Sayfalar

11 Kasım 2018 Pazar

Lənkəranda festival



    Hamınızı salamlayıram, əzizlərim. Bu həftə uzun müddətdən bəridir pozmamağa çalışdığım qaydanı pozası oldum. Cümə axşamı günü yazı yayımlaya bilmədim. Çünki son zamanlar yazını elə həmin gün yazıb yayımlayıram. Əvvəlcədən yazı hazırlamağa təəssüf ki, vaxtım olmur. Və cümə günü böyük oğlumun ad günü olduğu üçün bloquma heç cür vaxt ayıra bilmədim. Həmin günün əvəzinə bu gün bir yazıyla qarşınızda olmaq istədim. 


   Biz həftə sonu üçün yenidən Cənubda - Lənkərandayıq. Burda sitrus meyvələrin festivalı olacağını eşidəndə çox sevindim. Mütləq gedib görməliyik deyə düşündüm. Və dünən səhər saat 10-da getməyi planlasaq da 12-ə doğru gedib çıxdıq festivala. Nisbətən gec vaxtda getmişdik. Çünki bəzi stendlər artıq yığışdırılmışdı. Xüsusən yemək stendləri. 😐 Məncə Lənkəranın ləzzətlərindən dadmaq da çox maraqlı olardı. Amma nə isə ki bir çox rəngarəng dəzgahlar hələ də dururdu.
   Lənkəranda yetişən və məhz bu torpaqlara məxsus sitrus meyvələr, çay və  çəltik(düyü) kimi məhsulların şərəfinə 2-ci ildir təşkil olunan bu festival şəhərin mərkəzindəki parkda keçirilirdi. 

   İçəri girər girməz sitrus meyvələrdən hazırlanmış müxtəlif formalı fiurlar qarşıladı bizi. Sarı, narıncı və yaşıl rənglərin ahəngi... 






   Palıd qozası və müxtəlif dənli bitkilərdən hazırlanmış əl əməyi-göz nuru əl işləri də çox maraqlı gəldi bizə...






   Və Lənkəranı dünyada məşhur edən çayları... Çay plantasiyalarının kiçik maketləri... Və çayla bağlı müxtəlif ideyalar...




Sadəcə bununla bitmir təbii ki... Lənkəranda hələ də yaşayan dulusçuluq, qamışdan müxtəlif əşyaların hazırlanması sənətinin nümunələrini də gördük. Hətta Rusiyada bitən beryoza ağacının elastik qabıqlarından hazırlanmış xurcun da gödük. Və xurcunu hazırlayan dayı o ağacdan Rusiyadan gətirdib əkdiyini və hal-hazırda Azərbaycanda sadəcə onun həyətində olduğunu da vurğuladı. 



Dəflə mahnı oxuyan məşhur nənələri də tapıb şəkil çəkdirdik. 😊


Parkın fərqli-fərqli yerlərində müxtəlif səhnəciklər, rəqslər və daha nələr, nələr... Mütləq  bu mösümdə cənuba yolunuzu salın deyirəm və sağollaşıram sizinlə...

PS: Kənddə, bol işlərin arasında vaxt tapdıqca, parça-parça hazırladığım bu tez-tələsik gəzinti yazım bir az sönük alındı. Ümid edirəm ki, ən azından şəkillər sizdə festival ab-havası yaratmışdır.❤

6 yorum:

  1. Mis gibi narenciye kokusu geldi buralara :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ah bizim buraların mandarinindən, feyxoasından dada bilsəniz kaş ki, limonun qoxusu bihuş edir insanı. Sarı payızın sarı nemətləri 😊

      Sil
  2. Çok güzel bir festivalmiş Umman. Orada olmayı diledim resimleri görünce. :')

    YanıtlaSil
    Yanıtlar
    1. Çox gözəl idi doğurdan da. Həmişəki kimi vaxtımız az olduğu üçün ürəyimizcə gəzə bilmədik, amma gördüyümüz rəngli görüntülər uzun müddət yaddaşımızı bəzəyəcək mütləq.

      Sil
  3. rengarenk çok güzel bir festival olmuş :)

    YanıtlaSil
    Yanıtlar
    1. Beli, eynen😊 Hele bir çox şeyin şeklini çeke bilmedim. Ve bir çox resmi qoysam çox olacaq deyib eledim.❤

      Sil