Sayfalar

9 Aralık 2016 Cuma

Bananlı-qaymaqlı tort



    Bu gün çox yüngül, ləzzətli bir o qədər də asan başa gələn bir tort resepti paylaşmaq istəyirəm. İlk dəfə Sitarə bacımın əllərindən daddığım bu torta bir az özüm də əlavələr etdim. Və ortaya mükəmməl bir ləzzət çıxdı. Burdan canım bacıma çoooxca təşəkkürlər ♡♡
Xəmir üçün:
( Bir biskivitə lazım olan)
5 yumurta
1 stəkan şəkər
Yarım stəkan xama
1,5 stəkan un
1 qabartma tozu
1 vanel
Krem üçün
2 qutu qaymaq (200ml-lik)
4 xörək qaşığı şəkər kirşanı
1 armudu stəkan süd
1 paket krem şanti
Arası üçün
4 banan
Damla şokalad
Qoz
Hazırlanma qaydası:
● Yumurta şəkərlə ağaranacan çalınır
● Qatıq əlavə olunub təkrar çalınır
● Sonda un, qabartma tozu və vanel də ələnərək əlavə olunur. Və taxta qaşıq və ya yumurta çalanla yavaşca qarışdırılır.
● 180° -li öncədən isidilmiş sobada qızarana qədər bişirilir
● Bu biskivitdən iki ədəd hazırlanır.
● Biskivitlər soyuyana qədər qaymaq və şəkər kirşanı da mikserlə çalınıb soyuducuya qoyulur.
● Digər tərəfdən krem şanti ilə süd mikser vasitəsilə çalınaraq ikinci krem hazırlanır.
● Soyumuş biskivitlər iri bıçaqla maili olaraq iki yerə bölünür. Beləcə tortumuz 4 qatlı olur.
● Hər qatın üzərinə qaymaqlı kremdən lazım olan qədər yaxılır.
● Hər qata bir banan nazik bir şəkildə doğranıb düzülür. Boş qalan aralara damla şokolad və xırda doğranmış qoz səpilir.
 ● Sonuncu üst qat və kənarlara isə krem şanti çəkilir.
● Üstü zövq və qabiliyyətə uyğun bəzədilir :)
  Qeyd: 1.Bananlar tez qaralmasın deyə limon suyu ilə islatmaq olar
2. Tort bir neçə saat, hətta bir gün saxlanıb sonra yeyilsə daha ləzzətli olar.


Аşağıda mənim kimi fantaziyası kasad olanlara bəlkə bir yararı olar deyə internetdən topladığım bir neçə bananla bəzədilmiş tort rəsmlərini də qoyuram :)





4 yorum:

  1. Ay bacııı menden dadaan da sen edende bir başqa cür gözel olure .dadı da görünüşü de☺️Ellerine sağlık cnm

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol canım mənim. Sən sağ ol ki, bu ləzzətlə tanışdırdın məni. ♡♡♡

      Sil
  2. Ne tatlı bir anlatım yerim senin dilini

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Çok teşekkür ederim. Yorumunuz da bir o kadar tatlı vallahi ♡♡♡

      Sil