30 Mart 2020 Pazartesi

Hər aya 1 Kitab, 1 Film



   Bu ayın oxuma və izləmə siyahısındakı hər iki bəndə üstəgəl qoymağın sevincini yaşayıram. Məlum  karantina, #evdeqal xəbərdarlığını dünyanın sonu imiş kimi qarşılamaq yerinə, bol film izləyib, kitab oxumaqla bu bir daha ələ keçməyəcək fürsəti dəyərləndirənlərdən biri olaraq, bir an öncə bu bəlanın qalxması üçün dualarla yanaşı, gündəlik həyatımızı da bu aktivitələrlə rəngləndirməyə çalışıram.

Nə isə...Çox uzatmadan keçək yorumlara.

Mart ayı:

▪️ Kitab : Jose Saramago  "Bilinmeyen adanın öyküsü"
▪️ Film : "The Truman show"


Jose Saramago / Bilinmeyen adanın öyküsü


✔ Kendinden dışarı çıkıp kendine bakmadıkça kim olduğunu asla bilemezsin.

   Bu ayın əvvəlindən oxuduğum kitab qalın və dərin olduğundan (bir o qədər də mükəmməl😍(Martin İden)) bitirə bilməyəcəyimi, ayı bir kitabla başa vuracağımı düşündüm. Amma məlum karantina mənə bu baxımdan kömək oldu və həm etkinlikdə yer alan, həm də başqa bir kitabı da oxuyaraq, aya 3 kitab hədəfimi yenə yaxalamış oldum. 
Bunun digər səbəbi də kitabın çox qısa və axıcı olması oldu. Nağıl dadında, heç yorulmadan 1 saata oxunacaq kitabdır "Bilinmeyen adanın öyküsü". 
Amma bu qısacıq hekayədə nələr yoxdur ki... Mətnaltı o qədər mənalar vardı ki... Yazıçı sadə cümlələrin arasına söyləmək istədiklərini çox diqqətli bir şəkildə səpələyib sanki...

Bir adamın gəmi ilə bilinməyən bir adanı tapmaq xəyalı ilə başlayır hər şey... İnadla istədiyi gəmini alan adam üstəlik, bir yoldaş da qazanır özünə... Artıq gəmisi var, bilinməyən adanı tapmaq üçün yola düşsünmü? Yoxsa, axtardığı o bilinməzliyi artıq tapmışmı sayılır?.. Özümüzə kənardan bir baxış, özümüzü kəşf etməyin hekayəsimi bu? Yoxsa axtardığımız eşqmi o bilinməzlik? Adam səyahət rüyalarına dalarkən, oyandığında yanında ona həyat yoldaşlığını edəcək qadının gerçəkliyi ilə üz-üzə qalır... Hekayə "Öğlene doğru, cezirle birlikte, Bilinmeyen Ada nihayet denize açılmış, kendini aramak amacıyla" cümləsi ilə
bitərkən əslində yazıçı mövzunun əsl anlamını da açıqlamış olur.
  
Amma, məncə, oxuyan hər kəs özünün  bilinməz, əlçatmaz xəyallarını qoya bilər o adanın yerinə... Və seçim sizin... Ya hər şeyi gözə alıb o bilinməzliyə doğru yol alacaq, ya da həyatın şərtləri ilə razılaşıb, eyni həyatı yaşamağa davam edəcəksiniz... 

SEÇDİKLƏRİM:

✔ İşte kader hep böyle davranır bizlere, hemen arkamızdadır, omzumuza dokunmak içini elini çoktan ileri doğru uzatmıştır, bizlerse hâlâ, Geçti gitti, gösteri bitti, yine aynı hikâye, diye homurdanıp dururuz.

✔ Kim olduğunu bilmiyorsan kendin olabilmen mümkün değildir. 

✔ Beğenmek, sahip olmanın en iyi şekli, sahip olmaksa beğenmenin en kötü şekli olsa gerek.


Film : The Truman Show


   Filmi, əlbəttə ki, daha əvvəl izləmişdim. Amma təkrar izləmək istədim. Çünki çox sevmişdim. 


   Film əslində get-gedə sərhəd tanımayan şou-proqramların, ümimilikdə, tv dünyasının təhlükəsindən bizi xəbərdar edərkən, eyni zamanda əslində uzun illər öncə çəkilməsinə baxmayaraq, hal-hazırda bütövlükdə həyatımızı nəzarət altına almış sosial şəbəkələrin qorxuncluğunu əks etdirdiyini də söyləyə bilərik. 


   Truman sadə və normal bir həyat yaşadığını zənn edən bir vətəndaşdır. Hər gün səhər oyanır, qəlyanaltı edir, qapının önündə qonşuları ilə salamlaşır, yolda dönüb köşkdən jurnal alır və iş yerinin önündə ekiz kişilərlə qarşılaşır və s. Bəli bütün bunları hər gün eynisilə yaşayır. Lakin bir gün (ölmüş atasını küçədə gördükdən sonra) doğru bir həyat yaşamadığını hiss etməyə başlayır və saxta kimliyini ortaya çıxarmaq, gerçək mənliyini tapmaq duyğusu get-gedə güc gəlməyə başlayır. Onu saran bu möhkəm zəncirdən qurtuluş kimi Fiji adalarına getməyi hədəf qoyur özünə. Bəs gedə biləcəkmi? Hələ də izləmədinizsə özünüz baxın görün.😊❤ 

   Bu ayın kitab və filmi arasında maraqlı bir bağ var. Hər ikisinin qəhrəmanı özünü tapmaq üçün, başqa bir dünyaya açılmaq, yeni bir adaya qədəm qoymaq düşüncəsindədir. Özünü tapmaq, tanımaq, bilmək son illərdə zehnimi qurcalayan ən böyük məsələlərdən olduğuna görə mən hər ikisini çox bəyəndim.

   Siz də oxuyun, izləyin, fikirlərinizi bizimlə də bölüşün.🤗

   Bu etkinliyi həyata keçirən bloqdaşlarıma təkrar təşəkkür edərək onların da yorumlarını oxumaq  isətəyərsiniz bəlkə deyə linklərini aşağıya qoyub sağollaşıram sizinlə. ⬇️ ❤

Mor Düşler Kitaplığı

23 Mart 2020 Pazartesi

Bir də belə baxaq...


   
 (5 il sonra)

Yadındamı, dünya, 5 il bundan öncə idi... Bir virus peyda oldu birdən-birə... Güdəlik həyatımızı, bütün adətlərimizi dəyişdi... Xatırlayaqmı o günləri?

Bu virus həyatın canlandığı, günəşin yavaş-yavaş torpağı isitməyə başladığı, gül-çiçəyin, kəpənəklərin insanı riqqətə gətirdiyi bahar günlərində gəlib çıxdı ölkəmizə...
İndi düşünürəm də, o zamanalar sanki çiçəklər də açmaq üçün gecikmişdi... İlıq yaz günlərinin əvəzinə bitmək bilməyən buludlu və yağışlı günlər əvəz etmişdi bir-birini...

Nə qədər pozitiv olmağa çalışsaq da hər kəsin qəlbini bürümüş qorxu və ümidsizlik hissi bahara da qara və buludlu fon vermişdi sanki...
Həyatımda ilk dəfə olaraq ölkəmizdə ən sevimli milli bayramımız olan Novruzun kütləvi şəkildə qeyd olunmamağına şahid oldum. Evlərdə insanlar səməni göyərdib süfrə açdılar, amma bu bayram o bayramlardan deyildi.

Məktəblərdə, bir çox iş yerlərində tətil elan olundu. Maskalar apteklərdən yoxa çıxdı. Hər kəs evinə qapandı. Biz də pal-paltarımızı toplayıb kəndə getdik. Sonra rayonlardan Bakıya giriş qadağası qoyuldu.

Gündə azı 20 dəfə sabunlanıb, spirtlənirdik. Artıq insanların bir-birinə sarılmağı uzaq keçmişdə qalmışdı. Hamı kənardan salamlaşır, yaxın durmamağa çalışırdı.

Fəthlər paylandı, dünyanı saran bu bəladan qurtuluş üçün dualar oxundu.

Bütün dünya tək ürək olmuşdu sanki... Ortaq problem ölkələri yaxınlaşdırdı bir-birinə... Artıq müharibələr, torpaq iddiaları da unudulmuşdu...Yeganə dərd var idi - KORONAVİRUS...

İnternetdə güncəl ststistika qoyulmuşdu... Hər kəs dünyadakı bəlanın son durumunu ölkələr üzrə görə bilirdi... Ölkələrdən gələn yoluxma və ölüm sayları insanları müxtəlif mülahizələrə sürükləyirdi...
Bəzisi bioloji silah dedi, bəziləri qara güclərin planının bir hissəsi, bəzisi isə xirtdəyə qədər çirkaba batmış insanlığa Allahın göndərdiyi bəla...

Sosyal medya bu bəla ilə bağlı informasiyalarla dolub daşdı... 

Qıtlıq olacaq düşüncəsi ilə rəflər boşaldı, qidalar ehtiyat olaraq evlərdə  depolandı...                 

Tətillər təkrar-təkrar uzadıldı... Məktəblər, kurslar, universitetlər, distant - online dərslərə başladılar...

Xəbərlərdə, reklamlarda, verilişlərdə tək gündəm koronavirus oldu...

Və kiçicik bir virusun qarşısında qosqoca dünyanın acizliyi çox şey düşündürdü bizə... 

İnsanlar böyük hərisliklə bağlandıqları, bütün həyatlarını həsr etdikləri, uğruna sevdiyi insanlardan  vaz keçdikləri  bir çox şeyin boş və əbəs olduğunun fərqinə vardılar...

Evdə qaldıqları bu uzun günlərdə ailəsi ilə, övladları ilə zaman keçirməyin, sürətli və səsli-küylü bir yaşamdan kənarda sakitliyin fərqinə varmağın, bir az özünün, qəlbinin səsini dinləməyin nə qədər müthiş bir duyğu olduğunu anladı ömrünü işlərinə adamış qadın və kişilər...

Sevdiklərini hər an itirmə qorxusu ilə üz-üzə qalmaq insanlığa ətrafındakılara dəyər verməyi, onların qayğılarına qalmağı və onlara zaman ayırmağı da öyrətdi...

Uşaqların  hər gün çanta bellərində məktəbə getməkləri, çıxıb parklarda oynamaqları, insanların çöldə görüşüb, sinemaya, alış-verişə getməkləri, istədikləri yerlərdə oturub yemək yeməkləri kimi ən adi həyat məşğələləri belə nə qədər şükür ehtiva edirmiş içində bunu öyrətdi insanlığa virus...

İllərlə can çəkişən xəstələrlə, aclıq səbəbi ilə hər gün ölüm təhlükəsi ilə üz-üzə qalan insanlarla, gələcək planları qurmaqdan uzaq, sadəcə bir gün daha çox yaşaya bilmək mücadiləsi verən müharibə insanları ilə empatiya qurmağı öyrəndi dünya...

Və bu çətin, sonu müəmmalı günlərdə Rəbbə əl açmağı, dua etməyi, artıq bütün məna və dəyərini itirmiş dünyəvi arzu və işlərdən sıyrılıb, sadəcə ona yönəlməyi öyrəndi bir də...

Sadəcə öz kiçicik dünyasında yaşayıb ətrafı görə bilməyənlər belə bir anda nə qədər böyük olsa da bütün dünyanın əslində, doğma evimiz olduğunu anladı... Onu təmiz saxlamaq, qorumaq, sevmək və bu evdə yaşayan digər üzvlərin də qayğısına qalmaq lazım olduğunu da... 

Qısacası, o günlər hər nə qədər dəhşətli günlər olsa da, itirdiklərimiz çox olsa da bu virusun dünyaya öyrətdikləri də çox oldu.

Ondan qurtuluş günü də bütün dünyada bu qədər çoşğu ilə qeyd olunan yeganə ümumdünya bayramı oldu.

Artıq o bəlalı günlər geridə qaldı. Günəş yenidən isti, mehriban şüaları ilə vurmağa başladı. Gül-çiçəklər əvvəlki əlvanlığına qovuşdu... Mavi buludsuz səmamızı quşların cəh-cəhi, kəpənəklərin uçuşu daha da gözəlləşdirdi...

Və insanlıq...
İnsanlıq bu virusdan sonra çox dəyişdi, dünyamız daha yaşanılır hala gəldi...
Müharibələr bitdi... Aclıq bitdi... Çünki yardımlaşmağı, haldan anlamağı, tək ürək olmağı öyrətmişdi bizə Korona...

Odur ki, hər nə qədər yaddaşlarda azğın düşmən imici buraxıb getsə də, hərdən ona təşəkkür etməyimizin lazım olduğunu da düşünürəm... 

Bir gün dünya yenə pozulmağa üz tutsa onun təkrar qonağımız olmayacağına də heç kəs zəmanət verə bilməz... 

Odur ki, sevgi dolu, sayğı dolu, empatiyalı olmağa davam et, dünya !!!

16 Mart 2020 Pazartesi

Alfred Adler / Yaşamın anlam ve amacı



   Psixologiyaya qarşı günü gündən artan marağım sayəsində oxudum Alfred Adlerin "Yaşamın anlam ve amacı" kitabını. Təəssüf ki, yenə pdf oxumaq nəsib oldu. Ona görə istədiyim sürətdə getmədi. Amma kitabın mənə qatdıqları, ordan aldığım bilgilər o qədər çox oldu ki, nə yaxşı, nə yaxşı mən bu kitabı oxudum deyə düşündüm. 

   Kitabda adından da məlum olduğu kimi insanın bu həyatdakı yaşama səbəbini və məqsədini açıqlamağa çalışıb Alfred Adler.

   Və o qədər gözəl açıqlayıb ki... Onun düşüncələri və görüşlərinin demək olar ki, hamısı ilə razılaşdım. Çünki, həyatı, xüsusən, insanları fitrətlərinə uyğun təhlil edir.

   Başda insanın dünyadakı 3 vəzifəsindən danışır:
1) İş-güc - Dünyanın bizi təmin etdiyi imkan və şərait daxilində özümüzü inkişaf etdirməliyik
2) Sosiallıq - Həyatda qala bilmək üçün digər insanlarla əl-ələ çalışıb öz həyatımızı və digər insanların həyatını davam etdirmək və onlarla bərabər duyğuları paylaşmalıyıq.
3) Cinsəllik - İki ayrı cinsiyyət olaraq insanların bir-birinə bağlanması, fərdin və cəmiyyətin varlığını davam etdirə bilməsi üçün sevgi və evliliklə vəzifələndirilmişik.

   Bu üç vəzfəni yerinə yetirməkdə uğursuz olan insanların problemini uşaqlıq dövründəki həyatlarına bağlayaraq həmin insanları üç kateqoriyaya ayırır Alfred : 1.Yetersiz organlarla dünyaya gelen; 2.Şımartılan; 3.İhmal edilen.

   Və bəlkə də kitabın əsasını bir cümlə ilə ifadə edir müəllif : "Yaşam demek, insanlara ilgi göstermek, bütünün bir parçası olmak, elden geldiğince insanlığın esenliğine katkıda bulunmaktır."

   Kitabda ayrı ayrı başlıq altında çox məqamlara toxunub yazıçı-psixoloq. Məsələn mənə ən maraqlı gələnlərdən biri uşaqlığımızı düşünərkən xatırladığımız ilk xatirənin bizim psixologiyamızı, həyata baxışımızı ortaya çıxarmasıdır. 

  Hər başlıq altında çox maraqlı və önəmli məsələlərə toxunulub. Təəssüf ki, hər biri haqqında yazmaq mümkün deyil. Sadəcə mövzuların rəngarəngliyini bilməyiniz üçün və də unutmayım deyə başlıqları qeyd edirəm bura.

Kitabdakı mövzu başlıqları :
1. Yaşamın anlamı
2. Ruh ve beden
3. Aşağılık ve üstünlük kompleksi
4. İlk anılar
5. Düşler
6. Aileden kaynaklanan etkiler
7. Okuldan kaynaklanan etkiler
8. Yeniyetmelik
9. Suç ve suçun önlenmesi
10. İş ve meslek
11. İnsan ve diğer insan
12. Sevgi ve evlilik

  Qısacası, həyatı sorğulayan, insanları, özünü analiz etməyi sevən və psixologiya ilə maraqlanlar üçün çox dəyərli bir kitabdır "Yaşamın anlam ve amacı".

                     Seçdiklərim:
✔Bizi sıkıntıya sokan, yaşantılarımızdan kaynaklanıp travma olarak niteleyeceğimiz şok değildir, tersine biz kendimiz yaşantılarımızı amaçlarımıza hizmet edecek biçime sokar, yaşantılarımıza verdiğimiz anlamla kendimizi belli bir yazgıya yükümlü kılarız.

✔Bir annenin ilk görevi, belli bir kişiye tamamen güvenebileceği duygusunu çocukta uyandırmak, daha sonra da bu güvenin giderek açılım kazanarak derinleşmesini ve sonunda bütün çevrenin güven kapsamına alınmasını sağlamaktır.

✔İnsan karakterinin değişmeden kaldığı ileri sürülür bazen; ama böyke bir savı ileri sürenler, kişinin yaşam içindeki konumunu kavramlarını sağlayacak anahtarı asla ele geçiremeyenlerdir.

✔Ruh bir motora benzer, bedende keşfedebileceği tüm olanakları harakete geçirir ve karşılaşacağı tüm güçlüklerde bedenin kendisine güven ve üstünlük sağlayacak bir konumu ele geçirmesine katkıda bulunur.

✔Psikolojinin görevi, bireyin bütün dışavurum biçimlerinde saklı anlamı araştırmak, bireyin amacının kapısını bize aralayacak anahtarı ele geçirmek ve bu amacı başka bireylerin amaçlarıyla karşılaştırmaktır.

✔Çevresine gereği gibi uyum sağlayamayan ve çevrenin beklentilerini karşılamada zorlanan bir vücut, genel olarak ruh tarafından bir yük olarak algılanır.

✔Canına kıyan her kesin, ölümünden sorumlu tutmak istediği biri vardır. İntihara kalkışan kişi şöyle söylemek ister adeta: " Ben insanlar arasında en ince duygulu, en hassas biriydim, ama sen alabildiğine zalim davrandın bana."

✔Anılar bir kişinin yaşam öyküsünü oluşturur; kendi kendisini uyarmak ya da teselli etmek, belirlediği amaca giden yoldan ayrılmamak, geçmişte kalmış deneyimlerden yararlanıp sınanmış bir davranış biçimiyle gelceğin karşısına çıkabilmek için, insanın kendi kendine anlattığı bir öyküdür bu.

✔Bir kadın evin idaresine bir sanat gözüyle bakıyor, ilgisini bu sanat üzerinde yoğunlaştırıyor, böylelikle diğer insanların yaşamlarını aydınlattığına ve zenginleştirdiğine inanıyorsa, dünyadaki bütün başarılı işlerden aşağı kalmayacak bir iş yapmış olacaktır. 

9 Mart 2020 Pazartesi

Sözüm var sənə...



   Bütün ömrüm boyu yolunu gözlədim... Hər qəlbimə bir addım yaxın düşəni sən zənn etdim. Və hər səni tapdığımı düşündüyüm məqamda bir bahar coşğusu oyandı qəlbimdə... Bitdi düşündüm... Artıq o var yanımda... Dərdimə dərddaş, sirrimə sirdaş, sevincimə yoldaş... Sonra yenə yalnış seçim, yenə aldanmışlıq...

   Ən ağırı da özünün-özünü aldatdığını anlaman... Layiq olmadığını bilə-bilə baha dəyər biçmən... Qəlbində digərlərini yana sıxışdırıb onun yerini genişlətmən... Onun sən olduğuna özünü inandırman...  Sən olmadın, qısacası... Sən olmadın... 
 
   Bilirsənmi o coşğunun sönməsi nə qədər acı olur... Bu yenə bitmək bilməyən zaman döngüsündə səbir platformasında gözünü gələcək  qatarın yollarına dikmək deməkdir... Bu dəfə o qatarın içində gözlədiyinin gələcəyinə özünü inandırmaq deməkdir... 

   Dörd yanımda xəyallarımın qırıqları... Hara dönsəm batır, canımı ağrıdır... Bir ara toplayım gərək... Yeni biri qırılmadan... Yoxsa hərəkət də edə bilməyəcəm...

   Ürəyim qanayır anlayırsanmı? İçinə yığılmış, sənə anlatacağım günləri gözləyən duyğular sığmır artıq ora... Bir də sən zənn etdiklərimin məzarları... Çatlayıb divarları... Ürəyim qanayır...

   Anlaşılmaq bu qədər çətinmi?! Bəs hiss edilmək? Mənim duyğularımmı anlaşılmayacaq qədər dərindir, yoxsa qarşıma çıxanlarmı anlamayacaq qədər dayaz?! Bir ömür... Bircəciyidəmi anlamadı? Duymadı?
  - Duymadı. Bircəciyi də duymadı. Çünkü onlar sən deyildin. Kəpənək ömrü yaşayan dostluqlardı. Onlar sən deyildin...

   Düşüncə yalnızlığından, duyğu tənhalığından yorulan dostum,  ruh ekizim buralardayam. Görüşmək nəsib olacaqmı bilmirəm. Əslində başqalarına aldanmasam yolunu gözləmək də başqa bir gözəllik, lakin, aldanınca ağır olur bir az, bilirsən. Gec oldu, gəlişin uzun çəkdi... Günlər keçir, ömür bitir... Bitmədən bir görüşsək? 

   Çünki ölənə yas tutmaqdan çox yoruldum mən...

   Çünki içimə atmaq, özümlə danışmaq istəmirəm yenə ... 

Gəl də, həyəcanlarıma ortaq ol artıq ...
 
 Gəl ki, sənə anlatacaq çox şeyim var...