Sən getdin ya...
Zamanım yarpaqlarını tökmüş ağacların payızında qaldı...
Xəzanım bitmədi...
Xəzanım bitmədi...
Qəlbim bir ömür sondahar nəğməsini çaldı...
Mövsüm dəyişmədi...
Baharım gəlmədi...
Baharım gəlmədi...
Boz buludlu səmama bir daha günəş doğmadı...
Şoran torpağıma rəhmət yağmadı...
Torpağım çat-çat oldu...
Və bütün rənglər axdı, getdi...
Bircə boz rəng qaldı...
Hara baxsam boz rəng...
Kimə baxsam həmrəng...
Bütün simalar hissizləşdi...
Gülən, ağlayan eyniləşdi...
Gedişinlə dünyam dəyişdi...
Sən getdin ya...
Ürəyim dondu...
Yazılarım soldu...
Və şeirlərim öldü...
Umman Aslan.
Gidişler ne kadar da etkiliyor insanı değil mi? Kaleminize sağlık...
YanıtlaSilEledir. Çox ağır olurmuş gedişler. Bunu men atamın gedişiyle anladım daha çox.Rebbim heç kime yaşatmasın deyecem amma, heyatın acı heqiqeti. Her şey fani. Ve her şey, her kes geldiyi kimi gedir bir gün.Teşekkür edirem deyerli yorumunuz üçün.
SilSonbahara uymuş bu şiir.. Resim çok güzel. *-*
YanıtlaSilTəşəkkür edirəm. Bəyənmənə sevindim ❤
Silçok duygusal ve hüzünlüüü ne güzeeel anlatmışsın hislerini kii.
YanıtlaSilSənin qədər olmasa da... Dəstəkləyici və gözəl yorumların üçün minnətdaram Deep ❤❤
Sil