Sayfalar

13 Mayıs 2020 Çarşamba

Sınıq - salxaq xatirələr...



Kölgəm oynayır 
suvağı tökülmüş köhnə evin divarlarında...
Və xatirələr oyanır
sevinci bitmiş uşaqlığımın
yaddaşında...
Atam var yanımda, anam var,
Qardaşım var, nənəm var...
Bir də mən varam...
Kiçicik ailəm, kiçicik dünyam...

Hardan gəldi bu xəzan, 
sapsarı yarpaqlar?!..
Nə vaxt bitdi bu yuxu,
şipşirin xülyalar ?!..

Mən ki, uyuyurdum 
bir az öncə
nənəmin isti dizlərində...
Qardaşımla küsüşmüşdüm...
Atam könlümü alırdı,
Anam qapıdan baxırdı.
Dəymədüşərliyimi yenə
Dərd edirdi özünə...

Tut ağacından asılmış 
yelləncəyimlə külək oynayırdı ,
Ağacın altında qoyulmuş 
yaylı çarpayıda biz atlanırdıq...
Bir aşağı, bir yuxarı...
Budaqlara, yarpaqlara,
Uzaqlara...
Hoppanırdıq...

Somavar poqquldayırdı kənarda,
Toyuqlar qaqqıldaşırdı...
Hovuzun suyu şırıltıyla axırdı...

Çalıquşunun nəğməsini 
zümzümə edirdim yavaşdan...
"Bir gün yağış yağırdı,
Kamran məni çağırdı..."
Ardını xatırlamıram...

Çəpərdən bir qız boylanırdı,
Qonşuya qonaq gələn.
Görmürmüş kimi davranırdım
Nəğməmə ara vermədən...
Sonra isə yavaş-yavaş
Dostlaşırdıq hiss etmədən...

Kiçicik bir xatirə eləcənə,
Hardan ağlıma gəldiyini bilməsəm də.

Niyə bu qədər şəffaf,
Bu qədər saf o görüntülər...
Yaddaşımdakı tonlarla 
Anılara rəğmən?!..

İndi əlimdə qalmayıb,
Nə o ağac, nə çarpayı,
Nə o həyət, nə yelləncək.
Nə də o kiçicik ailəm.
Sadəcə qırıq - qırıq xatirəm...
Bir yanıb bir sönən
İldırım kimi üzə çıxan 
Məni keçmişə aparan
Sınıq-salxaq xatirələr...

6 yorum:

  1. Təbrik edirəm gözəl bacım.Səni öz peşəndə hər zaman belə uğurlarla görmək istəyirəm.Şeri də qəhərlənmədən oxumaq qeyri mümkündür.Çünki mən də o anlara qayıdaraq eyni hissləri yaşadım...O xatirələrdə bizim üçün həmişə əbədiyaşar əzizlərimiz canlanır...O xatirələrin şən qayğısız ,mehriban uşaqlıq illərimiz bəzəyir...Sınıq salxalq adlanan bu xatirələr bizə ona görə doğma və əzizdir.Bir sözlə həyat çox qəribədir...Var olanlarımızı dəyərləndirib onların qədrini bilək. sənə uğurlar.

    YanıtlaSil
    Yanıtlar
    1. Xatirimde ne çox xatireler var bele, hamısı da parça bölük... Müharibe uşaqlığımızın, xatirelerimizin bir qismini aldı bizden... Elimizde qalanlar bele sınıq salxaq... Teşekür edirem bacı. Çox sağ ol gözel yorumuna göre ❣❣❣

      Sil
  2. Biz böyüdükcə sevdiklərimizdə quş kimi uçub gedir.Bu həyatın yazılmayan qanunudur.Əsas əlimizdə olanların qədrini bilək.tezliklə səndən xoş xatirələr şerini gözləyirəm.Axı çalıquşu öz kamranını tapıb.

    YanıtlaSil
  3. Bezen heqiqeten ildırım kimi çaxır beynimde xatireler. O zaman sözler de özü uçuşur, özü gelir... Ala yarımçıq olsa da bir çox uşaqlıq xatirem xoşdur eslinde menim üçün. Minnetdaram yorumunuz üçün.💓💓

    YanıtlaSil
  4. Ah o hatıralar .. Ne vakit anne babasının yanındaki mutlu çocuk olmaktan sıyrılıp kendimiz anne baba olduk. Şimdi devir çocuklarımızın devri. Onlara hatırladıkça hem mutlu olup hem özlemle dolacıkları sımsıcak çocukluklar yaşatma zamanı.

    YanıtlaSil
    Yanıtlar
    1. Çox doğru. Övladlarıma baxınca içim şükür hissi ile dolur. Onların uşaqlığı bizim müharibe dövrüne düşen uşaqlığımızdan çox-çox daha yaxşı keçir. Böyüyüb geriye baxdıqlarında xoş xatirelerinin çox olacağından eminem. Rebbim onlara çetinlik yaşatmasın. Uşaqlıqlarını belece qayğısız keçirsinler inşeAllah.🤲
      Yorum üçün minnetdaram Handan xanım 💞

      Sil