    Yanıtlar
    1. Mənim də ilk tanışlığımdır:) Başqa məktubları da varmış, qadınlara yazdığı. İmkan olsa onları da oxumaq istəyərdim düzü. Mən təşəkkür edirəm ziyarət və yorumunuz üçün.💖

      Sil
  4. Harika mesajlar, hayatın kılavuzu olacak sözler. Yazınızı çok beğendim, emeğinize sağlık.

    YanıtlaSil