Sayfalar

4 Kasım 2019 Pazartesi

Mim - Uşaqlığıma məktub



   Güncəlləmə : Bu həftə yeni bir yazı yayınlamaq istəmədim. Çünki 1 həftə boyunca mimlədiyim bloq dostlarımın hamısına xəbər etmək imkanım olmadı. Yazımın köhnəlməsini istəmədim.😊
  

  •    Yeni yazımın əvəzinə bloq dostlarımın adlarının üzərinə tıklayaraq onların da uşaqlıqlarına yazdıqları məktubları oxuya bilərsiniz.❤  


    Salam olsun bütün yazımı oxuyan canlara. Ümid edirəm ki, hamınız yaxşısınız. Yeni bir mim yazısı ilə döymək istəyirəm bloq dostlarımın qapısını. Baxaq görək bu dəfəki mim də bəyəniləcəkmi?

   Mimin mövzusu belədir: Təsəvvür edin ki, sehirli bir poçt qutusu ixtira olunub. Bu qutu sayəsində uşaqlığınıza, xüsusən, 10 yaşınıza məktub yazıb göndərə bilmək imkanınız var. Belə vəziyyətdə məktubunuzda nələr yazardınız, 10 yaşlı sizin sonradan qarşılaşacağı çətinliklərlə bağlı hansı xəbərdarlıqları edib ona hansı məsləhətləri verərdiniz? 

   Sizcə də bir az beynimizi qızışdıracaq, maraqlı bir mövzu deyilmi?
 
   Siz 10 yaşlı məsum uşaqlığınıza yazacağınız məktubu fikirləşərkən mən öz məktubumu yazmağa başlayıram. Hər kəsə uğurlar 😊❤ 

   Merhaba canım blog arkadaşlarım. Yine bir mim yazısı ile çalmak istedim kapınızı. Umarım konusunu sever, hepiniz mimi yaparsınız. 

   Mimin konusu şöyle : Sihirli bir posta kutusu icat olunduğunu düşünün. Bu kutu sayesinde çocukluğunuza, özellikle 10 yaşınıza mektup gönderme imkanınız var. Bu durumda mektubunuza  neler yazardınız? 10 yaşlı kendinize sonradan karşılaşacağı zorlukları rahatça atlata bilmesi için hangi uyarılarda bulunur, nasıl öneriler verirdiniz?

   Sizce de bir az kafa çalıştırmalı, ilginç konu değilmi? Mimlenen arkadaşlardan en az 3 kişiyi mimlemesi şiddetle rica olunuyor. Buraya mimlediyim arkadaşların isimlerini bırakıyorum. Şimdiden mimi yapacağınız için teşekkürler.
Sessiz kaldım
Birpembesever
Şemsiyenin altındakı kız
Daha mutlu yaşam
Kiremithanem
Deli kızın bohçası
Yüreğimin iklimi
Cafe Tigris
Ayna hikayesi
Burası hayal kahvesi
Kağıttan dünyam
Farklı diyarlar
Pudra şekeri'M

Ve mimi okuyup da yapmak isteyen herrr kes :) 

   Şimdi siz 10 yaşlı masum çocukluğunuza yazacağınız mektubu düşünedurun, ben de kendi mektubumu yazmaya başlayayım.


"Salam 10 yaşlı mən!

   Çox güman ki, bu məktubu aldığında təəccüblənəcək, nə baş verdiyini anlamaqda çətinlik çəkəcəksən. Narahat olma, sənə gələcəkdən 35 yaşında olduğun bir zamandan yazıram. 

  Bu çox həyəcanlı deyilmi?! Sənə nədən yazım, nədən danışım. Əvvəl gələcək həyatınla bağlı bir neçə ipucu verimmi? Yaxşı çox qısa və sürətli şəkildə məlumat verim sənə. 

   İndi çətin bir dövrdə, müharibə şəraitində yaşayırsan bilirəm. Gələcəklə bağlı bir sıra əndişələrin var. Bizim də daimi evimiz, məktəbimiz olacaqmı?  Bu köçhaköçün sonu gələcəkmi?- deyə maraq edirsən.

   Bitəcək, bir az daha dişlərini sıxmalı olacaqsan. Bir müddət sonra hər şey düzələcək. Geri dönməsək də yavaş-yavaş yerləşib, öyrəşəcəyik yeni yerlərə. Amma onu da bil ki, heç bir yer sənə öz evimiz qədər doğma gəlməyəcək. Bunu yazdığıma təəssüf edirəm, amma ən azı 35 yaşına qədər bir daha o torpaqlara dönməyəcəksən. Amma üzülmə həyat yenə də yaşamağa dəyər. 

   0Yeni məktəblərdə oxuyacaq, yeni dostlar qazanacaqsan. Bakıda məktəbini dəyişdirib ikinci  məktəbə gedəcəyin zaman ilk vaxtlar bir az çətin olacaq Anara və sənə. Yaxşı oxuduğunuz və yeni olduğunuz üçün uşaqlar və bəzi müəllimlər tərəfindən təklənəcəksiniz. Özünü qərib və köməksiz hiss edəcəyin zamanlar olacaq. Amma heeç narahat olma bu çox qısa sürəcək. Tez bir zamanda seviləcək, hər kəsin sevimlisinə çevriləcəksiniz.

   Həyatındakı böyük dəyişikliklər gözlədiyindən daha tez bir zamanda və çox şey bir arada baş verəcək. Birdən oyanacaqsan ki, artıq bambaşqa bir həyatın içərisindəsən.
Narahat olma, bu dəyişiklik yaxşılığa doğru olacaq. Tələbəlik, evlilik və analıq...

 Məktəbi bitirdikdən sonra xəyalını qurduğundan tam fərqli bir ixtisas seçəcəksən. İnsanların həyatını qurtaran həkim deyil, insanlara həyatı öyrədən müəllimlik ixtisasını seçəsi olacaqsan. "Niyə? Necə?" təəccüblə soruşduğun sualları illər sonrasından eşidirəm sanki :)

   Bu bir az qarışıq məsələdir. Özün yaşayaraq görəcəksən. Həyatındakı bir çox qərar kimi bu da ani olacaq. Və bu ixtisas üzrə oxumağının ən bəyənəcəyin yanı bol-bol bədii əsər oxumağın olacaq. Üzünə qonan təbəssümü görürəm. 😊

Tam xəyalındakı adamla qarşılaşacaqsan... Onunla həyatını birləşdiriyin üçün heç vaxt peşman olmayacaqsan, amma bir az vaxtından tez olacaq. Bunu dəyişdirə bilərsənmi bilmirəm. 

   Bir-birindən şirin övladların olacaq...  Hər biri gəlişi ilə yeni bir rəng qatacaq həyatına. Hər gün varlıqlarına şükür edəcəksən. Nəhayət, arzusunda olduğun böyük bir ailəyə sahib olacaqsan. 
   
   Təsəvvür etdiyin iş qadını profilini yadından çıxar. Bir ara qısa müddət tam da xəyal etdiyin kimi bir işin olsa da həyatında bir çox şey kimi bu müddət də qısa sürəcək. Dilədiyin kimi bir iş qadını olmayacaqsan(ən azından 35 yaşına qədər). 

   Amma qəti üzülmə, inan mənə bu heç önəmli deyil. Zamanla özün də anlayacaqsan. Övladlarına, ailənə, özünə, kitab oxumağa ayıracağın vaxt, rəfiqələrinlə heç bir maneə olmadan istədiyin vaxta görüş təyin edə bilmək, səyahət və fərqli aktivitələr üçün icazə və minnətsiz gedə bilmə imkanının olması çox daha önəmli deyilmi?

   Ara-sıra səyahətlərin olacaq...  Fərqli ölkələr görəcək, fərqli mədəniyyətlər tanıyacaqsan... Hmmm... Çoxmu həyəcanlandın?!.. 

   Hələlik bu qədər bəsdir məncə. Çatma qaşını... Hər şeyi anlatsam marağı qalmaz ki...

   Bəzi məsləhətləri verib, bəzi xəbərdarlıqlar etmək istəyirəm sənə. Xahiş edirəm bu hissələri diqqətlə oxu.

  Hər şeydə tələskənsən, bu həyatın boyu belə olacaq. Həyatınla bağlı alacağın ən vacib qərarları belə çox götür-qoy etmədən alırsan. Bu bəzi zamanlar problem çıxaracaq sənə. 

   Sakit ol, bir işə başlamadan, bir qərar almadan yüz ölçüb, bir biç. Xəyal dünyasından ayrıl bir az. 

   Hər kəsə güvənmək, hər kəsin sadəcə yaxşı yönlərini görmək gözəl xüsusiyyətdir, amma bu bəzən səni xəyal qırıqlığına uğradacaq. Hadisələrə və insanlara obyektiv yanaş. 

   Və qorxma. Fikirlərini açıq ifadə etməkdən çəkinmə. Kiminsə qəlbi qırılacaq deyə, səndən uzaqlaşacaq deyə narahat olma. Bir şey haqqında mənfi rəy söyləmək səni pis insan etmir anla bunu. 

   Böyümək, həyatını dəyişmək üçün can atma. Uşaqlığının qədrini bil. Bu qədər qayğısız və rahat hiss edəcəyin zaman bir daha olmayacaq. Ailənə güvən və onları daha çox sev. 

   Müharibənin uşaqlıq xatirələrini parça-parça etməsinə izin vermə. Yaşadığın hər şeyi yaxşıca yadında saxlamağa çalış, hətta kiçik bir günlük tut deyərdim, çünki unutqansan. Sonra uşaqlığınla bağlı çox az şey xatırlayacaqsan.

   Məktubu şən notlarla bitirməyi çox istəyərdim. Sonda deyəcəyim şeyin sənə necə təsir edəcəyini uzun illər sonrasından təsəvvür etmək o qədər də çətin deyil. Buna görə məni bağışla. Amma bunu yazmağa məcburam. Sonra mənə təşəkkür edəcəksən.
  
   Ataya daha çox sarıl, onunla daha çox söhbət et. Onu tez itirəcəksən. Qoxusuna, səsinə, gülüşünə həsrət qalacaqsan. Onu nə qədər çox sevdiyini söylə, həyatındakı önəmini anlat. Gözəl gələcəyinizdən danışıb nigarançılığını yatır. Onsuz günlərində burnunun ucu göynəyəndə təsəlli olacaq bunlar sənə. Amma narahat olma yenə yaşayacaqsan... 

   Həyat davam edəcək, sənə bağlı dörd övladın üçün yaşayacaqsan...

   Məndən bu qədər... Kim bilir bəlkə sən də bir gün məktub yazarsan. Saflığımı, səmimiyyətimi, kövrəkliyimi xatırladarsan mənə. Unutduğum xəyallarımdan, arzularımdan danışıb, onları həyata keçirməyim üçün həvəsləndirərsən. Mən səni çox sevirəm. Sən də özünü sev oldumu?
Çalış 35 yaşından da çox yaşa :) Sevgilər..."








44 yorum:

  1. Değişik bir mim olmuş. Umarım en kısa zamanda yapabilirim...

    YanıtlaSil
  2. keyifli bir mim en kısa zamanda yapacağım. Mimi yaptıktan sonra sizin mektubunuzu okuyacağım , teşekkür ederim
    sevgiyle

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyənmənizə çox çox sevindim. İnşallah. Uşaqlığınıza yazacağınız məktubu maraqla gözləyirəm mən də😊❤

      Sil
    2. Mim görevimi yaptım
      Gecikme için özür dilerim
      Sevgiyle

      Sil
    3. Minnetdaram Tigris xanım. Gelirem oxumağa 😊❤

      Sil
  3. Mimleme için teşekkürler canım. Düşündürücü bir konu. En kısa zamanda yapmaya çalışacağım :)

    YanıtlaSil
    Yanıtlar
    1. Mim yazılarını çox da sevməyən biri olduğunuz halda bunu etmənizin dəyəri başqadır mənim üçün😊 Təşəkkür edirəm❤

      Sil
  4. yazdıııım oleeey :) soru da nefis cevapların da düzgün, erdemli, faydalııııı öğütlüüüü ve tatlııııı :)

    YanıtlaSil
    Yanıtlar
    1. Maşallah bu nə hız?!🤗 Çox çox təşəkkür edirəm. Tez qaçım oxumağa. Cansan.❤🥰😘

      Sil
  5. O kadar güzel yazmışsınız ki okurken duygulandım, sık sık gülümsedim. Mektubu okuyan bir küçük kız çocuğu canlandı gözümde, yüzü bir an aydınlanan, bir an hayal kırıklığına uğrayan, sonra yine aydınlanan. Çok güzel olmuş :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox təşəkkür edirəm. Bu qədər diqqətlə oxumanız və duyğu dolu yorumunuz üçün. İnanın mən də yazanda eyni halları keçirmişdim. Sevgilər.

      Sil
  6. Çok samimi, sıcak bir mektup:) Deep beni aynı konuda mimlemiş. Bu sayede tanıdım, takibe aldım seni. Hoşçakal:)

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz. Sizin də mim yazınızı oxuyacam mütləq. Minnətdaram ziyarətiniz və yorumunuz üçün.

      Sil
  7. Sevgili Umman,
    Çok güzel bir mim konusu bulmuşsun ve beni de mimlemişsin. Çok mutlu oldum. En kısa zamanda yapacağım inşallah. :) Mim cevabınla geçmişteki 10 yaşına yolculuk yapmış gibi oldum sayende. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ben de senin bloğunu ziyaretden dönüyorum. Mimden haberin olduğunu bilmiyordum. Haber verdim güya sana🙈 Beğenmen beni mutlu etdi. Senin mim yazını da merakla bekliyorum.❤

      Sil
    2. Merhaba Umman,
      Mimi cevapladımm. :)

      Sil
  8. Ne güzel yazmışsın öyle içten samimi sıcacık bir mektup ...dilerim her şey o güzel gönlünce olsun inşallah canım benim en kısa zamanda yapacağım biraz geç gördüm kusura bakma rahatsızdım kaç gündür sevgiler canım benim ..

    YanıtlaSil
    Yanıtlar
    1. Çok geçmiş olsun. Estağfurullah ne qüsuru. Men heç imkan tapıb mimlediyim bloq dostlarımın bir çoxuna xeber bele etmemişem.🤦‍♀️
      Mektubumu beyenmen çox sevindirdi meni. Senin mektubunu da maraqla gözleyecem. 1🥰😘😘❤

      Sil
  9. Merhaba...Deep sayesinde tanıdım blogunu.Mimin blog dünyasına heyecan kattı.Psikoterapi oldu hepimize 😊 Kucak dolusu sevgiler 😊😊

    YanıtlaSil
    Yanıtlar
    1. Ay ne gözel. Xoş geldiniz, sefalar getirdiniz. Çox sevindirdi meni yorumunuz. Minnetdaram❤

      Sil
  10. Bende yaptım. Güzel mimdi. Teşekkürler:)
    https://beydaninkitapligi.blogspot.com/2019/11/mimlendim-ve-mimledim-52-cocukluguma.html

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sevindim. Mimi etdiyiniz üçün teşekkür edirem. Mütleq ziyaret edib oxuyacam❤

      Sil
  11. Emeğinize sağlık, ne güzel düşünmüşsünüz. En kısa zamanda yapacağım, teşekkür ediyorum bu güzel paylaşım için de :)

    YanıtlaSil
    Yanıtlar
    1. Esl men teşekkür edirem ziyaretiniz ve mimi edeceyiniz üçün.🤗

      Sil
  12. Ne güzel bir mektup.Yazarken gözlerim dolacaktır benim de ara ara...

    YanıtlaSil
  13. Bu aralar kafam bir dünya, görmemişim canım.Yazayım bir mektup 10yaşıma.sevgiler

    YanıtlaSil
  14. Yox men size xeber etmeliydim eslinde. Amma menim de başım sizin kimi bu aralar çox qarışıqdı😑 İnşallah mimi severek edersiniz. ❤

    YanıtlaSil
  15. Yazdığın məktubu üzümdəki gülümsəmə ilə birlikdə oxudum,bəzən huznlendim amma. Bu qədər gözəl yazmağı , duyğularınızı bu qədər səlis ifadə etməyi necə bacarırsınız bilmirəm amma hər yazinizda daha çox heyran qaliram sizə. Mim üçün təşəkkür edirəm,insaAllah ən qısa zamanda yazmağa çalışacam. Qeleminize, qəlbinizə sağlıq....

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Tam tersini düşünürem oysa ki. Heç duyğularımı hiss etdiyim qeder eks etdire bilmirem yazımda. Xoş düşüncelerin sevindirdi meni. Çox teşekkür edirem.❤😘

      Sil
  16. mektubun harika olmuş. uzun ve duygusal. ben de yazacağım inşallah. mimlediğin için teşekkürler :))

    YanıtlaSil
    Yanıtlar
    1. Men teşekkür edirem. Sizin mektubu da maraqla gözleyecem🤗

      Sil
    2. yazdım mektubu sonunda. çok sağ olun :)

      Sil
    3. Çox sevindim. Siz sağ olun. Gelirem derhal oxumağa 😊❤

      Sil
  17. Nihayet ben de yazdım mektubu.Kusura bakmayın biraz geç kalmış olabilirim.

    YanıtlaSil
    Yanıtlar
    1. Olsun. Mimi etdiyiniz üçün çoox teşekkür edirem. Derhal gelirem ziyaretinize😊❤

      Sil
  18. Sevgili Umman, yazdığın bu çok özel mektubun ve başlattığın mim ne güzelliklere vesile oldu. Bizleri çocuk yanımızla tekrar buluşturduğun için çok çok teşekkürler. Yazdım ben de ve az önce yayımladım. Kocaman sevgiler...

    YanıtlaSil
    Yanıtlar
    1. Sözleriniz çox sevindirdi meni. Men teşekkür edirem her birinize. O qeder gözel, duyğu dolu mektublar oxudum ki, bu sayede. Derhal sizin mektubu da oxumaq üçün ışınlanıram bloqunuza😊❤

      Sil
  19. Sağolsun Deep mimlemişti.Ben de yaptım bu mimi.Linki de buraya bırakıyorum :)) https://faslibahar.blogspot.com/2019/11/buyuyunce-ogrenirsin.html

    YanıtlaSil
    Yanıtlar
    1. Ne gözel.🤗 Teşekkür edirem. Gelirem oxumağa.❤

      Sil
  20. Niye ise sizin mektubunuzu tapmadım bloqda 🤔

    YanıtlaSil
  21. Yanıtlar
    1. Ayy teşekkür edirem Deep❤❤❤❤😘😘😘😘

      Sil