Sayfalar

1 Aralık 2016 Perşembe

Yaradılış qayəsi



     Ətrafımıza baxdıqda hər şeyin mükəmməl bir nizam və gözəllik içərisində olduğunu görürük. Hətta özümüzə nəzər saldıqda belə istər fiziki,  istərsə də mənəvi təchizatlarımızın nə qədər incə bir hesabla yaradıldığının şahidi oluruq. Və bir gün bütün bu mükəmməl yaranmışlığın məhv olacağı düşüncəsi insanda istər istəməz belə bir sual yaradır: Sonlu olan bu möhtəşəm kainat və ölümlü olan bu insanın yaradılışındakı qayə nədir? Daha bəsit bir cümlə ilə - Biz nə üçün yaradıldıq?

     Bu sualı insanlıq yaranandığı gündən ta bu günümüzə qədər həmişə öz-özünə vermişdir. Və bir çox suallarımıza cavab, dərdlərimizə dərman olan Qurani Kərimdə Allah Təala bu sualımıza açıq bir şəkildə cavab verir:
     " Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq. Onları əsl həqiqət kimi yaratdıq. Lakin onların çoxu bilmir."
                                            Duxan, 38-39.
     Deməli , bütün yaranmışlar boş yerə deyil,müəyyən bir məqsəd üçün yaradılmışdır. Ətrafımızda zərrələrdən qalaksilərə qədər, bütün gördüyümüz və görmədiyimiz canlı-cansız hər bir şey ilk növbədə Cəbabı Haqqa ibadət, sonra isə insana xidmət etmək üçün var edilmişdir. Bizə bunu da Qurani Kərim açıqlayır:
     
" Yer üzündə nə varsa hamısını sizin üçün yaradan odur."
                                                  Bəqərə, 29.
     Burda daha maraqlı bir sual yaranır - Bəs var olan hər bir şeyin  xidmətinə və əmrinə verilərək, yaradılmışların ən qiymətlisi və ən şərəflisi qılınan insan oğlunun  yaradılış qayəsi nədir?        Materialistlərin əqidəsinə görə insan dünyaya gəlir, yeyir, içir, nəfsi istəklərini yerinə yetirir və sonra ölüb torpağa qarışıb yox olur. Yəni insan yaşamaq üçün yaşayır. Ətrafımızda gördüyümüz hər bir şey yuxarıda qeyd etdiyimiz kimi müəyyən bir qayəyə xidmət edərkən yerin əşrəfi olan insanın bu qədər bəsit bir qayə üçün yaşaması heç mümkündürmü? Allah bu sualın cavabını Qurani Kərimdə açıq-aydın verir:
     " Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım"
                                          Zariyat, 56.
     Bəli, insan bu dünyaya sadəcə yemək içmək, gəzmək, kef çəkmək kimi bəsit məqsədlər üçün deyil, sadəcə və sadəcə Allaha ibadət etmək, ona qul olmaq kimi ali qayələr üçün gəlmişdir. Və insan bu qulluğu ilə kamil insan mərtəbəsinə çıxıb Rəbbinin rızasını və Cənnəti qazanacaqdır.
     İnsanın yaradılış qayəsinin Böyük Yaradana ibadət etmək olduğunu bildik. Bəs insanın bu dünyadakı vəzifəsi nədir?
Ənam surəsinin 165-ci ayəsində deyilir:
" Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xəlifələri təyin edən, birinizi digərinin fövqünə dərəcə-dərəcə qaldıran Odur."
     Beləliklə, insan eyni zamanda bu dünyaya Allahın xəlifəsi olaraq gəlmişdir. Yəni başqa özü kimi yaradılmışa qul, kölə olmayaraq, Yaradanını tanıyaraq, Ona ibadət edərək və Onun hökmünü hakim qılaraq yaşamaq üçün var edilmişdir. Hər bir insan dünyanın idarəsi ilə məsul bir şəxs kimi cəmiyyətdəki ədalət və əmin-amanlığı təmin etməklə yanaşı, bütün yer üzündəki digər canlıları qorumaq, ətraf mühitin təmizliyi kimi görəvlərlə vəzifələndirilmişdir.
     Hər bir varlıq ona görə proqramlanmış həyatını yaşayır. Bunun əksini etdiklərində, fitrətlərinin xaricinə çıxdıqda
hər cür bəla ilə qarşılaşırlar. Məsələn, balıq suda yaşamaq üçün proqramlanmışdır. Quruda yaşamaq istəsə fitrətinin xaricinə çıxdığı üçün hətta həyatını belə itirə bilir. İnsanın həyatı da əslində ibadət üçün proqramlanıb. Biz təbiətimizi pozduğumuz, ibadət deyil, başqa məqsədlər üçün yaşadığımız zaman həyat zindana dönür. Depresiya, əsəbilik, səbirsizlik və nəhayətində üzüntü dolu bir həyat əslində ibadətsizliyimizin və ya yetəri qədər olmayan ibadətimizin nəticəsidir.
      "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır."   
                                                    Rad, 28.
     Beləliklə, insan nəfsi üçün deyil, Allaha ibadət etmək üçün, bu qısa və fani dünya üçün deyil, əbədi həyat üçün yaradılmışdır. Allaha ibadət üçün yaradılan insan bu qulluğunun qarşılığını həm bu dünyada, həm də axirətdə alacaqdır.

6 yorum:

  1. Allah razı olsun.Qələminə sağlıq :)

    YanıtlaSil
    Yanıtlar
    1. Cümləmizdən bacı. Çox sağ ol♡

      Sil
  2. Gözel yazı gözel yanaşma gözel insanın qeleminden süzülmüş setirler...☺️Allah razı olsun bacı devamını gözleyirik

    YanıtlaSil
    Yanıtlar
    1. Əstağfurullah ay bacı...Bəyəndiysəniz nə mutlu bizə:)

      Sil
  3. Ruhuma ilaç kimi geldi bu yazı...

    YanıtlaSil
    Yanıtlar
    1. Bəzən yaxşı bildiyimiz şeylər belə olsa təkrar eşidincə, oxuyunca silkələyir insanı... Kaş ki, əsl qayəmizi və vəzifəmizi hər an xatırlasaq...Təşəkkürlər bacı yorum üçün♡♡

      Sil