Bu ayın oxuma və izləmə siyahısındakı hər iki bəndə üstəgəl qoymağın sevincini yaşayıram. Məlum karantina, #evdeqal xəbərdarlığını dünyanın sonu imiş kimi qarşılamaq yerinə, bol film izləyib, kitab oxumaqla bu bir daha ələ keçməyəcək fürsəti dəyərləndirənlərdən biri olaraq, bir an öncə bu bəlanın qalxması üçün dualarla yanaşı, gündəlik həyatımızı da bu aktivitələrlə rəngləndirməyə çalışıram.
Nə isə...Çox uzatmadan keçək yorumlara.
Mart ayı:
▪️ Kitab : Jose Saramago "Bilinmeyen adanın öyküsü"
▪️ Film : "The Truman show"
Jose Saramago / Bilinmeyen adanın öyküsü
✔ Kendinden dışarı çıkıp kendine bakmadıkça kim olduğunu asla bilemezsin.
Bunun digər səbəbi də kitabın çox qısa və axıcı olması oldu. Nağıl dadında, heç yorulmadan 1 saata oxunacaq kitabdır "Bilinmeyen adanın öyküsü".
Amma bu qısacıq hekayədə nələr yoxdur ki... Mətnaltı o qədər mənalar vardı ki... Yazıçı sadə cümlələrin arasına söyləmək istədiklərini çox diqqətli bir şəkildə səpələyib sanki...
Bir adamın gəmi ilə bilinməyən bir adanı tapmaq xəyalı ilə başlayır hər şey... İnadla istədiyi gəmini alan adam üstəlik, bir yoldaş da qazanır özünə... Artıq gəmisi var, bilinməyən adanı tapmaq üçün yola düşsünmü? Yoxsa, axtardığı o bilinməzliyi artıq tapmışmı sayılır?.. Özümüzə kənardan bir baxış, özümüzü kəşf etməyin hekayəsimi bu? Yoxsa axtardığımız eşqmi o bilinməzlik? Adam səyahət rüyalarına dalarkən, oyandığında yanında ona həyat yoldaşlığını edəcək qadının gerçəkliyi ilə üz-üzə qalır... Hekayə "Öğlene doğru, cezirle birlikte, Bilinmeyen Ada nihayet denize açılmış, kendini aramak amacıyla" cümləsi ilə
bitərkən əslində yazıçı mövzunun əsl anlamını da açıqlamış olur.
Amma, məncə, oxuyan hər kəs özünün bilinməz, əlçatmaz xəyallarını qoya bilər o adanın yerinə... Və seçim sizin... Ya hər şeyi gözə alıb o bilinməzliyə doğru yol alacaq, ya da həyatın şərtləri ilə razılaşıb, eyni həyatı yaşamağa davam edəcəksiniz...
SEÇDİKLƏRİM:
✔ İşte kader hep böyle davranır bizlere, hemen arkamızdadır, omzumuza dokunmak içini elini çoktan ileri doğru uzatmıştır, bizlerse hâlâ, Geçti gitti, gösteri bitti, yine aynı hikâye, diye homurdanıp dururuz.
✔ Kim olduğunu bilmiyorsan kendin olabilmen mümkün değildir.
✔ Beğenmek, sahip olmanın en iyi şekli, sahip olmaksa beğenmenin en kötü şekli olsa gerek.
Film : The Truman Show
Filmi, əlbəttə ki, daha əvvəl izləmişdim. Amma təkrar izləmək istədim. Çünki çox sevmişdim.
Film əslində get-gedə sərhəd tanımayan şou-proqramların, ümimilikdə, tv dünyasının təhlükəsindən bizi xəbərdar edərkən, eyni zamanda əslində uzun illər öncə çəkilməsinə baxmayaraq, hal-hazırda bütövlükdə həyatımızı nəzarət altına almış sosial şəbəkələrin qorxuncluğunu əks etdirdiyini də söyləyə bilərik.
Truman sadə və normal bir həyat yaşadığını zənn edən bir vətəndaşdır. Hər gün səhər oyanır, qəlyanaltı edir, qapının önündə qonşuları ilə salamlaşır, yolda dönüb köşkdən jurnal alır və iş yerinin önündə ekiz kişilərlə qarşılaşır və s. Bəli bütün bunları hər gün eynisilə yaşayır. Lakin bir gün (ölmüş atasını küçədə gördükdən sonra) doğru bir həyat yaşamadığını hiss etməyə başlayır və saxta kimliyini ortaya çıxarmaq, gerçək mənliyini tapmaq duyğusu get-gedə güc gəlməyə başlayır. Onu saran bu möhkəm zəncirdən qurtuluş kimi Fiji adalarına getməyi hədəf qoyur özünə. Bəs gedə biləcəkmi? Hələ də izləmədinizsə özünüz baxın görün.😊❤
Bu ayın kitab və filmi arasında maraqlı bir bağ var. Hər ikisinin qəhrəmanı özünü tapmaq üçün, başqa bir dünyaya açılmaq, yeni bir adaya qədəm qoymaq düşüncəsindədir. Özünü tapmaq, tanımaq, bilmək son illərdə zehnimi qurcalayan ən böyük məsələlərdən olduğuna görə mən hər ikisini çox bəyəndim.
Siz də oxuyun, izləyin, fikirlərinizi bizimlə də bölüşün.🤗
Bu etkinliyi həyata keçirən bloqdaşlarıma təkrar təşəkkür edərək onların da yorumlarını oxumaq isətəyərsiniz bəlkə deyə linklərini aşağıya qoyub sağollaşıram sizinlə. ⬇️ ❤
Mor Düşler Kitaplığı
Bu etkinliyi həyata keçirən bloqdaşlarıma təkrar təşəkkür edərək onların da yorumlarını oxumaq isətəyərsiniz bəlkə deyə linklərini aşağıya qoyub sağollaşıram sizinlə. ⬇️ ❤
Mor Düşler Kitaplığı