Sayfalar

13 Nisan 2020 Pazartesi

"Kvan" və "Mucize"



   Hər kəsə həftənin ilk günündən salamlar.  Ümid edirəm ki, hamınız pozitivliyinizi itirmədən, səbirlə bu günlərin çətinliyinə sinə gərir, günlərinizi dolu-dolu keçirməyə çalışırsınız. Məsələn, mənim bu aralar oxuduğum kitabların sayı artıb çox şükür.
 
   Baxıram, rəy yazacağım kitablar yığılır üst-üstə. Ara bir 2 kitabın rəyini birdən yazım dedim. Onsuz məncə, kitab yorumu olan yazılarımı oxuyan olmur. 😅 Sadəcə, necə deyərlər bloqumun stilini pozmamaq, əsəri təhlil edə bilmə bacarığımı inkişaf etdirmək, bir də oxuduğum kitabları unutmamaq üçün bu yazılarımdan əl çəkmirəm. Bir az qısa eləsəm, daha məqsədəuyğun olar, amma onu da çox bacarmıram.🙄

  Nə isə... Keçək görək təzə nələr oxumuşuq...

    Coşğun Kərimov - "Kvan" 


"Kvan" kitabı ilə sosial medyada o qədər çox qarşılaşmışdım ki, oxumaq üçün səbirsizlənirdim. Və bir gün oxumaq nəsib oldu nəhayət. 😊

Açığı çox təriflər eşitdiyimə görədir bəlkə, gözləntim çox yüksək idi. Odur ki, kitab məni gözlədiyim qədər sarsmadı. Yəni xəyal etdiyim kimi motivasiyamı birdən göylərə uçurmadı. 

Bu kitabı bəyənmədim demək deyil əlbəttə. Nəhayət Azərbaycanda da öz uğurlarından yazıb gəncliyə yol, istiqamət göstərən belə gənclərin olmağı çox sevindirir məni. Coşğun Kərimov öz həyat hekayəsini danışarkən özümə yaxın hiss etdiyim bir çox məqamlarla rastlaşdım. Universiteti sadəcə diplom almaq üçün oxuyan,  aldığı diplomu çörəkpulu qazanmaq  vasitəsi kimi görən basmaqəlib düşüncələrin varlığını burda da hiss elədim. Və qəhrəman bu cür yaşamaq istəmir. Sadəcə qazanc üçün ruhunu sıxan iş yerlərində ömrünü çürütmək istəmir. Buna görə məncə passiv şəkildə olsa da bir dirənmə ilə mücadilə verir və sonunda mükafatını alır. Qısacası, məncə gənclər mütləq oxumalıdırlar. Özlərini tapmaq, hədəflərlə yaşamaq və xəyallarının ardınca getmək gücünü özlərində toplamaq üçün oxumalıdırlar. 

Kitabdan seçdiklərim:

✔ "Həyat bizim qətiyyətimizlə zarafatlaşmağı çox sevir".

✔ "Motivasiya sizi yarıyolda qoyacaq, ancaq əldə etdiyiniz vərdişlər sizi sona qədər aparacaq."

✔ "Mükəmməl qiymətlər cüzi mükafatlar verir, mükəmməl səhvlər isə inanılmaz mükafatlar."

✔ "Keyfiyyətli insanlar doğulmur, onlar inşa edilir."

✔ "Hamımız o qədər eşidilmək istəyirik ki, heç birimiz dinləmirik."

✔ "İndi xəbər başlıqları oxuyan vaxtlarınız deyil, indi xəbər başlıqlarına çevrilən vaxtlarınızdır."

✔ "Bəzən ödənilən bədəl xəyallarla eyni böyüklükdə olur."

          Və ən sevdiyim...

✔ "Ey anasının bətninə hücum edən milyardların içindən əvəzsiz olanlar! Milyardlıq rəqabətdən qalib çıxanlar!

   Siz həmin iddialı embrionlarsınız! Siz çılğın, kiçik orqanizmlər və nəhəng ruhlarsınız!

   Ruhunuza yaraşan şəkildə yaşayın! İddialı başlanğıcınıza yaraşan şəkildə yaşayın!

Həyatınızın işini görərkən və xəyallarınızı gerçəkləşdirərkən vaxtıyla özünüzün "nöqtə" olduğunu unutmayın və bu "nöqtə"ni indiki böyüklüyünüzün sizə verdiyi güclə qoyun."

R.J.Palacio - "Mucize"



"Mucize" həqiqətən də möcüzə kimi bir kitabdır. Hər yaşa xitab edən, hər yaş nümayəndəsinin qəlbinə nüfuz edə bilən kitablardandır. Bizim balacadan başqa digər oğlanların 3-ü də çox bəyənərək oxudu. Hətta kitab oxutmaq üçün böyük mücadilə verdiyim ikinci oğlum 2-cə günə bitirdi kitabı. Və "ana, bu cür kitablardan al , nə qədər desən oxuyaram" dedi. Qısacası, hekayəsi o qədər maraqlı, dili o qədər axıcıdır ki, kitabın nə vaxt sonuna gəldiyini hiss etmirsən belə. Hələ oxucuya qazandırdıqları... Ən başda çox güclü empatiya duyğusu yaradır insanda məncə. Üstəlik, dostluğu, fədakarlığı, sevgini, anlayışı, şükür duyğusunu və daha bir çox şeyi aşılayır insana... Oxuyarkən valideynlərin təmkinli və bilincli tutumu, müəllimlərin anlayışı dərindən bir "kaş ki..." köksü ötdürtdü məndə... Spoiler verməmək üçün məzmunu ilə bağlı heç bir şey yazmayacağam. Amma hər kəsə oxumağı, xüsusən, mütləq ətrafındakı uşaqlara oxutmağı məsləhət görərdim. 

Seçdiklərim:

✔ "Evren bizi terk etmiyor, en kırılgan oluşumlarını, bizim görmediğimiz yollardan gözetiyor."

✔ "Daima gerektiğinden bir az daha nazik olmaya çalış."

✔ "Sıradan olmamamın tek nedeni, kimsenin beni öyle görmemesi."

✔ "Haklı olmak ile nazik olmak arasında seçim yapmanız gerektiğinde nazik olmayı seçin."

6 yorum:

  1. Her motivasyon kitabı okunmuyor ya da kimileri her okura hitap edemeyebiliyor.
    Mucize kitabını çok merak ettim. Kitap kapağı da çok güzelmiş. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Tamamilə qatılıram. Mucize doğurdan da oxunmalı kitabdır. 😍

      Sil
  2. Selamlar blogunuzu takipteyim sizde blogumu takip edip son yazıma yorum yazarsanız çok ama çok mutlu olurum :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ən qısa zamanda bloqunuzu ziyarət edəcəm.

      Sil
  3. Mucize kitabını biliyordum ama Kvan'ı ilk kez gördüm. Yorumlarınız için teşekkürler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Təəssüf ki, türklər Azərbaycan yazıçılarından çox az əsərlər oxuyurlar. Bunda tanıtmaqda zəif olan bizlərin də günahı var əlbəttə. Amma o qədər dəyərli və gözəl yazıçılarımız, əsərlərimiz var bir bilsəniz.

      Sil