Sayfalar

6 Nisan 2020 Pazartesi

Keç məndən, həyat...



Keç sən məndən, həyat, keç sən...
Çox tənbələm, çox da yorğun...
İstədiyin  kimi deyiləm, 
Mənim başqadır qanunum...
Qərib diyarda kimiyəm
Həm də ki yorğunam, yorğun...

Özümü tapmaq üçün
 çıxdığım
 yolçuluqlar yorur məni...
Tapdığımı qavramaq üçün
boğuşduğum
 bataqlıqlar yorur məni...

Hayqırdığım susqunluqlar, 
Qələbəlik yalnızlıqlar,
Gur işıqlı qaranlıqlar,
yorur məni...

Bir də yalanlar yorur...
Riyalar, kibirlər yorur...

Uğurlarından danışan uğursuzlar,
Şəfqətindən danışan amansızlar,
Bacarığından dəm vuran yararsızlar
yorur məni...

Gördüklərim yorur məni...
Duyduqlarım yorur məni...

Danışığı ilə zəhər yayanlar,
Özlərini böyük sananlar
Məsləhəti ilə adam boğanlar
Yorur məni...

Məhkəməsiz "hakimlər",
Heç susmayan "müəllimlər",
Və zoraki seçimlər
yorur məni...

Anlayırsanmı?!
Çox yorur...

Ədalətsiz tənqidlər yorur məni,
Dar görüşlü məntiqlər yorur məni,
Bir də çoxbilmiş tiplər ...
çox yorur...

Odur ki, həyat, keç sən məndən...
Çox tənbələm, çox da yorğun.
İstədiyin  kimi deyiləm, 
Mənim başqadır qanunum...

Umman Aslan

06.04.2020
 02:01





22 yorum:

  1. Öyle bir devirde yaşıyoruz ki yaşadıklarımız çok yoruyor bizleri. Bunda şahsımızın da parmağı var. Olumsuzluklara bakıp tamamen de karamsar olmamak gerekiyor.

    YanıtlaSil
  2. "Qərib diyarda kimiyəm həm də ki yorğunam, yorğun" Kendi ülkemi gurbet oldu gurbet, hem hislerimize hem birbirimize yabancılaştık.

    YanıtlaSil
    Yanıtlar
    1. İnsanı en çox da yaxınlarına yadlaşmaq, anlaşılmamaq yorur... Bezen o qeribliyi dibine qeder hiss edirsen.😔

      Sil
  3. Ama bu şiir çok güzel olmuş. ^-^
    Yazdıkça diğer şiirlerini de okumak isterim. *-*

    YanıtlaSil
    Yanıtlar
    1. Beyenmene çox çox sevindim canım menim. Minnetdaram.❤❤

      Sil
  4. oooooo hem sert hem de duygulu. kaç benden ben yorgunuum :)

    YanıtlaSil
    Yanıtlar
    1. Eynen, bir az sitem, bir az özlem, bir parça da yorğunluq...😊❤❤

      Sil
  5. Mümin Sarıkaya - Ben Yoruldum Hayat (

    YanıtlaSil
    Yanıtlar
    1. O mahnını dinleye bilmirem eslinde. İnsanın heyat eşqini söndürür sanki deyirdim. Amma deyesen bu şeir bir az ele o mahnı dadında olub.🤦‍♀️

      Sil
  6. Ne güzel bir şiir :) Tebrikler :)

    YanıtlaSil
  7. şiir çok duygulu.
    bu arada bloğunuzu takibe alıyorum. Deep'in yazısında görüp geldim.

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox sağ olun. Deep candır. Heç xeberim yoxdu. Xoş geldiniz. En qısa zamanda men de gelirem.❤❤

      Sil
  8. Deepten geldim takibe aldım :) Sevgiler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş geldiniz. Çoox teşekkür edirem. Men de gelirem en qısa zamanda ziyaretinize.🤗❤

      Sil
  9. Yanıtlar
    1. Cansın sen cannn... Çooox teşekkür edirem Deep.❤❤😘😘

      Sil
  10. Selamlar Blogunuzu Takipteyim Sizde blogumu takip edip son yazıma yorum yazarsanız çok ama çok mutlu olurum :)

    YanıtlaSil
  11. bu ne qeder gözel bir şeir olmuş canım.Ellerine kalbine sağlık..

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox sağ ol bacım. Bəyənmənə sevindim.❤

      Sil