Sayfalar

2 Aralık 2019 Pazartesi

Joje Moyes / Bir üstəgəl bir



   Kitab mağazasında önümdəki rəflərdən mənə gülümsəyən kitablara gözümdən ürəklər fışqıraraq baxarkən dayana bilməyib seriya şəklində və ya üz qabığı eyni rənglərdə çap olunan eyni müəllifin müxtəlif kitablarından birini almaq, oxuyub bitirdikcə digərlərini də alıb kitablığımda müəyyən kateqoriya altında heç olmasa bir qrup da olsa kitab olsun istədim.

   Kitabları bir-bir nəzərdən keçirərkən adı sosial şəbəkələrdə tez-tez qarşıma çıxan Jojo Moyesin "Bir üstəgəl bir" əsərini seçdim.


   Kitabı aylar öncə alsam da oxumaq indilərə nəsib oldu.

   Əsər haqqındakı düşüncələrimə gəlincə, ilk başda oxuyanda bu kitaba pul verdiyimə çox üzüldüm. Çünki açığı mövzusu maraqlı olduğu halda  ruhumu o qədər sıxdı ki...

   Belə düşünün himayəsində balaca qızı və ərinin başqa bir qadından qeyri-qanuni doğulmuş oğlu olan qadın həyatda qala bilmək üçün gündüzlər evlərdə, axşamlar barda xidmətçi işləyir.

   Yeniyetmə yaşındakı ögey oğlu narkotikadan istifadə edir və davamlı bir şəkildə qonşuluqdakı pis uşaqlar tərəfindən döyülür.

   Qızı riyaziyyatdan üstün zəkalı olduğu üçün xüsusi məktəbdə oxumaq üçün dəvət alır, lakin bunun üçün tələb olunan müəyyən miqdarda pula qadının gücü yetmir.

   Bəs bu uşaqların atası hardadır? Bir gün mən artıq bacarmıram, dincəlməliyəm deyib uzaq şəhərə anasının yanına köçüb.

   Və qadın bütün problemlərlə tək başına mücadilə vermək məcburiyyətindədir.

   Digər tərəfdən boşanmış bir kişi, heyvani duyğularla bağlandığı başqa bir qadının fırıldağına məruz qalır, bütün karyerasını, pulunu itirmək təhlükəsi altındadır...

   Üstəlik uzun müddətdir başı işə qarışmış bu kişinin çoxdandır görmədiyi xəstə atası və yaşlı anası var ki, bacısı təkidlə onu evə, onların könlünü almağa çağırır...

   Və bunun kimi qərb dünyasının bir çox ürək sıxan "ailə" mənzərələri... Heç bir ülvilik, heç bir dəyərin olmadığı dayaz bir cəmiyyət... Bizdə yoxmu belə hallar, əlbəttə ki, var. Amma inanın əsəri oxuyunca daha yaxşı anlayacaqsınız aramızdakı fərqi...

   Odur ki, sonlara doğru bəzi şeylərin (gözlədiyimdən daha soyuq və duyğu baxımından düşündüyümdən daha zəif olmasına baxmayaraq) düzəlməsi istər-istəməz insanda dünya və həyat ilə bağlı  bir ümid, bir inam yaradır.

   Önümüzə çıxan eşq hekayəsi heç cür güclü mənəvi duyğular ehtiva etməsə də içində inandırıcı və səmimi gəldi mənə nədənsə.

   Bilmirəm, bəlkə də bir çoxunuz oxuyub daha dərin mənalar tapacaqsınız ki, bəzi məqamlar üçün doğurdan da bu mənaları tapmaq mümkündür. Amma mənim üçün bu kitab hadisələrin maraqlı gedişatı ilə özünü oxutduran, türklər demişkən "çerezlik" bir kitab oldu. 

   O ki, qaldı yuxarıda qeyd etdiyim kimi Joje Moyesin digər kitablarını da almağa, doğrusu düşünmürəm. Amma önümə çıxsa bu yazıçıya bir dəfə də şans verərəm yəqin ki.

8 yorum:

  1. Kitabı anlatış tarzınız ve diliniz kulağa öyle hoş geliyor ki. Teşekkür ederim:)

    YanıtlaSil
    Yanıtlar
    1. Men teşekkür edirem. Azerbaycan dili sevilecek bir dildir mence de.😊

      Sil
  2. Jojo Moyes kitapları her zaman şahanedir :)

    YanıtlaSil
    Yanıtlar
    1. Zövqler ferqlidir. Eminem beyenen çoxdur onun eserlerini. Teşekkürler.❤

      Sil
  3. evet yaa hafif hoş ve hemen unutulan şeyler yazıyoree :)

    YanıtlaSil
  4. Merhaba.Oldukça kaliteli bir blogunuz var sizi takibe aldım.Zaman ayırmak isterseniz sizi de yeni açtığım blogumu takip etmeye davet ediyorum.Sağlıcakla Kalın.

    https://hepfragmanizle.blogspot.com/

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz. Bloqum üçün gözəl düşüncələrinizə görə təşəkkür edirəm. Əlbəttə gələcəm. Yeni bloq dostlarımızın olması sevindirir bizi🤗

      Sil