Sayfalar

28 Ekim 2019 Pazartesi

Qurban Səid / Ali və Nino

 
   Salam olsun yazımı oxuyan bütün gözəl qəlbli insanlara🤗. 

   Birdən hiss elədim ki, uzun müddətdir sizinlə salamlaşmıram. Yazılarımı öncədən hazırladığım üçün, həm də söhbət tərzində deyil, adətən ya yazdıqlarımı, ya da oxuduqlarımı yayınladığım üçün bunu etmək imkanı çox olmur. 

   Amma bu gün salamla başlamaq istədim. Və bundan sonra axtarıb ürəyimə yatan bir mim yazısı ilə gələcəm görüşünüzə söz verirəm. Çünki sizinlə söhbət etmək, qəlbimdən keçənləri bölüşmək üçün çooox darıxmışam. 

   Bu günlük isə oxuduğum növbəti kitab haqqında danışacam sizə...

   "Ali və Nino"... Bu əsəri tələbə olanda oxumağa çalışmışdım. Amma nədənsə o vaxt mənə sıxıcı gəlmişdi. Və səhv etmirəmsə sonuna qədər oxuya bilməmişdim. Deməli, bəzi əsərləri anlaya bilmək üçün dərrakə və mənəvi yöndən müəyyən yol qət etməli olmalısan.😊
   Kitabın üzərində The New York Timesdan kitab haqqında belə bir qeyd var: "Möhtəşəm əsərdir. Adama elə gəlir ki, sanki xəzinə tapmısan." Bu həqiqətən çox gözəl və dəqiq ifadədir.

   "Ali və Nino"  tariximizi, ənənəmizi, milli mentalitet və mənəvi xüsusiyyətlərimizi özündə cəm edən dəyərli bir əsərdir. 

   Hər zaman tarix kitablarında oxuduğumuz, sadəcə tarixi hadisələr kimi təhlil etdiyimiz 1918-ci ildə ilk Demokratik Cumhuriyyətin qurulmasını dəstəkləyən hadisələr, həmin dövr və süquta sürükləyən səbəbləri biz xalqın içində yaşayaraq və bir növ məişət müstəvisində daha rahat anlayaraq oxuyuruq bu əsərdə... 

   O vaxtkı gəncliyimizin mübarizliyinə, vətənpərvərliyinə şahid olur, türk qardaşlarımızla aramızdakı bağın dayandığı tarixi və keçmişini analiz edə bilirik... 

   Başından sonuna qədər yazıçının mövqeyini heç cür müəyyən edə bilmədim. O obrazların dili ilə gah Şərqi bəşəriyyətin və mədəniyyətin ocağı kimi göylərə qaldırır, gah da kobudluq və cəhalətimizi vurğulayıb elm və demokratiya cəhətdən Qərbi tərifləyir. Sonda yekun fikrini ortaya qoyacağını düşünsəm də bu baş vermir. 

   Amma ən sonda anladım ki, yazıçı əslində öz dövrünə görə təəccüb yaradacaq qədər mütərəqqi bir üsulla qələmə alıb əsərini. O qəti şəkildə mühakimə yürütmür və oxucunu hansısa bir fikrə yönəltmir. O hadisələrə ola bildiyincə obyektiv yanaşır və nəticə çıxarmağı, hansısa qənaət sahibi olmağı öz ixtiyarımıza buraxır. 

   Gələk əsərdəki Ali və Nino arasındakı eşq hekayəsinə... Bütün oxuculara məlumdur ki, bu bildiyimiz adi və sıradan bir hekayə deyil...

   Ali şərq ailəsində, şərq ənənələri ilə böyümüş bir gəncdir... O bəzi xüsusiyyətləri ilə öz həmyaşıdalarına nisbətən daha müasir düşüncəli olsa da damarlarında coşğun şərq qanı axan Azərbaycanlıdır...

  Nino isə Qərbi təmsil edən, qərbin xüsusiyyətlərini özündə daşıyan və buna görə də zaman-zaman Ali ilə ziddləşən gürcü qızıdır...

   Və yazıçı hər iki obrazı bir araya gətirərək əslində bizə Şərqlə Qərbin bir növ çarpışmasını, bir-birindən fərqli xüsusiyyətlərini göstərir və yaranmış böyük eşqlə vahid və qarşıdurmasız, daha gözəl bir dünyanın portretini çəkir.

   Əsərdə sadəcə Azərbayanın keçmiş günlərini görmürük, eyni zamanda Dağıstanın, İranın o günkü vəziyyəti ilə tanış olur, xalqın yaşayış tərzini müşahidə edə bilirik. 

   Əsərin müəllifi təəssüf ki, hələ də dəqiq müəyyən olunmayıb. Bununla bağlı müxtəlif fərziyyələr irəli sürülüb və sürülür. Amma nə olursa olsun, bu əsəri xalis bir Azərbaycanlının yazdığı gün kimi ortadadır.

  Əslində bu əsər haqqında saatlarla danışmaq olar. Çünki doğurdan da dəyərli və maraqlı bir əsərdir. Amma mən çox uzatmıram. Əgər oxumamısınızsa çox şey itirmisiniz, təcili olaraq Azərbaycan ədəbiyyatında bambaşqa bir mövqeyi olan bu kitabı əldə edin və oxuyun deyərdim. 

   Növbəti yazılarda görüşmək diləyilə...         Sevgilər...

4 yorum:

  1. Derinligin kadar sessiz, zenginligin kadar renksiz ol...Ne kadar güzel bir cümle bu böyle
    Selam olsun kardes Azerbaycan'a
    Sevgilerimle...

    YanıtlaSil
  2. Kitabı not aldım.İnşallah bir yurt dışı semineri olur ve sizinle tanışma imkanına kavuşurum :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bu eserin süjet xetti esasında film de çekilib. Men özüm hele izlemesem de gözel film kimi teriflerini eşitmişem. Ona baxmağınızı meslehet görerdim. Aaahh ahh... Kaş ki, gelseniz.Mütleq gelerem seminarlarınıza❤

      Sil