Sayfalar

30 Ağustos 2018 Perşembe

Bir gerçəyə dirəniş.

   

   Bu aralar lap çox darıxıram sənin üçün atam. Gülümsəyən üzün gəlib durur gözlərimin önündə. Ürəyim soyulmağa başlayır düz içindən. Bu elə bir hissdir ki, təsəvvürü namümkün...

   Səninlə söhbət anlarım canlanır xəyalımda. Sakit-sakit, aram-aram danışığın, bəzi anlarda səbirsizlənib səsini yüksəltməyin, sonra tez peşman olub sözlərini yumşaltmağın. 

   Bəzən həyatdan gileylənərkən gözlərinin dolması, ağrıyan canının kəlimələrinin arasına sıxışmış gizli şikayəti... Tək-tək hallarda etdiyin baldan şirin zarafatların...

   Çox düşünə bilmirəm səni atam... Bacarmıram... Qaldıra bilmərəm yoxluğunu... Bir daha gülümsəyən üzünü görüb, söhbətlərini eşitməyəcəyimi düşündüyüm an ürəyim dayanacaq kimi olur...  Dərhal qaldırıram o düşüncəmi, əlimin çatmayacağı bir yerlərə qoyuram... Çünki belə yaşaya bilmərəm...
  
   Mən acılarımın üstünə basa-basa yaşayanlardan deyiləm, bilirsən. Dərdlərimi, sıxıntılarımı ört-bas edəcək bir şeylər tapıram hər zaman. Unutmağa, başımı qatmağa çalışıram. Çoxmu xudbinəm, bilmirəm?!

   Əslində gedişinlə nə qədər güclü olduğumu öyrəndim. Duyğularımı idarə edə bildiyimin fərqinə vardım ilk dəfə. Heç başqası ilə səndən danışanda ağlamadım məsələn. O an acımı bəsitləşdirirəm kimi gəlir. 

   Acılarım heç kimsənin duymasını istəmədiyim ən ülvi məhrəmimdir mənim. Hər kəsə göstərə-göstərə, hayla-küylə deyil, səssizcə, təkbaşına yaşamaq istədiyim...
   Özümlə baş-başa qaldığım anlarda əlimin çatmadığı yerə qoyduğumu zənn etdiyim həmin duyğularım gəlib düşür qucağıma. Göz yaşlarımı sel-su kimi axıdıram həsrətimin üzərinə, bəlkə bir az soyuyar deyə. O anda acılarımın qəlbimdə istədiyi kimi at oynatmasına izin verirəm. Bir tək Rəbbim şahid olur çünki. 

   Sonra heç nə olmamış kimi davam edirəm həyatıma. Deyirəm, gülürəm, gəzirəm, dolaşıram. Sizə gələndə qapıda o gülümsəyən üzünlə məni qarşılayacağına inanaraq...


PS:
Məntiqən olmasa da hissən heç yerə getmədiyinə, heç bir şey olmadığına, tezliklə görüşəcəyimizə inandırmışam özümü. Çox da yalan sayılmaz, əslində. O tərəflərdə görüşməyəcəyikmi, nə də olsa? Bir az gec, ya da kim bilir bəlkə də lap tez!

9 yorum:

  1. Başın sağol olsun anladığım kadarıyla Babanı kaybetmişsin.Çok acı gerçekten Allah sana ve ailene güç ve sabır versin.😢

    YanıtlaSil
  2. Basın sağolsun canim.Allah sabirlar versin.

    YanıtlaSil
  3. Yanıtlar
    1. Canım bacım Allah sənin ata-anana da rəhmət eləsin.😔😔😔
      Bu arada səni burda görmək çox xoş oldu mənə❤

      Sil
  4. Inan ki,oxuyurdum sadece fikir bildirmeye imkan olmurdu,yazdiqlarin o qeder hessas ve ince movzular ki meni menden aparir,gun boyu dusunduklerime huzur getirir.Yazi dilin de,iraden qeder güçlüdür bacım,qurur duyuram seninle😘😘😘😘

    YanıtlaSil
    Yanıtlar
    1. Oyy bir bilsən belə fikirləri oxumaq necə utandırır məni,bacı. Amma eyni zamanda da çox sevindirir nə yalan söyləyim. Xüsusən, Azərbaycandan o qədər çox oxuyan var ki. Amma nədənsə heç kim fikir bildirmir.Əslində, yazanın oxuyanın düşüncələrini bilməsini nə qədər çox arzuladığından xəbərsizdilər, məncə. Bir ara bununla bağlı yazı paylaşmağı belə düşünürəm. Bəlkə cəsarətə və ya insafa gətirərəm oxuyucuları deyə😊

      Sil
  5. Sene teskinlik vermeyi cox isterdim.Yazdıgın her kelme ürekde qabıq baglamayan yara yaradır.Seni anlayiram.Hele.men Rasim.emini her xatırlayanda.göz yaslarımi saxlaya bilmir.Heqiqeten de cooooox gözel insan idi.Ancaq bunu deye bilerem.Allah sebir versin

    YanıtlaSil